Bz09272020

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Zi-hiccə Zi-hiccə ayının 15-ci günü

Zi-hiccə ayının 15-ci günü

İmam Hadinin (ə) təvəllüdü
Hicri təqvimi ilə 212-ci il, zi-hiccə ayının  15-ci günü İmam Hadinin  (ə) viladəti günüdür. O həzrət,  Mədinə yaxınlığında yerləşən Sürəyya kəndində dünyaya göz açdı. (E`lamül-vəri: c. 2, s. 109 – Feyzül-üllam: s. 121 – Biharül-ənvar: c. 50,s. 116)
Həzrətin mübarək adı Əli, şərəfli künyəsi Əbulhəsəni-salisdir. Ləqəbləri:
Nəcib, Mürtəza, Hadi, Nəqi, Alim, Fəqih, Əmin, Mütəmin, Təyyib, Əskəri və İbn Rza (Mənqibi-Ali Əbi- Talib (ə): c. 4. s. 342)
O uca şəxsin uca atası İmam Cavad (ə) qiymətli anası isə Seyyidə adın ilə tanınmiş Səmanə idi.
İmam Hadinin görünüşü haqqına yazırlar ki, o, orta boylu, sifəti qırmızı rəngə meyilli ağ, gözləri böyük, geniş qaşları sevincli və ürəkaramedən bir simaya sahib idi. Əzəmətli, vüqarlı və gözəgəlimli qaməti var idi. Beləki görünüşü hüzurunda olanları  və onu görənləri təzimə çağırırdı. Ona görə də onun vəsfində belə deyiblər:
(Ruh və mənəviyyat cəhətdən) o, insanların ən pakı, ən xoş iylisi, ən dorğur danışan dilə sahib idi. Hər zaman sussaydı, heybət və əzəməti məlum olar, danışsaydı məqamı gözoxşayardı. Onun peyğəmbərlik sülaləsindən olması simasından saçıb parlyaradı. Çünki o, risalət ağacının meyvəsi, peyğəmbərilik bağının bir budağı Peyğəmbər (s) dudmaının seçilmişi idi.  (Əyanüş-şiə: c. 2,s. 37)
İmam Hadinin (ə) həyatı abbasilərdən altı nəfər pis xəlifənin dövrünə təsadüf edirdi: Mötəsim, Vasiq, Mütəvəkkil, Müntəsir, Müstəin və Mötəz.
İmam Hadi (ə) uca atasını şəhatədindən sonra səkkiz yaşındaykən imamət məqamına çatdı. O həzrət kiçik yaşlarında ikən, fövqəladə şəkildə elm, sayıqlıq və kamala çatmışdı ki, ətrafdakılarını heyrətə salmışdı. İmam Hadi (ə) də şiə məktəbi yolunda neçə-neçə şagirdilər tərbiyyə edib. Onlardan Həzrət Əbdüləzim, ibn Sikkit Əhvazi, Əbu Haşim Cəfəri, Cəfər İbn Süheyl, İsmail ibn Mehranı saymaq olar.
O həzrət, Əhli-beytin (ə) fiqhini möhkətlətmək uğrunda ciddi və əhatəli şəkildə zəhmət çəkirdi. O zamanlar rəvac tapmış “sufiyyə”, “vaqifiyyə”, “ğüllat”, “cəbriyyə” və sair azğın yoldan sapmış əqidəlrini təbliğ edən firqələrlə qəti mübarizə aparırdı.  (Müracət edin: Sireye-çahardəh məsum (ə), Məhəmməd Məhəmmədi İştihardi), s. 844)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə