Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Zi-hiccə Zi-hiccə ayının 22-ci günü

Zi-hiccə ayının 22-ci günü

Cənab Meysər Təmmarın şəhadəti
Hicri təqvimi ilə 60-cı il, zi-hiccə ayının 22- cü günü, Əmirəlmömininin həzrət Əlinin (ə) xüsusi tərəfdarlarından biri cənab Meysəm Təmmar, Kufədə şəhadətə çatdı. (E`lamül-vəri: c. 1, s. 343 – Müntəxəbül-təvarix: s. 131)
Əmirəlmöminin (ə), Meysəm Təmmara çox hörməti var idi. Meysəm də qarşılıqlı olaraq o həzrət güclü məhəbbət bəsləyirdi. Meysəm, “xuramsatan” olduğu üçün “Təmmar” adlandırılıb.
Həzrət Əli (ə) Meysəmin şəhadətindən illər öncə onun necə şəhadətə çatacağından xəbərdar etmişdi.
O, şəhadətdən öncə hamıya demişdi ki, Mövlası Əmirəlmöminin (ə), onun necə şəhid olacağını deyib.
İbn Ziyad, istəyirdi ki, onu  İmamın buyurduğu tərzdən fərqli şəkildə şəhadətə çatdırsın. Lakin nəhayət həzrət Əlinin (ə) öncədən buyurduğu şəkildə onun dilini kəsib, onu Ali-Əlini (ə) sevmək və onların tərəfdarı olması günahı ilə ürəkağrıdan  tərzdə Kufədə şəhadətə çatdı.
Əlinin (ə) məzlumluq rəvayəti
Şeyx Şəhid Məhəmməd ibn Məkki, Meysəm Təmmara istinadən rəvayət edir: “Gecələrdən birində, Əmirəlmöminin (ə) məni özü ilə Kufədən digər bir yerə apardı.  Gəlib Co`fi məscidnə çatdıq. Orada İmam üzünü qibləyə tutub dörd rəkət namaz qıldı. Salam deyib təsbih zikr etdikdən sonra dua oxumağa başladı. Sonra səcdəyə gedib üzünü torpağa qoydu yüz dəfə “Əl-Əfv” dedi. Sonra qalxıb məsciddən çölə çıxdıq. Mən o həzrətlə idim. Gəlib səhraya çatdıq. İmam, mənim üçün bir xətt çəkib buyurdu: “ Bu xəttən çıxma!” Məni qoyub getdi. O gecə, çox qaranlıq idi. Öz-özümə dedim; mövlanı bu səhrada tənha qoyursan! Halbuki o həzrətin çoxlu düşmənləri var. (Bir hadisə olarsa) Allah və Rəsulunun yanınında üzrün nə olacaq? And olsun Allaha, o həzrətin arxasınca gedəcəyəm, (xəttən çıxmağımla) onun əmirənə qarşı çıxmış olsam da! Ona görə də Əmirəlmömini axtarmağa getdim və nəhayət onu tapdım. O, başının yarısını bir quyuya salıb quyu ilə danışırdı. Həzrət məni hiss etdikdə buyurdud: “Kimsən?”  Ərz etdim: “ Meysəm” Buyurdu: “Sənə əmr etməmişdim ki, o xəttdən çıxmayasan?! Ərz etdim: “Ey mənim mövlam! Düşmənlərin, sizin canınıza qəsd edəcəyindən qorxdum və ürəyim dözmədi.” Həzrət buyurdu: “Dediklərimdən bir şey eşitdin?” Dedim: “Xeyir, mənim mövlam”. Buyurdu: “Ey Meysəm, ürəyimdə dərdlərim var ki, ağırlıq edib qəlbimi sıxanda torpağı əllərimə götürüb sir və dərdlərimi ona deyirəm. O torpaqda bitki bitəndə o bitki mənim orada əkdiyim toxumdan olacaq!!”
(Müntəhayül-əmal: 3-cü bab,  7-ci fəsl, s. 300)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə