Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Zi-hiccə Zi-hiccə ayının 10-cu günü

Zi-hiccə ayının 10-cu günü

1. Qurban bayramı
2. Abdullah Məhz və İmam Həsənnin (ə) övladlarından bir qrupunun şəhadəti
1. Səadətli Qurban bayramı
Zi-hiccə ayının onuncu günü, qurban gününə təsadüf edir. Bu bayram günü, möminlər üçün ibadət edib Allah feyzindən faydalanmaqla Onun qürbünə yaxınlaşmaq üçün bir fürsətdir.
Dua kitablarında bu günün fəzilətlərini bəyan olunmaqla yanışı bu böyük günün əhəmiyyəti və o günün xüsusi əməlləri də yazılıb. O cümlədən, o günün müstəhəb olan əməlləri arasında çox tövsiyə olunan əməllərindən biri də qüsl etməkdir. Bayam namazını təşkil  olunması, qurablıq ətdən dadmaq, “nüdbə” və “Səhifeyi-Səccadiyyə” kitabında İmam Səccadın (ə) duasını oxumaq da o əməllər arasındadır. (Müraciət edin; “Məfatihül-cinan”: Qurban bayramının gününün əməlləri)
Yaxşı olar ki, o gün, insan öz günün ətalətdə deyil, onun əməllərini yerinə yetirməklə Allahın rəhmət və inayətini əldə etsin.
Mərhum arif, Mirzə Cavad Təbrizi (r), bu günün feyzlərindən faydalnmağa hazır olmaq barədə belə yazır:
“Bayramın başlanması ilə (diqqət et) çalış ki, bütün əməlləri yerinə yetirəsən. Çünki o əməllər Allahın nəzərinə özünə yönətməyə, Onun razılığını qazanmağa səbəb olar. Allah-taala dünya, axirət, həyat və ölümünün Malikidir. Belə bir Allahın ütufət və mehribanlığından qafil olmaq olmaz. Əks təqdirdə, Onun ətalarından məhrum olmaqla nəticələnə bilər.” “Bəli, bu günün başlanğıcında qəlbi Alahdan qeyrisindən paklamaq niyyəti ilə qüsl edirsən. O zaman həqiqi “Allahu əkbər” deyirsən.  Ondan sonra təqva və  əxlaq libası ilə bəzənmək üçün ən təmiz paltarlarını geyib bayram namazı qılmaq üçün müsəllaya (namaz qılınınan məkəna) tərəf get.” (Əl-müraqibat: s. 457)
2.  Abdullah Məhz və İmam Həsənin (ə) övlarından bir qrupunun şəhadəti
Hicri təqvimi ilə 145-ci il, zi-hiccə ayının 10-cu günü, İmam Həsənin (ə) övladı Abdullah ibn Həsən (Müsənna) öz qardaşlar və əmioğulları ilə birlikdə Mənsur Dəvanəqinin zindanında şəhadətə çatdılar. Onlar elə bir zindanda qalardılar ki, orada gecə və gündüz ayırd edə bilmirdilər. Abdullah Məhzin qardaşları Həsən və İbarim idi. O iki böyük şəxsin anası, Fatimə binti Həsən (ə) idi. Əmioğuları isə Yəqub, İshaq, Əbülhəsən Ələl-İbad, Abbas və Abdullah idi.
O böyük şəxsiyyətlərdən İbrahim ibn Həsən kimi bəziləri, diri-diri dəfn, bəzilərini isə evdə ikən damı onların üzərinə uçurdub şəhid etdilər. Ali-Həsənin (ə) məzarları Bağdadın yaxınlığında yerləşir və “Qüburi-səb`ə” adı ilə məşhurdur. (Məraqidül-məarif: c. 2, s. 15)
Mənsur, Əhli-beytə (ə) bəslədiyi xüsusi ədavətə görə o böyük şəxslərin şəhadətindən öncə 144-cü ildə göstəriş verdi ki, Ali-Həsənin (ə) əl-ayağını zəncirləyib (çamuş) örtüksüz (yəhərsiz) atlara süvar edib Rəbəzəyə sürdülər. Onları bu halda çılpaq (köynəksiz), günəş altında, onun qarşsında saxladılar. Abdullah Məhz, Mənsura xitab edərək buyurdu: “Biz, Bədr günü, sizin əsirlərinizlə beləmi rəftar etdik?” Bu kəlam, Mənsura ağır gəldi, qalxıb getdi.
O böyük şəxsi belə bir halda Mədinədən çölə aparanda İmam Sadiq (ə) pərdə arxasından onlara baxıb onlara baxıb o qədər ağladı ki, göz yaşı şərəfli surətinə axdı və buyurdu: “And olsun Allaha! Bundan sonra camaat Allah üçün bir hörmət saxlamadı.” (Məqatilül-talibin: s. 144, 196)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə