Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Zi-hiccə Zi-hiccə ayının 28-ci günü

Zi-hiccə ayının 28-ci günü

"Hirə" hadisəsi
Hicri təqvimi ilə zi-hiccə ayının 28-ci günü təəssüf doğuran “Hirə” hadisəsi baş verdi. (Feyzül-üllam, s. 132 - Biharül-ənvar:  c. 18, s. 125)
Ürəkyaxan Kərbəla vaqiəsi baş verdikdən və İmam Hüseynin (ə) şəhadəti, o həzrətin Əhli-beytinin (ə) əsir düşməsindən sonra Mədinə camaatın bir qrupu Yezid hökumətində prosesslərin gedişatını izləmək üçün Şama yola düşdülər. Onlar Mədinə şəhərinə qayıtdıqdan sonra Yezid və onun ətrafındakılardan  hədsiz fisq-fücurundan danışdılar. Mədinə xalqı da Yəzidin nümayəndəsi Osman ibn Məhəmməd ibn əbi Süfyanı,  Mərvan Həkəmi və bəni-üməyyəyə mənsub adamları qovub Abdullah ibn Hənzələ ilə beyət etdilər.  Bu xəbər şama çatan da, məlun Yəzid, Müslüm ibn Əqəbəni böyük qoşunla Mədinəyə tərəf yolladı. Şamın qoşunu Mədinədən kənarda Peyğəmbər (s) məscidinin bir mil məsafəsindən yerləşən daşlıq bir məkanda Mədinəlilərlə döyüşə başladılar. Şəhər əhli, çoxlu itki verdikdən sonra Mədinənin daxiliə çəkildilər. Şam orudusu, onların təqib edib Mədinəyə daxil oldu. Müslüm ibn Əqəbə bu şəhərənin mal, can və namusunu öz ordusu üçün halal etdi. Şam ordusu da bu fürsətdən istifadə edib heç bir cinayətdən çəkinmədilər. Hətta onlardan bəziləri Məscidün-nəbidə (s) də zina etdilər. Yəzidin qoşununun Mədinə şəhərinə hücumu nəticəsində Mədinə əhalisindən on min nəfərdən çoxu qətlə yetirildi.
Ona əlavə olaraq on minlərlə uşaq zina vasitəsi ilə dünyaya gəldi. (Vəqayeül-əyyam, s. 143)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə