Məhərrəm ayının 2-ci günü

Həzrət Hüseyn (ə) karvanının Kərbəlaya daxil olması

Məşhur rəvayətə görə hicri təqvimi ilə 61-ci ildə həzrət Seyidüş-şühəda (ə) öz Əhli-beyt (ə) və əshabı ilə birkikdə Kərbəlaya çatdı. Rəvayətə əsasən həzrətin atı daha hərəkət etməyıb dayandı. Həzrət Hüseyn (ə) “bu məntqənin adı nədir” deyə soruşdu. Dedilər: “Qaziriyə”. Buyurdu: “Başqa adı yoxdur?” Dedilər:” Şatül-furat”. Həzrət (ə) başqa adı haqqında soruşdu: Dedilər: Kərbəla. O zaman həzrət ürəkdən bir ah çəkib ağladı və buyurdu: “Əllahummə əzuzu bikə min-əl-kərbi vəl-bəla, And olsun Allaha! Bura Kərbəla torpağıdır. Allaha and olsun, bu məkanda bizimlə olan kişiləri öldürəcəklər, arvad-uşaqlarımızı əsir aparacaqlar..Ey comərdlər, (atlardan yerə) enin ki, bizim qəbrlərimizin yeri burdadır.
sibtayn.com/az