Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Məqalələr

Müqəddəs sözlər

Allahın mələyi, Peyğəmbər və möminlərə müqəddəs sözlər öyrətmək üçün yerə endi.
O, sözlərini kiçik bir taxtaya yazdı. Həmin sözlər bir dua olaraq gəmini tufanda batmaqdan qorumaq üçün idi. O zaman camaat öz yazılarını qədim Sami dili ilə yazırdılar. Nuh (ə) bu müqəddəs sözləri taxtaya yazdı:
«Ey Allah! Ey mənim Rəbbim! Öz rəhmət və kərəminlə və bu müqəddəs şəxslərin Məhəmməd (s), İlya (ə), Şəbər (ə), Şübeyr (ə) və Fatimənin (ə) əzəmətinə and verirəm, mənə kömək et! (Qədim sami dilində İlya- Əli (ə), Şəbər - Həsən (ə), Şübeyr -Hüseyn (ə)-dir. Digər səmavi kitablarda da onlarn adı belə yazılıb.)
Onların hamısı əzəmətli və hörmətli məqama malikdirlər. Dünya onların hesabına yaşayır. Onların adının hörmətinə and verirəm, mənə kömək et! Məni yalnız sən doğru yola hidayət edə bilərsən».
Nuh (ə) taxtanı gəminin qabaq hissəsindən asdı. Möminlər o müqəddəs adlar və hələ dünyaya gəlməyən bu insanlar haqqında fikirləşirdilər. Onlar Nuhun (ə) övladlarından və onun nəslindən idilər.
Gəmi hərəkətdə idi və təlatümlü dəniz dalğaları üzərində şimal istiqamətinə doğru irəliləyirdi. Yağış hələ də möhkəm yağırdı. Möminlər Allahın dərgahına ağlayaraq raz-niyaz edirdilər. Allahdan onları bu böyük tufandan xilas etməsini istəyirdilər.
Qırx gündən sonra yağış dayandı. Buludlar get-gedə dağıldılar. Günəş nurunu saçmağa başladı. Üfüqdə gözəl bir göy qurşağı göründü. Göy qurşağı özünün yaşıl, mavi, qırmızı, narıncı, bənövşəyi və digər gözəl rəngləri ilə həyata ümid rəsmini çəkirdi.
Nuh (ə) bir qarğanı buraxdı. Qarğa göyə uçdu. O, göydə fırlanaraq geri qayıtdı. Çünki, qonmağa quru bir yer tapmamışdı.
Həzrət sonra ağ göyərçini buraxdı. Göyərçin suların üzərindən uçuşa başlayıb, gözlərdən itdi. Bir müddətdən sonra göyərçin qayıtdı. O öz qırmızı dimdiyində zeytun budağı gətirmişdi. Nuh (ə) və möminlər sevindilər. Həqiqətən tufan sona çatmışdı və Allah fasidləri yuyub, atmaq üçün yeri su ilə qərq etdikdən sonra insanları məhv olma təhlükəsindən xilas etmişdi.
Üçüncü dəfə Nuh (ə) yenə həmin göyərçini göyə buraxdı. Göyərçin göydə qanad çaldı və qayıtmadı. Nuh (ə) anladı ki, göyərçin özünə yuva qurmaq və yeni həyata başlamaq üçün quru bir yer tapmışdır.
Gəmi şimal tərəfə hərəkətdə idi. Nəhayət Cudi dağının zirvəsinə yan aldı. Allah-təala göy və yerə belə vəhy etdi:
«Ey yer, öz sularını ud! Ey göy, yağışı dayandır!»
Su çəkildi. Yağış dayandı və yer suları udmağa başladı. Günbəgün suyun dərinliyi azalır, dağlar görünür, təpə və ucalıqlar müşahidə olunurdular. Bəzi dərələrdə hələ də yağış suyu qalmışdı. Allah Nuha (ə) vəhy etdi ki, ey Nuh, sən və səninlə olanlar bizim tərəfimizdən salamatlıq və bərəkətlə en!
Yer tərtəmiz idi. Möminlər öz həyatlarına qayıtdılar. Onların kiçik bir cəmiyyətləri var idi: Kiçik, lakin, Allaha və onun rəsuluna iman gətirmiş pak bir cəmiyyət. Yerdə yeni insan həyatı başlandı və mömin cəmiyyət həyatın sülh və səfasını daddı. Orada nə zalım vardı və nə də zülmə məruz qalan insan. Onların arasında oğurluq edəcək və fəsad törədəcək bir kəs yox idi. Beləliklə Nuh (ə) və möminlər əmin-amanlıq içində yaşamağa başladılar.
Nuh (ə) uzun müddət yaşadı. Onun ömrü çox uzun idi. Çünki, qəbiləsini doqquz yüz əlli il Allaha ibadət etməyə çağırmışdı. Amma, Allah-təala tərəfindən peyğəmbər kimi öz qövmünə göndəriləndə neçə yaşı olduğu isə bilinmir. O həzrətin tufandan sonra neçə il yaşaması da bilinmir. Amma, burası məlumdur ki, bu həzrət çox uzun müddət yaşamışdır. Ölüm mələyi Nuhun (ə) yanına gələndə o həzrət günəşin şüası altında oturmuşdu. Mələk ondan soruşdu:
-Öz həyatın barədə fikrin nədir? Halbuki, sən çox uzun bir ömür sürmüsən.
Nuh (ə) ayağa qalxdı və kölgə tərəfdə oturdu. O buyurdu:
-Həyatı belə başa düşdüm: elə bil günəşdə oturmuşdum və sonra yerimi kölgəylə dəyişdim.
Nuh (ə) gözlərini yumdu. O öz risalətini icra etmiş və bəşəriyyəti həlak olmaqdan xilas etmək vəzifəsini yerinə yetirmişdi. Ona görə də Allah-təala əbədi salamı ona məxsus edərək buyurdu:
«Səlamun əla Nuhin filaləmin».


Yazının tərtbində tərcümə olunmuş kitablardan istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə