Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Məqalələr

İbarhim ələyhis-salam

Bir gün məbədin keşişləri Nəmrudun yanına gəlib dedilər:

-Ulduzlar bir körpənin doğulacağından xəbər verirlər. Sənin səltənətin onun əli ilə sona çatacaqdır. Nəmrud nigaran olub, narahat halda dedi:
-O nə vaxt doğulacaqdır?
Keşişlər dedilər:
-Bu il.
O il Nəmrud əmr etdi ki, doğulacaq bütün oğlan uşaqlarını qətlə yetirsinlər. Həmin ildə Həzrət İbrahim (ə) anadan oldu. Anası övladı üçün qorxurdu. O bir mağaraya sığındı və özünün günahsız körpəsini orada qoyub, evinə qayıtdı. Heç kəsin macəradan xəbəri yox idi. Nəmrud o ildə saysız hesabsız körpəni qətlə yetirdi. Analar öz körpələri üçün ağlaşırdılar. Uşaqların bəziləri bir neçə aylıq, bəziləri bir neçə günlük idilər. Bəziləri isə dünyaya gəldikdən yalnız bir neçə saat sonra öldürülürdü.
Nəmrud deyilən uşaqdan qorxurdu. O il sona çatdıqda rahat nəfəs aldı. Çünki, bütün oğlan uşaqlarını öldürmüşdü.
İbrahim (ə) Babilə və Ur şəhərinə yaxın olan Kövsəriyyə şəhərində anadan olub, mağarada böyüdü.
Rəbbimiz onu qorudu. Ona barmağını sovurmağı və bununla qidalanmağı öyrətdi. Nəmrud o uşağı qətlə yetirmək istəyirdi. Amma, Allahın istəyi bu idi ki, İbrahim (ə) diri qalsın. O yaşasın və bütpərəstləri Allahın ibadətinə yönəltsin.
İbrahim (ə) böyüdü. Anası mağaraya tərəf gəldi və övladını öpdü. Onu qucaqladı və sonra evinə apardı. İnsanlar elə bilirdilər ki, İbrahim (ə) iki-üç yaşlı uşaqdır. Amma, halbuki, onun ömründən yalnız bir neçə həftə keçirdi. Ona görə də Nəmrudun əsgər və məmurları ona toxunmadılar.
Bütlər
O zaman insanlar bütpərəst idilər. Morduxu allahlar allahı adı ilə, Əyi ədalət və qanun allahı, Sini səma allahı, İştəri və digər allahları sitayiş edirdilər. Onların çoxu Zöhrə ulduzuna, günəş və aya ibadət edirdilər. Orada heç kəs eyib və nöqsanlardan uzaq olan Sübhan Allaha ibadət etmirdi. İbrahim (ə) belə bir zamanda doğulub, böyüdü.
Azər
Azər ulduzşünas bir insan idi. O allahların heykəlini düzəldirdi. Nəmrud Azərlə məsləhətləşirdi. İbrahim (ə) Azərin evində yaşayırdı. Azər onun anasının atası idi. Ona görə də İbrahim (ə) onu ata çağırırdı.
İbrahim (ə) böyüyüb, cavanlıq yaşına çatdı. Sübhan Allah ona ağıl, düşüncə və istedad bəxş etdi. Onun pak və təmiz ürəyi var idi. Ona görə də bütlərə ibadət etmirdi. Onlara iman gətirməmişdi. O təəccüb edirdi ki, insanlar necə öz əlləri ilə yonduqları bütlərə ibadət edirlər?! Allah bunlardan böyükdür.
İbrahim (ə) şəhərə getdi. O həqiqət axtarışında idi. Gecə çatmışdı. Qaranlıq şəhəri özünə qərq etmişdi. Məbəddən savayı heç bir yerdə işıq görünmürdü. Zöhrə ulduzuna pərəstiş edənlər təzimlə göyə baxırdılar. Onlar inanırdılar ki, o ulduz onların rəbbidir. Onlara ruzi yetirən, xeyir və bərəkət verən odur.
İrahim onların yanında durdu. Göyə baxır və həqiqəti axtarırdı. O, həqiqi Allahı axtarırdı. Bu halda ay çıxdı və səmada göründü. Ay öz nuru ilə hər yeri işıqlandırdı. İbrahim (ə) ağıllı bir cavan idi. İnsanları qərq olduqları azğınlıqdan çəkindirmək istəyirdi. Onları başa salmaq istəyirdi ki, Allah böyükdür. Ona görə də onlara dedi:
-Bu mənim rəbbimdir.
Zöhrə ulduzuna ibadət edənlər ona sarı dönüb, dedilər:
-Necə?
İbrahim (ə) dedi:
-Sizin ibadət etdiyiniz Zöhrə ulduzu gözlərdən itdi. Amma, həqiqi Allah heç vaxt gizlənib, gözdən itməz.
Zaman keçdi və ay səmada dolanıb, gözdən itdi. Bir saatdan sonra günəş doğdu. İbrahim (ə) qışqırdı:
-Bu mənim Rəbbimdir. Bu daha böyükdür.
Camaatın bəzisi bu cavanın sözlərinə inandılar. Öz-özlərinə dedilər ki, bəlkə də onun dedikləri doğrudur. Amma, günəş də gözdən itdi. Yenidən qaranlıq hər yeri bürüdü. İbrahim (ə) səmaya nəzər saldı və uca səslə dedi:
-Mən günəşə ibadətdən uzaqlaşıram. Günəş ibadət olunası allah deyil. Mən günəşi, ayı, Zöhrəni, yeri, göyü və bizim hamımızı yaradan Allaha ibadət edirəm.


Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə