Bz.er11192018

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Həzrət Rüqəyyə (ə.s)

Həzrət Rüqəyyənin (ə) Şamda məzarı məşhurdur. Həzrət Rüqəyyənin varlığının hikməti və onun Şamda dəfni, din düşmənlərini rüsvay olması deməkdir. Ona görə heç kəs Şamda baş verən hadisələri inkar edə bilməcəyək. Həzrət Rüqəyyənin (ə) məzarı, qadınların bu müqəddəs məkanda əsir olmaqlarının əlamətidir. Artıq heç bir kəs, Şam hadisələrini dana bilməz.

Həzrət Rüqəyyənin (ə) qəbri, əhli beytə (ə) olunan zülmlərə canlı şahid, sənəddir. Şöhrət, Həzrət Rüqəyyənin (ə) qəbrinin varlığına dəlilidir və onun (ə) bu məkanda dəfni canlı bir əlamətdir. Ona görə də, o həzrətin qəbri və məqamı barəsində olan bəzilərinin şəkk və şübhələrinə əhəmiyyət vermək və diqqət etmək lazım deyil. Onlar, (həzrət Rüqəyyənin Şamda dəfninə və onun məqamına şübhə ilə yanaşanlar), şeytanın azdırdıqları şəxslərdir. Onlar, məsələlərə nadan və cahil olduqları üçün, həqiqətləri dərk edə bilmirlər.

Həzrət Rüqəyyənin (ə) ata və anası
Həzrət Rüqəyyə (ə) imam Hüseyn ibn Əlinin (ə) qızıdır. Onun anasının adı Ümmü İshaqdır. Həzrət Rüqəyyə (ə) 59-cu hicri qəməri ilində Mədinə şəhərində dünyaya gəldi və 61-ci hicri ilində atası ilə birlikdə Kərbəlaya səfər etdi. Bəzi rəvayətlərə əsasən həzrət Rüqəyyənin şəhadəti zamanı üç yaşı var idi. O hicri-qəməri tarixi ilə 5-i səfər 61-ci ildə Şam şəhərində əsirlikdə şəhadətə çatdı.
Həzrət Rüqəyyənin (ə) adı
Rüqəyyə; lüğətdə yuxarı və yuxarı aparmaq, tərəqqi etmək mənasınadır. Biz, İslamda bir neçə "Rüqəyyə" adı ilə rastlaşırıq ki, o cümlədən onlardan biri həzrət Xədicənin saxlayıb, böyütdüyü qızdır. O, hicrətdən iyirmi il qabaq Məkkədə dünyaya gəlmişdi və böyüdükdən sonra Ütbə ibn Əbi Ləhəb ilə izdivac etmişdi. Peyğəmbər (s), peyğəmbərliyə məbus olandan sonra Rüqəyyə də Xədicə ilə birlikdə Peyğəmbərə (s) iman gətirdi. "Təbbət yəda əbi Ləhəbin və təbb"[36] ayəsi nazil olduqdan sonra Əbu Ləhəb, oğlundan Rüqəyyəyə təlaq verməsini istədi. Ütbə də onu boşadı. Sonra o, Osman ibn Əffan ilə izdivac etdi. Amma...
İslam və Peyğəmbərin (s) düşməni, Müğeyrə ibn Əbil As, Peyğəmbərə (s) ox atdığını və onun qolunu sındırdığını iddia edirdi. Osman ona pənah verdi. Sonra Peyğəmbərin (s) yanına gəlib, Müğeyrənin azad olmasını xahiş etdi. Peyğəmbər (s) buyurdu: Ona getmək üçün, üç gün aman verirəm.
Osman, Müğeyrənin vəsaitini və yol azuqəsini hazırlayıb, yola saldı. Amma, Müğeyrə yarı yolda getmək fikrindən döndü. Bu işi Mütəal Allah, öz Peyğəmbərinə (s) xəbər verdi. Peyğəmbər (s), Zeyd və Zübeyri Müğeyrəni öldürmək üçün göndəri.
Osman evə gəlib, Rüqəyyəni bu işdə təqsirləndirdi və onun bu işi Peyğəmbərə (s) xəbər verdiyini iddia etdi. Rüqəyyə bunu inkar etdi və bu işdən xəbəri olmadığını dedi. Amma Osman inanmadı və onu ağacla möhkəm döydü. O xanım, Peyğəmbərin (s) evinə qayıtdı və aldığı ağır yaraları nəticəsində dünyadan getdi.
Osman, Müğeyrə ibn Əbil Asın səfər vəsaitini hazırlayarkən, Peyğəmbər (s) buyurdu: Allah lənət etsin o kəsə ki, ona (Müğeyrəyə) minik verdi və səfər vəsaitini hazırladı.
Həzrət Əmir-əl-möminin Əlinin (ə) qızlarının da birinin adı Rüqəyyə idi. O, şücaətli və fəzilətli bir qadın idi. O, ilahi maarifi və İslam elmlərini, atasının və qardaşlarının yanında öyrənmişdi. Rüqəyyə, əmsi oğlu Müslüm ibn Əqil ilə izdivac etmşdi və bu izdivacdan iki övlad: Əbdüllah və Mühəmməd dünyaya gəlmişdi. Qardaşı imam Hüseyn (ə), Mədinədən Kərbəlaya səfər edərkən, o da iki oğlu ilə birlikdə imamla Kərbəlayə gəldi. Yolda əri Müslümin şəhadət xəbəri ona çatdı. O, ərinin və sonra Kərbəlada, qardaşlarının, övladlarının və başqa yaxınlarının şəhadətlərinə səbr etdi, sonra əsirlik müsibətləri çəkdi və bacısı Zeynəblə (ə) birlikdə həmasələr yaratdılar.
İmam Museyi Kazimin (ə) də Rüqəyyeyi Süğra adlı bir qızı var idi. O da atasının yanında böyümüş və ilahi elmləri, hədis və İslam maarifini öyrənmişdi. Rüqəyyeyi Süğra, əhli beyt (ə) hədislərinin ravilərindən sayılır.
Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Həzrət Ruqəyyə ələyha salamın ziyarəti

Səsləndirən: Məddah Farsi

zaman həcm yüklə dinlə
00:03:44 225 KB دانلود

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.


Nəzərinizs  

+6 #3 Esane.QasimovaGuest 2016-03-10 06:20
Salam. çoxsağolun oxudum. Mənimdə qzımın adı Rüqeyya dı. Imam Hüseyn den behs eden Esirler karvanı adlı film izledim ilk.defe Rüqeyya adın ordan eşitdim ve eht etdimki qız evladım olsa adın Rüqeyya qoyaram.Allah hetimi qebul etdi ve Allaha çox şükürler olsunki mene qzımı verdi. Inşallahda exaqında Hzret Rüqeyya exlaqından versin Allah.Amin
0 #2 yoxduzahid 2012-12-21 15:28
Yayimlananda de allah rzasina
0 #1 yoxduzahid 2012-12-21 15:27
sag olun

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə