Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Həsən (ə) Məqalələr Müaviyə dövründə qiyamın maneələri

Müaviyə dövründə qiyamın maneələri

Müaviyənin qüdrətinin hakim olduğu belə acınacaqlı vəziyyətdə bir çox şeyləri nəzərə almaqla, o vaxtda qiyam etməyə nə imkan var idi nə də qiyamın bir faydası olacaqdı.
Aşağıdakı iki səbəbi Müaviyənin dövründə İmam Hüseyn əleyhissəlamın inqilabına mane olan əsas iki amil kimi qeyd etmək olar.
1. İmam Həsən əleyhissəlamin Müaviyə ilə sülh müqaviləsi
Əgər İmam Hüseyn (əleyhissəlam) Müaviyənin dövründə qiyam etsəydi Müaviyə İmam Həsən əleyhissəlamın onunla bağladığı və İmam Hüseyn əleyhissəlamın da təsdiqlədiyi sülh müqaviləsini bəhanə gətirib İmam Hüseyn əleyhissəlamı sülh müqaviləsini pozmaqda ittihamlandıracaqdı. Çünki  hamı bilirdi ki İmam Həsən (əleyhissəlam) və İmam Hüseyn (əleyhissəlam) nə qədər ki Müaviyə sağdır onun hökuməti qarşısında sükut edəcəklərinə və heç bir qiyama əl atmayacaqlarına söz veriblər. Əgər belə bir vaxtda İmam Hüseyn (əleyhissəlam) qiyam etsəydi Müaviyə İmamı vəzifətələb və əhd-ilqar sındıran bir şəxs kimi qələmə verərdi. Düzdür İmam Hüseyn (əleyhissəlam) Müaviyə ilə bağlanan müqaviləyə əməl etməyi vacib bilmirdi. Çünki bu müqavilə azad könüllü və ixtiyari şəkildə deyil məcburiyyət qarşısında və danışıqların heç bir fayda verməyəcəyi bir dövrdə bağlanmış bir müqavilə idi. Bundan əlavə, artıq Müaviyənin özü müqaviləni pozmuş və daha müqavilənin şərtlərinə riayət etmirdi. Deməli belə bir müqaviləyə (baxmayaraq ki əslində düzgün müqavilədir) İmam Hüseyn (əleyhissəlam) əhəmiyyət verməzdi. Çünki Müaviyə özü onu pozmuş və onun pozulmasında əlindən gələni əsirgəmirdi. Ancaq nə qədər müqavilə var idi Müaviyə onunla İmam Hüseyn əleyhissəlamın qiyamına qarşı bəhanə gətirə bilərdi. Digər tərəfdən də baxmalıyıq ki görək camaatın İmam Hüseyn əleyhissəlamın qiyamı barədə fikri necədir?
Mə’lumdur ki İmam Hüseyn əleyhissəlamın dövründəki camaatda qiyam həvəsi yox idi. Onlar qılınclarını açıb kənara qoymuşdular. Salamatçılıq ardınca olan bu camaatın beynində təbii ki İmam Hüseyn (əleyhissəlam) Müaviyə ilə sülh bağlayıb (sülhə razı olub) indi də ona əməl etməlidir fikirləri dolanırdı. Deməli belə bir vaxtda əgər İmam Hüseyn (əleyhissəlam) qiyam etsəydi Müaviyə onun qiyamını qeyri-qanuni və sülh müqaviləsinin əksinə olan bir üsyan kimi qələmə verəcəkdi. Əvvəldə də qeyd etdik ki o dövrün camaatında qiyam həvəsi olmadığına görə onlar da Müaviyənin sözlərini təsdiqləyəcəkdilər.
2. Müaviyənin dini jesti
İmam Hüseyn əleyhissəlamın Yezidin dövründə etdiyi inqilab o qədər qüvvətli idi ki camaatın qəlbində əbədi qalmışdır. Müşahidə etdiyimiz kimi üstündən neçə əsrlər keçməsinə baxmayaraq, camaat indi də Kərbəla şəhidlərini özləri üçün örnək nümunə qərar verərək fədakarlıq qəhrəmanlıq meydanlarında onlardan ilham alırlar. Əgər İmam Hüseyn (əleyhissəlam) Müaviyənin dövründə qiyam etsəydi çox ehtimal ki onun qiyamı belə nəticə verməyəcəkdi. Bu məsələnin sirrini Müaviyənin nüfuzu hoqqabazlığı hiyləsi və dini jestində və onun müşkülatı həll etməkdə seçdiyi xüsusi yolda axtarmaq lazımdır. Düzdür Müaviyə hökumətində İslamı tamamilə təhrif etmiş Bəni–Üməyyəni İslamın sadə hökumətinin əvəzinə hökumətə gətirmiş və İslami cəmiyyəti qeyri-İslami cəmiyyətə çevirmişdi. Ancaq o bunu da yaxşı bilirdi ki camaata İslam adı altında rəhbərlik etdiyi üçün dinə zidd olan işlər görməməlidir. Əksinə o həmişə çalışırdı ki öz işlərinə dini ad qoysun. Bununla da gördüyü işləri tutduğu mövqeylə uyğunlaşdırırdı. Şər’i görülməsi mümkün olmayan işləri isə gizlində görürdü. Bə’zi tarixi sənədlər göstərir ki Müaviyə dinsiz və heç nəyə inanmayan bir insan olmuşdur. Belə ki özü elə də əməlli və düzgün adam olmayan Müğeyrə ibn Şü’bə Müaviyənin xüsusi məclislərində onun özündən eşitdiyi sözlər barədə fikirləşərək narahat olub deyirdi: «Müaviyə camaat arasında ən pis adamdır.» Ancaq bununla belə, Müaviyənin dinin bə’zi zahiri işlərinə riayət etməsi onun əsl mahiyyətini anlamaqda camaat üçün çox çətin olmuşdu. Müaviyə öz hökumətini dini hökumət kimi göstərmək üçün vəziyyət və şəraitdən lazımi qədər istifadə edirdi. O bir tərəfdən Osmanın qisasını bəhanə edir digər tərəfdən də, Əbu Musa Əş’əri ilə Əmr ibn As arasında gedən danışıqlardan İmam Həsən əleyhissəlamla sülh bağladıqdan və camaatın onunla bey’ət etməsindən sonra özünü camaatın gözündə xəlifəliyə layiq qələmə verirdi. Buna əsasən, əgər İmam Hüseyn (əleyhissəlam) onun dövründə qiyam etsəydi Müaviyə asanlıqla İmam əleyhissəlamın qiyamını haqqın batilə qarşı qiyamı kimi yox hökumət və vəzifə üstündə siyasi mübarizə kimi qələmə verəcəkdi.

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə