Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Zi-hiccə Zi-hiccə ayının 14-cü günü

Zi-hiccə ayının 14-cü günü

Fədəyin həzrət Fatiməyə (ə.s) bağışlanması
Hicri təqvimi ilə dördüncü il, zi-hiccə ayının 14-cü günü, islamın əziz Peyğəmbəri (s) Allahın fərmaın ilə Fədəyi əzizi qızı həzrət Fatimeyi-Zəhraya (ə.s) bağışladı. (Müstədrəküs-səfinətül-bihar:  c. 2. s. 216).
Fədəyin fəthi
Xeybərin fəthindən sonra, hicri təqvimi ilə 7-ci il, Peyğəmbərin (s) şəhadətindən dörd il öncə, Cəbrail nazil olub Peyğəmbər (s) və Əmirəlmöminin (ə)  vasitəsi ilə Fədəyin fəth olunması göstərişini çatdırdı.  O iki uca şəxs, gecənin qaranlığında lazimi silahla Fədək məntəqəsinə gəldilər. Peyğəmbərin (s) göstərişinə əsasən Əmirəlmöminin (ə) onun belində (çiyinində) durmuşdu. O həzrət qalxdı və Əmirəlmömini (ə) də özü ilə bərabər  qaldırdı.  İlahi möcüzə ilə Mövləl-müvəhiddin (ə) Rəsulullahın qılıncını daşıdığı halda Fədək qalasının divarından yuxarı qalxdı və divarın yuxarısında mübarək səsi ilə azan demək üçün ucaltdı.
Fədək yəhudiləri müsəlmanlar hücum etdiyini güman edib və divarlar üstündə qərar tutublar. Qaladan qaçmaq istəyəndə gördülər ki, Peyğəmbər (s) qalanın çölündə, qapının qarşısında durub. Bir tərəfdən də Əli (ə) aşağı gəlib onlarla vuruşmağa başlay ıb onların böyüklərindən 18 nəfəri öldürdü. Qalanları təslim oldu. Sonra onların qadın və övladlarını əsir götürdülər, qənimətləri özləri ilə apardılar. Belə qərara alınmışdı ki, Fədək əhalisidən hər kəs müsəlman olsa, malının xümsünü, öz dinində qalsa, bütün malını alsınlar. Beləliklə qoşunsuz və müsəlmanların kiçicik iştirakı olmadan Fədək qalası fəth olundu.  “Həşr” surəsinin mübarək ayəsində deyildiyi kimi “qoşun çəkmdən yerlər fəth olunar, hətta oranın əhalisi təslim olaraq Peyğəmbərin (s) yanına gəlsələr də.” (Həşr surəsi, ayə: 6,7)
O məntəqənin qənimətləri, əsirləri həzrətin xüsusi mülküdür. O əmlaka görə özünün şəxsi malı kimi istədiyi qərara gələ bilər, onda müsəlmanların heç bir haqqı yoxdur.
Fədəyin həzrət Fatiməyə (ə.s) bağışlanması
Bu hadisədən sorna Cəbrail nazil olub bu ayəni gətirdi: “Haqqalını özlərinə ver.” (İsra surəsi, ayə: 26)
Peyğəmbər (s) soruşdu: “ Məqsəd kimlərdir və o haqq nədir?” Cəbrail Allah tərəfindən dedi: “ Fədəyi Fatiməyə əta et!” Peyğəmbər (s) həzrət Zəhraya (ə.s) buyurdu: “ Allah,  Fədəyi atan üçün fəth etdi. Onu islam ordusu fəth etmədiyi üçün mən məxsusdur. Allah əmr edib ki, onu sənə verim. Digər tərəfdən də anan Xədicənin (ə.s) mehriyyəsi atanın öhdəsində qalır. Atan da onun müqabilində Fədəyi Allahın əmri ilə əta edir. Onu özün və övladların üçün götür və onun malilki ol!”
Həzrət Zəhra (ə.s) ərz etdi: “Nə qədər ki, sən varsan, mən və mənim malınım üzərindən ixtiyar sahibisən.” Peyğəmbər (s) buyurdu: “ Ondan qorxuram ki, nakəslər, mənim həyatda olduğum zaman ondan istifadə etməməyini bəhanə götürüb mənən sonra onu sənə qadağan etsinlər.” Həzrət Fatimə (ə.s) buyurdu: “ Məsləhət bildiynizi edin.” Peyğəmbər (ə.s) Əmirəlmöminini çağırıb buyurdu: “Fədəyin sənədini bəxşiş olaraq (bəxşiş adı ilə qeydə al) yaz.” Əli (ə.s) yazdı və Peyğəmbər (s) və Ümmü Əymən şahidlik etdilər və Peyğəmbər (s) buyurdu: “Ümmü Əymən cənnət qadınlarındandır.”
Rəsuli-əkrəm (s) camaatı həzrət Zəhranın (ə.s) evində toplayıb onlara xəbər verdi ki, Fədək Fatimə ələyha salmındır. Onun gəlirindən (bir hissəni) Fatimənin (ə.s) ətası adı altında camaat arasında böldü.
Fədəyin gəlirinin il ərzində yüz və yüz iyirmi qızıl sikkə olduğu yazılıb. Hər il, bir çox ehtiyaclıların gözü Fədəyin gəlirinin gəlib çatmasının intizarını çəkirdi.
Fədəyin qəsb olunması
Peyğəmbər (s) rehlət etdikdən sonra Əbu Bəkrin məmurları onun göstərişi ilə həzrət Fatimənin (ə.s) Fədəkdəki nümayəndəsini xaric edib onun mülkünü qəsb etdilər. Onun bütün gəlirini qəsb etdikləri hökümətin xərcləri üçün sərf etdilər. Həzrət Fatimə (ə.s) Peyğəmbərin (s) göstərişi ilə Əmirəlmömininin (ə) yazdğı sənədini eyni ilə onun yanına apardı. Amma o, nə sənədi qəbul etdi, nə də şahidləri.
Peyğəmbərin (s) ölümündən on beş gün keçmişdi ki, həzrət Fatimə (ə.s) bəni-haşimdən olan bir qrup qadınla məscidə təşrif aparıb və orada xütbə oxudu. O xütbə mərifət, həqiqət, bəlağə, fəsahət və islam şəriətindən bir dəryasıdır. Nəticədə Əbu Bəkr Fədəyi həzrət Fatiməyə (ə.s) qaytarmaq haqqında bir namə yazdı. Fatimə (ə.s) o namə əlində olduğu halda evə qayıdan da Ömərlə özləşdi və o, həzrətin mələkuti məqamının hörmətini aradan qaldırmağa cəsarət edərək Əbu Bəkrin yazıdığı o naməni aldı və yırtdı. (Əl-ixtisas: s. 183)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə