Zi-hiccə ayının 8-ci günü

1. İmam Hüseynin (ə)  Məkkədən İraqa tərəf hərəkəti
2. Müslüm ibn Əqilin Kufədə ümumi dəvəti
1. Hicri təqvimi ilə 60-cı il, zi-hiccə ayının altıncı günü İmam Hüseyn (ə), camaatın Yezidə beyət olunmasının qarşısını almaq üçün Məkkədən Kufəyə tərəf yola düşdü. O, dörd ay ondan öncə əhli-beytindən olan bir qurpla dünyaya gəldiyi və yaşadığı məkan olan Mədinədən Məkkəyə gəlmişdi. O, Məkkədə olduğu zaman, Allah evinin ziyarətinə gələn çoxlu zayirlərin gəlişinində faydalanaraq müsəlmanların böyük bir hissəsini Yezidin zalım və xarab höküməti haqqıda məlumatlandıra bildi. Kufəlilərin dönə-dönə İmamı çağırmaq üçün  göndərdikləri dəvətləri və Yezid hökumətinin Məkkədəki terror fəaliyyətləriçilərinin vasitəsi ilə o, Kufəyə tərəf yollandı. Onun Məkkəni tərk etməsi, zi-hiccə ayının səkkinci günü- həcc günlərinin ilk gününə təsadüf etdiyi üçün, camaatın nəzərini, İmamın Yezidin zalım hökuməti ilə müxalifətinə cəlb etdi. (Vəqayeül-əyyam: s.122)
2.  Müslüm ibn Əqilin (ə) Kufədə ümumi dəvəti
Hicri təqvimi ilə 60-cı il, zi-hiccə ayının 8-ci günü, özünü dəvətini Kufə camaatına çatdırdı. (Əl-İrşad: c.2, s. 445) İlk öncə camaat həzrət Müslümü (ə) misilsiz şəkildə yaxşı qarşıladılar.  Amma qısa bir zamanda lənətlik İbn Ziyadın təhdid və hiylələri ilə onların hamısı Müslüm ibn Əqilin ətrafında dağılışdılar. Onu Kufə küçələrində kimsəsiz və tənha qoydular. Onların arasından təkcə bir möminə qadın o böyük şəxsə evinə daxil olmağa yol verdi və zi-hiccə ayının 9-cu gecəsini onun evində başa vurdu. ( Vəqayeül-əyyam: s. 121)