Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Zi-hiccə Zi-hiccə ayının 13-cü günü

Zi-hiccə ayının 13-cü günü

1. Şəqqül-qəmər (ayın iki yerə parçalaması) möcizəsi
2. Əhli Yəsribin Peyğəmbərlə (s) ikinici əhdi bağlaması   
1. Şəqqül-qəmər (ayın iki yerə parçalaması) möcizəsi
Zi-hiccənin 13-cü günün gecəsi, Məkkədə, islamın əziz Peyğəmbərin (s) möcüzəsi ilə “ay parçalandı”. Belə nəql olunub ki, Qüreyşlilər, Allah Peyğəmbərdən (s) möcüzə tələb etdilər. Həzrət, mübarək barmağı ilə Aya işarə etdi və ilahi qüdətlə Ay, iki yerə bölündü. Sonra ikiyə bölünüş ay, birləşdi. O zaman “Qiyamət çox yaxınlaşdı, Ay parçalandı” (“Qəmər” surəsi, ayə:1) şərif ayəsi nazil oldu. (Rəyahinüş-şər`iyyə: c. 2, s. 257)
Əbu Cəhl dedi: Bu sehrdir! Digər şəhərərə də adamlar göndərin, soruşun ki, onlar da ayın iki yarıya bölünməsini görüblərmi? Başqa şəhər əhalisindən də soruşanda onlar da xəbər verdilər ki, ayın yarısı Kəbənin üstünə, digər yarısı isə Əbuqeys dağına düşdü. (Həqqül-yəqin: s. 28 – Biharül-ənvar: c. 17, s. 350)
2.  Əhli Yəsrib və Peyğəmbər (s) arasında ikinici əhdin bağlaması   
Besətin 13-cü ili, zi-hiccə ayının 13-cü günü islam Peyğəmbəri (s) ilə Həccə gəlmiş Yəsrib əhalisi arasında (ikinci üqbə) ikinci əhd bağlandı. (Ruzşomare- qəməri: s. 343)
Yəsriblilər Peyğəmbərdən (s) istədilər ki, o həzrət Mədinəyə hicrət etsin. Bu əhddə onlar Peyğəmbəri (s) qorumaq məsuliyyətini öz öhdələrinə götürdülər.  Əhəməyyətli və gələcək taleyi müəyyən edən bu əhd, birinici üqbədən bir qədər sonra bağlandı. Yəsriblilərdən bir sıra adamların müsəlman olması nəticəsində həyat verici islam dinini o şəhər əhalsinin çoxunun aralarında yayılmasına səbəb oldu. Əslində ikinci əhd, islamın əziz Peyğəmbərinin (s) Məkkədən Mədinəyə böyük hicrəti üçün zəminə yaratdı.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə