Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Məqalələr

Şəfa

Bir gün həvarilərin biri Həzrət İsa (ə) öz evinə dəvət etdi.

 

Həzrət onun dəvətini qəbul edib, onlara getdi. Həzrət İsa (ə) yolda camaatın məsxərə etdiyi bir cavanı gördü. O cavan kar idi. Heç bir eşitmədiyindən bir söz də deyə bilmirdi. Heyrətlə insanlara baxırdı. Onlarsa ona gülürdülər.
Həzrət İsa (ə) əllərinin içini məhəbbətlə onun başına və qulaqlarına çəkdi. Möcüzə baş verdi. O cavan ilk dəfə olaraq eşitməyə başladı.
Camaatın istehza dolu sözləri bu macəraya təəccüb edən ifadələrlə əvəz olundu. Bəziləri İsaya (ə) iman gətirib, o həzrətin adamlarına qoşuldular.
İsa (ə) dostunun evinə gedən yolunu davam etdirdi.
Səhər çağı İsa (ə) qapısının döyüldüyünü eşitdi. Daşlar dayanmadan qapıya vurulurdu.
Həzrət çölə çıxdı. Dəri xəstəliyinə düçar olmuş bir kişini gördü. Camaat ona daş ataraq şəhərdən çıxmağa məcbur edirdilər.
Uzaqdan ona daş atır, ona olan nifrətlərini bildirirdi. İsa (ə), mübarək əlini onu üzünə çəkdi. Duzun suda əridiyi kimi dəri xəstəliyinin əlamətləri də ondan getdi. O cavanın çöhrəsində sevinc göründü. Camaat Həzrət İsaya (ə) tərəf qaçıb, ondan təbbərrük etdilər.

 

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə