Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Həmd və Səna Təqvim Məhərrəm (2) Məhərrəm ayının 11-ci günü

Məhərrəm ayının 11-ci günü

1. Əsirlər karvanın hərəkəti
2. Məl`un ibn Ziyadın məclis qurması

1. Əsirlər karvanın hərəkəti
Məlun Ömər bin Səd, hicri təqvimi ilə 61-ci ildə məhərrəm ayının 11-ci günü gönortayadək Kərbəlada qaldlılar. Onlar ordularından öldürülənlərə namaz qılıb onları torpağa tapşırdılar. Bu bir halda idi ki, İmam Hüseyn (ə) və onun dəyərli 72 səhabəsinin bədənləri Kərbəlanın isti torpaqları üstündə qalmışdı. Gün yarıya çatanda Ömər ibn Səd, göstəriş verdi ki, İmam Hüseynin (ə) Əhli-beytini dəvələrə suvar etsinlər. Həzrət Səccad (ə) xəstə olduğu halda zəncirlənərək dəvəyə suvar edildi. (Lühuf, s. 189, - Biharül-ənvar, c. 45, s. 107)
Əsirlər karvanı qətlgahın yaxınlığından keçərkən qadınların şivən və ağalamaq səsi ucalaraq birdən Kərbəlada bir başqa qovağaya çevrildi.
Həzrət  Zeynəb (ə.s) dolmuş gözlərlə qardaşının pak bədəninə tərəf üz tutub buyurdud: “Ordusu, bazar ertəsi günü qarət olan kəsə qurban olum! Xeymələrinin ipi kəsilən kəsə qurban olum! O kəsə qurban olum ki, nə itgindir ki, qayıtmasına ümid olsun, yaralarını sağalmasına ümid var! O şəxsə qurban olum ki, canım ona fədadır! Qurban olum o şəxsə ki, kədərdli ürəklə, susuz dodaqlarla şəhid edildi! Qurban olum  o şəxsə ki, üzündən qan damır!” (Lühuf, s. 152)
2. Məlun, ibn Ziyadın məclis qurması
Ömər ibn Səd, məhərrəm ayının 11-ci günü Kufəyə gəldi. Übeydullah ibn Ziyad cah-cəlallı bir məclis qurdu və camaatın oarada iştirak etməsi üçün ümumi icazə verdi. İmam Hüseynin (ə) müqəddəs başını onu önünə qoydular. O, baxıb təbəssüb etdi və əlindəki çubuqla ona hörmətsizlik göstərdi.  Bu zaman Zeyd ibn Ərqəm qalxıb ağlar halda fəryat etdi: “ Çubuğu Hüseyn (ə) qardaşın ağzına, dişinə vurursan? Mən gözümlə görmüşəm ki, Allahın Rəsulu (s) mübarək ağzını onun ağzına,dodaqlarına qoymuşdu!”  Məlun ibn Ziyad ona dedi: “Əgər yaşlı qoca bir kişi olmasaydın, ağlını əldən vermiş olmasaydın boyununu vurardım!”  Bu zaman ibn Ziyad qalxıb evinə yollandı. (E`lamul-vəri: c. 1, s. 471)/

sibtayn.com/az

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə