Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhli-beyt (ə) Peyğəmbər dua edəcək onlar da "amin" deyəcəkdi...

Peyğəmbər dua edəcək onlar da "amin" deyəcəkdi...

Hicri təqvimi ilə 10-cu il, zi-hiccə ayının 24-cü günü Əhli-beyt (ə) və Nəcran xristianları arasında baş verən mübahilə gününə təsadüf edir.
Digər tərəfdən də  Əhli-beytin (ə) şəni haqqında “təthir” ayəsinin nazil olması da, bu günə təsadüf edir. (Məsarüş-şiə: s. 23 – Əl-ədədül-qəviyyə: s. 307 – Biharül-ənvar: c.  97, s. 168- 308)
O ayə nazil olanda Peyğəmbər (s), Əli (ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseyni (ə) çağırıb buyurdu: “Ey Allah, bunlar mənim əhlimdir (əhli-beytimdir).”  (Tarixül-xüləfa: s. 19)
Peyğəmbərin (s) Nəcran xristianlarına naməsi
Hicri təqvimi ilə 10-cu il, Peyğəmbər (s) xristianlara namə göndərdi bu məzmun da ki, tək Allaha ibadət etsinlər və müsəlman olsunlar, ya da öz məzhəblərində qalıb müsəlmanalara cizyə versinlər. Əks təqdirdə müharibəyə hazır olsunlar. Bəni-nəcran, özlərinin böyük kilsələrində toplanıb məsləhətləşdilər. Belə qərara gəldilər ki, xristianların böyük şəxsiyyətlərindən yeddi nəfəri bu məsələni təhqiq etmək üçün Mədinəyə göndrəsinlər. Onlar Mədinəyə gəlib Peyğəmbərin (s) hüzurur ilə şərəfləndirlər. O həzrət nə qədər dəlil və fakt gətirdisə, onlar qəbul etmədilər və iş mübahiləyə çəkdi. Cəbrail nazil olub bu ayəni gətirdi:
Sənə göndərilən elmdən (məlumatdan) sonra səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!” (Ali-İmran: 61)
Ona görə də mübahilə etmək qərara alındı. Nəcranın böyükləri və ricalı, Mədinədən çölə çıxıb bir-birləri ilə məsləhətləşdilər. Onların alimlərindən bəziləri dedilər: “Əgər sabah, Məhəmməd müabahilə üçün səhabə və çoxlu kəslərlə gəlsə, bilin ki, bu, padşahların üsuludu və özünüzdə qorxuya yol verməyin. Əgər Əhli-beytindən xüsusi şəxsləri özü ilə gətirsə, bu,  peyğəmbərlərin işidir.”
Mübahilə mərasimi
Ertəsi gün, günəş yuxarı qalxdıqda  Peyğəmbər (s) Əli ibn Əbi Talibin əlini tutub otaqdan çölə çıxdı. İmam Həsən və  İmam Hüseyni (ə) önə saldı. Fatimeyi-Zəhra (ə.s) da arxadan gəlib öncədən təyin ölunmuş iki ağac arasına çatdılar.  Öncə həzrətin göstərişi ilə o iki ağacın altını süpürdülər və qara əbanı çətir kimi ağacın üstünə saldılar. Mədinə müsəlmanları və bəni-nəcran da öz övladları ilə birlikdə oraya gəldilər. Peyğəmbər (s), nəcran qəbiləsinin yanına bir nəfəri göndərib hazır olduqlarını bildirdi.
Osqof, bir-neçə şəxlə gəlib dedi: “Kimlərlə mübahilə edirsiniz (mübahilə üçün kimi tərəfdar gətirmisiniz)? Peyğəmbər (s) buyurdu: “Yer üzündə olanların ən yaxşısı, dünya aləmindən Allahın yanında ən yaxşı olanla. Çünki Allah tərəfindən mənə əmr olunub ki, onları özümlə gətirim. Beləliklə həzrət, “Ali-əbaya” (ə) işarə etdi. Onların gözü Peyğəmbər və Ali-əbaya (ə) düşündə elə bir həddə dəhşətə gəldilər ki, üzlərinin rəngi saraldı. İslama meylli olan Əbu Haris, fürsəti dərəyrli sayıb önə addım atdı və onların əllərini tutub geri çəkdi, nəsihət verib bu mübahilənin nəticəsindən onlara məlumat verib dedi:“Onun və əhli-beytinin sifətlərini kitablarda oxumuşunuz. Bu Məhəmməd, o peyğəmbərdir!  Qara buludları, günəşin dəyişməsini, ağacın əyilmiş budaqlarını, quşların səsini, ətrafı tutmuş qara tüstünü, dağlarda məlum olan zəlzələləri görmürmüsünüz ? And olsun Allaha! Əgər bir söz desələr, bizdən bir əlamət qalmayacaq.”
Nəcranlıların mübahilədən çəkinməsi
Əbu Haris gəlib müsəlman oldu və ərz etdi: “Nəcran camaatı peşman oldu.” Həzrət buyurdu: “İslam gətirsinlər.” Dedi: “Qəbul etmirlər.” Döyüşə hazırlaşsınlar. Dedi: “Bu işə qüdrətləri çatmır. Amma cizyəni qəbul etməyə hazırdılar.”
Peyğəmbər (s) Əmirəlmöminə (ə) buyurdu: “ Zimmənin şəraitini və miqdarını onlara de.”  Ondan sonra Əmirəlmöminin (ə) onları Allah Peyğəmbərinin (s) yanına gətirdi və o həzrət buyurdu: “Əgər mənimlə və bu əhli-beytimlə mübahilə etsəydiniz, meymun və donuza çevrlicəydiniz, bu vadi sizin üçün oda çevriləcəkdi və bir il keçməyəcəkdi ki, bütün xristianlar yox olacaqdı.” (Təfsiri-burhan: c. 1, s. 287-288  - Qəlaidün-nühur: c. Zi-hiccə, s. 427)

www.sibtayn.com/az

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə