Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Həmd və Səna Təqvim Məhərrəm (2) Məhərrəm ayının 28-ci günü

Məhərrəm ayının 28-ci günü

1. Hüzeyfə ibn Yəmanın rehləti
2. Əhli-beyt (ə) əsirləri karvanının Bələbəkə daxil olması
3. İmam Cavadın (ə) Bağdada sürgün olunması
1. Hüzeyfə ibn Yəmanın rehləti
Hüzeyfə ibn Yəman İslamın əziz Peyğəmbərinin (s) böyük və həzrət Əlinin (ə) böyük səhabələrindən idi. O, həzrət Siddiqeyi-Tahirə Fatimeyi-Zəhranın (ə.s) cənazəsinə namaz qılan yeddi nəfərdən biri idi.
Qədir Xum hadisəsidən sonra münafiqlər bir sui-qəsd planlaşdırdılar. Onlar istirdilər ki, QədirXumdan qayıdan zaman dağlar arasından keçən yolda Peyğəmbərin (s) dəvəsini ürkütsünlər və beləliklə də camaat və  o həzrət dərə yuvarlansınlar. Amma Cəbrail bu planı Allahın Rəsuluna (s) çatdırdı. Peyğəmbər (s) nəzərdə tutulan yerə çatanda münafiqlər içində daşı qırıqları olan qabları buraxdılar və hay-haray salmağa başladılar. Amma Əmmar, Allahın Rəsulunun (s) dəvəsinin cilovunu möhkəm tutdu. Hüzeyfə də o həzrətin yanında idi. Beləliklə də münafiqlərin planı baş tutmadı. Peyğəmbər (s), münafiqləri bir-bir Hüzüyfəyə tanıtdırdı. Onlar aşağıdakılardan ibarətdir: “Əbu Bəkr, Ömər, Osman, Əbu Übeydə, Məaz ibn Cəbəl, Salim, Müaviyə, Əmr ibn As, Təlhə, Səd ibn Əbi Vəqqas, Əbdür-rəhman ibn Ovf, Əbu Musa Əş`əri, Müğeyrə ibn Şöbə və Əbu Hüreyrə. Hüzeyfə bütün bunları yadda saxladı.
O hadisədən sonra xilafəti qəsb edənlər, qorxurdular ki, Hüzeyfə, camaata onları tanıtacaq. (İrdaşi-qülub, c. 2. s. 195- Biharül-ənvar: c. 28, s. 99)
Hüzyfə neçə illər Mədayində vali oldu. O, Əmirəlmöninin (ə) xəlifəli çatandan 40 gün sonra orada dünyasını dəyişdi və torpağa tapşırıldı. O, ölməzdən öncə iki oğlu Səfvan və Səidə vəsiyyət etdi ki, həmişə Əmirəlmöninə (ə) diqqət etsinlər. Onlar da atalarını vəsiyyətin əməl etdilər. Nəhayət “Süffeyn” döyüşündə şəhadətə çatdılar. (Müntəhayül-əmal, 1-ci bab,  10-cu fəsl,s. 171)
2. Əhli-beyt (ə) əsirləri karvanının Bələbəkə daxil olması
Bir rəvayətə əsasən Əhli-beytin (ə) əsirlər karvanı hicri təqvimi ilə 61-cı il, məhərrəm ayının 28-ci günü Şama istiqamətində hərəkət edərkən Bələbək şəhərinə daxil oldu. O şəhərin cahil camaatı hökumtəin nizəli məmurlarını önünə çıxıb onları müfəssəl şəklidə qarşıladılar. Bu mənzərəni görən Ümm Gülsüm (ə.s) onlara nifrin etdi. (Qəlaidl-nühur, s. c. Məhərrəm və səfər, s. 332)
3. İmam Cavadın (ə) Bağdada sürgün olunması
Hicri təqvimi ilə 220-ci il, məhərrəm ayının 28-ci günü, Mötəsimin göstərişi ilə İmam Cavad (ə) Bağdada sürgün olundu. (Əl-İrşad, c.2,s. 295)
İmam Cavadı (ə) Mədinədən Bağdada sürgün etməklə Mötəsim istəyirdi ki, onu  və onun şiələrlə əlaqəsini nəzarət altında saxlasın və məhdudlaşdırsın.
sibtayn.com./az

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə