Şn04202024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Məqalələr

Qurbanlıq

Yuxu
Cəbrayıl enərək İbrahimə göstəriş verdi ki, bir qədər su götürüb, Ərəfat və Mina dağlarına tərəf getsin.
O zamandan Zilhəccə ayının 8-ci günü «Tərviyə günü» adlanmağa başladı. İbrahim (ə) gecəni orada keçirdi. Ulduzlu səmaya baxırdı; Allahın yaratdığı və çıraq kimi parlayan ulduzlara. Hər şeyi yaradan, təsvir edən və ən gözəl adlara sahib olan Allaha səcdə edirdi; dirildən, öldürən və hər şeyə qadir olan Allaha. İbrahim (ə) gözlərini bağlayıb, yatdı. Yuxudan oyandı. Göy eləcə ulduzla dolu idi. Gördü ki, övladı İsmayıl yatmışdır. Yenidən yatdı. Yenə də həmin yuxunun təkrarını gördü. Gördü ki, öz övladını qurban edib, aləmlərin Rəbbinin qarşısında başını kəsir. İbrahim (ə) yuxudan oyandı. Dan yeri sökülmüşdü. Dəstəmaz alıb, namaz qıldı. İsmayıl da oyandı, dəstəmaz aldı və namaz qıldı.
Günəş çıxdı və təpələri nura boyadı. İbrahim (ə) qəmgin idi. Allah-təala yenə də onu imtahana çəkirdi. Bu dəfə onu övladının başını kəsməklə imtahan edirdi. İbrahim (ə) nə etsin? Əgər Allah İbrahimə özünü oda atmağı əmr etsəydi, bunu edərdi. Amma, bu dəfə necə, oğlunu qurbanlıq edəcəkmi? Nə etməlidir? Macəranı oğluna desinmi? Yoxsa onu bu işə məcbur etsin? Əgər oğluna xəbər versə oğlu qurban olmağa razı olarmı? Görəsən İsmayıl qurbanlığın əzab-əziyyətinə dözə bilərmi?
İsmayıl atasını qəmli görüb, dedi:
-Atacan niyə nigaransan?
İbrahim (ə) dedi:
-Bir məsələ məni nigaran etmişdir. Oğlum! Mən yuxuda gördüm ki, səni qurbanlıq edirəm. Fikrin nədir?
İsmayıl anladı ki, Allah-təala öz elçisi İbrahimə övladını qurban kəsmək əmrini vermişdir.
İsmayıl atasını çox sevirdi. Bilirdi ki, atası Allahın əmri olmadan heç bir işi yerinə yetirməz. Çünki, O, Allahın Xəlili idi. Allah onu cavanlıq vaxtında Babildə və hətta qocalandan sonra da imtahan etmişdi. İsmayıl anladı ki, Allah-təala öz dostu İbrahimi (ə) imtahan edir. Ona görə də ona dedi:
-Ata, tapşırıq aldığın işi yerinə yetir. İnşaallah məni də səbir edənlərdən görərsən.
İbrahim (ə) bu sözə sevindi. Oğlu İsmayıl saleh və itaətkar idi. Allaha və rəsuluna imanı var idi.
QURBANLIQ
İbrahim (ə) bıçaq və ip götürüb, yaxınlıqdakı dərələrin birinə getdi. İsmayıl atasını müşayiət edirdi. O, sakit idi. Özünü qurbanlıq anı üçün hazırlayırdı və Allahdan istəyirdi ki, Onun yolunda əzab və ağrıya dözmək üçün ona səbir versin. Hacər İbrahim (ə) və İsmayılın o dərəyə tərəf getdiklərini gördükdə, onların odun yığmaq üçün ora getdiklərini güman etdi.
İbrahim (ə) və İsmayıl dərəyə çatdılar. İsmayıl atasına baxdı. Onun gözləri yaşarmışdı. O da atası üçün ağlamağa başladı və işin tez icra olunmasını istədi. Ona görə də atasına dedi:
-Atacan, ipləri möhkəm bağla, paltarlarının ətəyini yığışdır ki, qana bulaşmasın. Anam onu görə bilər. Ata, bıçağı itilə və başımı kəsərkən tələs! Çünki, baş kəsməyin əzab və ağrısı çox çətindir.
İbrahim (ə) ağladı və dedi:
-Oğlum! Allahın fərmanını yerinə yetirməkdə mənim ən yaxşı köməkçim sənsən.
İbrahim (ə) ipləri götürüb, İsmayılın çiyinlərini möhkəm bağladı. İsmayıl Allahın fərmanına tamamilə təslim idi. Onun gözlərini bağladı. İbrahim (ə) oğlunun alnını tutub, onu yerə tərəf əydi. Cavan İsmayıl sakitcə yerə diz çökdü. O, həyatla vidalaşırdı. O, ata və anası ilə vidalaşırdı. İbrahim (ə) bıçağı İsmayılın boynuna qoydu. Yalnız bir an və bununla da hər şey bitəcəkdi. O həyəcanlı anlarda görəsən nə baş verdi? Görəsən İsmayıl zibh olundumu?
Yox! İbrahim (ə) göydən bir səs eşitdi. Səs ona fərman verirdi ki, İsmayılın əvəzinə bir qoyunu kəssin. İbrahim (ə) səsə tərəf baxdı. Gördü ki, dağın başından kök bir qoç enir; gözəl və buynuzlu bir qoç. İbrahim (ə) ipləri övladı İsmayıldan açıb, qoçu tutdu. Allahın adı ilə başını kəsdi və qurbanlıq olaraq Allahın dərgahına təqdim etdi.
O gündən qurban kəsmək həcc əməllərindən sayılır. Müsəlmanlar müxtəlif yerlərdən Allah evinin ziyarətinə gəlirlər. İbrahim (ə) və İsmayılın Allaha ibadət üçün tikdikləri evə gəlib, onun ətrafına toplanır və əzəmətlə onun adını yad edirlər. Əvvəllər Hacər Səfa və Mərvə dağları arasında qaçdığı kimi, onlar da qaçırlar. Öncə İbrahimin (ə) qurbanlıq etdiyi kimi onlar da qurbanlıq edirlər. Onlar İbrahimin (ə) dinində olduqları üçün bu işləri yerinə yetirirlər. İbrahimin (ə) dini müqəddəs İslam dinidir.


Yazının tərtibində tərcümə olunumuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə