Zi-hiccə ayının 7-ci günü

1. İmam Baqirin (ə) şəhadəti
2. İmam Kazımın (ə) Bəsrə zindanına köçürülməsi
1. İmam Baqirin (ə) şəhadəti
Hicri təqvimi ilə 114-cü il, zi-hiccə ayının  7-ci günü, imamətin beşinci parlaq ulduzu İmam Baqir (ə), Hişam ibn Əbdülməlik vasistəsi ilə zəhərləndi və şəhadətə çatdı. (Feyzül-əllam: s. 110, - Vəqayeül-əyyam: s. 118)
Deyirlər ki, o məlunun göstərişi ilə bir atın zeyninə çolxu zəhər sürtüb o atı İmam Baqirin (ə) hüzuruna gətirdilər və o israrla o həzrətdən ata süvar olmasını istədilər. O həzrət çarəsiz o ata süvar oldu. Zəhər, o həzrətin bədəninə şiddətlə təsir  etdi. Elə bir şəkildə ki, o həzrəti hər iki budu (çirk edib) şişdi. Üç gün yatağa düşdü və şəhadətə çatdı. (Əl-xəraic vəl-cəraih: c. 2 s. 604 –Biharül-ənvar: c. 46, s. 331)
O həzrət, şəhadət gecəsi övladı İmam Sadiqə (ə) buyurdu: “ Mən bu gecə dünya ilə vidalaşacağam. İndicə atam Əli ibn Hüseyni (ə) gördüm ki,  mənim üçün xoş bir şərbət gətirdi və əbədiyyət sarayı və haqqın görüşünü mənə müjdə verdi.” (Biharül-ənvar:  c. 46. s. 213)
İmam Baqir (ə) özünün yas və matəm mərasimi üçün səkkiz yüz dirhəm vəsiyyət etdi. İmam Sadiq (ə) bu barədə buyurub: “ Atam buyurdu:  Ey Cəfər! Mənim malımdan bir miqdar ağlayanlar üçün vəqf et, on il, Minada  - həcc mövsümündə mənim üçün ağlasınlar və matəm mərasimini yeniləsinilər.” Kafi: c. 2, s. 495 – Bəsairül-dərəcat: s. 141)
Həzrət Baqir (ə), kiçik yaşlarında Kərbəlada olub. Aşura hadisəsi və ondan sonra Məhəmməd (s) sülaləsinə üz verən ağır müsibətləri yaxından izləyib, uca ata babası – Seyidlər Ağasının şəhadətini və bibisinin əsir düşməsini hər gün xatırlayır, mübarək çöhrəsinə göz yaşı axıdırdı.
2.  İmam Kazımın (ə) Bəsrə Zindanına köçürülməsi
Hicri təqvimi ilə 179-cu il, zi-həccə ayının 6-cı günü, İmam Kazımı (ə) əllləri zəncirli halda  Bəsrəyə apardılar.  O,  İsa ibn Cəfər ibn Əbi Mənsurun yanında bir il müddətində məhbus oldu. Sonra onu Bağdada göndərdilər.
İsa, onu öz evinin otaqlarından birində həbs edib şadlıq etməyə edirdi. Onun katiblərindən (yazarlarından ) biri xristian idi. O, deyirdi: “ Bu, Saleh və Allahın layiqli bəndəsi Musa ibn Cəfər (ə), bu evdə məhbus olan zaman oyun-əyləncədən (səslərindən) elə şeylər eşitdi ki, güman etmirəm ki, o həzrətin şərif təsəvvüründən keçmiş olsun”
İmam Kazım (ə), Bəsrədə bir il müddətində həbsdə oldu. Sonra onu Bağdada apardılar Fəzl ibn Rəbinin yanında məhbus etdilər. (Vəqayeül-əyyam, s. 120 – Feyzül-üllam: s. 111)