Bz.er11122018

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Məhərrəm ayının 26-cı günü

1. Əli ibn Həsən Müsəlləsin şəhadəti
2. Məkkə şəhərinin mühasirəsi, Yezidin qoşunu tərəfindən Kəbənin daşa basılması
1. Əli ibn Həsən Müsəlləsin şəhadəti
Əli ibn Həsən Müsəlləs Hicri təqvimi ilə 146-ci il, məhərrəm ayının 26-cı günü Əli ibn Həsən ibn Həsən ibn Həsən ibn Əli (ə) 45 yaşında ikən mübarək əl-ayağını zəncirlənmiş halda və gecə-gündüzün seçilmədiyi biz zindanda şəhadətin ən yüskək mərtəbəsinə ucaldı. (Müntəhayül-amal, 4-ü bab, 6-ci fəsl,  s. 363)
2. Məkkə şəhərinin mühasirəsi, Yezidin qoşunu tərəfindən Kəbənin daşa basılması
Şəhidlər ağası (ə) və onun köməkçilərinin Kərbəlada şəhadətindən və o həzrətin Əhli-beytinin (ə) əsirliyindən  sonra Yezid ibn Müaviyənin çöhrəsi bütün müsəlmanlar üçün  daha artıq etirbarsız oldu. Yezid hökumətinin məmurlarının fəsad və özbaşınalığı camaatı Yezidin əleyhinə qalxmağa məcbur etdi.  Hicri təqvimi ilə 63-cü il, Hicazda Yezidin əleyhinə elə bir şəkildə üsyanlar oldu ki, Məkkə əhalisi açıq şəkildə Yezidin o şəhərdəki məmurları ilə silahlı döyüşdülər. Onlar , Məkkəni Yezid məmurlarının əlindən qurtardılar. Bu xəbər yayıldıqdan sonra Şam qoşunları Məkkəyə hücum edib hicri təqvimi ilə 64-cü il, məhərrəm ayının 26-cı günü  o şəhəri mühasirəyə aldılar. Onlar, Məkkə ətrafının yüksəklikləridə böyük mancanaqlar (daşatan qurğular) yerləşdirib onlar vasitəsi ilə Məkkəni daşa tutdular. Şəhərin camaatı Məscidül-harama sığındılar. Həsin ibn Numeyr göstəriş verdi ki, Məscidül-haramı da hədəf seçsinlər. Məkkənin bu mühasirəsi və oraya hücum, 45 gün davam etdi. (Kamil ibn Əsir, c. 4, s. 124)
sibtayn.com/az

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə