Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Zi-hiccə Zi- hiccə ayının 5-ci günü

Zi- hiccə ayının 5-ci günü

1. Suviq hadisəsi
2. İmam Cavadın (ə) şəhadəti
1. Suviq hadisəsi
Hicri təqvi ilə 2- ci il, zi-hiccə ayının beşinci günü suviq hadisəsi baş verdi. (Mənaqibi- Ali- Əbi Talib (ə): 1. s. 164 –Biharül-ənvar c. 20, s. 2)
O hadisə belə oldu: Bədr hadisəsindən sorna Əbu Süfyan nəzr etdi ki, Peyğəmbərdən (s) öz intiqamını almadıqca heç bir qadınla yaxınlıq etməsin, özünə yağ sürməsin (bəzənməsin). O məqsədlə iki yüz nəfərlə Mədinənin geniş bir məntəqəsinə getdilər. İki ev və bir neçə ağaclığa od vurdular. Öz nəzrini yerinə yetirmək üçün ənsardan iki böyük şəxsi öldürdülər.
Bu xəbər Peyğəmbərə (s) çatanda Əbu Ləbabəni Mədinəyə təyin etdi. Həzrət Əmirəlmöminin (ə) başçılığı ilə mühacir və ənsardan iki yüz nəfər Ərizə tərəf hərəkət etdi. Peyğəmbərin (s) xəbərdar olmasını bilən Əbu Süfyan tələsik öz qoşununa göstəriş verdi ki, özləri ilə gətirdikləri azuqəni atıb qaçmaq üçün yükləri yüngül olsun. Müsəlmanlar çatan zaman onlar qaçmışdı. Ona görə də “seviq” (buğda unu) kisələrini (buğda ununu saxlamaq üçün nəzərdə tutulan dəri kisə) götürüb qayıtdılar. Ona görə də bu hadisə “zatül-suviq” adlandırıldı. (Müntəhayül-əmal: s. 88. Birinci bab, 6-cı fəsl)
2.  İmam Cavadın (ə) şəhadəti
Bir rəvayətə əsasən hicri təqvimi ilə 220-ci il, zi-hiccə ayının beşinci günü imamət və vilayətin 9-cu parlaq ulduzu həzrət İmam Cavad (ə) şəhadətə çatıb. Əlbəttə məşhur deyimə görə o bu hadisə zi-qədənin sonuna təsadüf  edir. Bu barədə məlumat əldə etmək isəyənlər  o ayın gündəminə müraciət edə bilərlər.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə