Bz.er12182017

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Səfər Səfər ayının son günü

Səfər ayının son günü

Həzrət Əli ibn Musa Ər-Rzanın (ə) şəhadəti
(Bəzi nəzərlərə əsasən İmam Rzanın (ə) şəhadəti səfər ayının son gününə təsadüf edir. Səfər ayı isə bəzən 29, bəzən də 30 gün olur. Bu il isə səfər ayı 30 gündən ibarətdir. Ona görə də həzrətin şəhadəti gününü səfər ayının son günü kimi oxuculara təqdiim edirik.)
Hicri təqvimi ilə 203-cü il, səfər ayının son günü imamət və vilayətin parlaq ulduzu imam Əli ibn Musa Ər-Rza (ə) şəhadətə çatdı. Məmun, özünün “vəliəhd” planına dözməklə məqsədə çatmadıqda, imamı qətlə yetirmək qərarına gəldi.
Əhməd ibn Əli Ənsari deyir: “Əbu Sullətdən soruşdum: Məmun, necə imam Rzanı öldürmək qərarına gəldi?”  Məmun vəliəhd məqamını imama verməklə, camaata göstərmək istəyirdi ki, o həzrətin dünyaya rəğbəti var. Bununla da camaatın gözündən düşsün. Amma bu plan, imamın Məmundan üstün olmasını göstərməkdən başqa bir nəticə verəmdi. Ona görə də bütün islam ölkələrinin bilik adamlarını dəvət etməklə imamı alimlərin yanında məhkum etmək və bununla da, onun məqamını camaatın gözündə kiçiltmək istəyirdi. İmam isə elə bir xiristian, yəhudi və s. alimləri ilə gürüşmürdü ki, ona üstün olmasın. Camaat deyirdi: O həzrət, Məmundan xəlifəlik məqamına daha layiqlidir. Cacuslar da bu məsələni ona çatdırırdı....Bu minvalla da, Mənum, imamı zəhərləmək planını çəkdi. İmamın şövkət və əzəməti camaatın ürəyində özünə yer alması, “fitr” bayramı namazının hadisəsində Məmuna məlum oldu. Məmunun bu hadisədən hiss etdiyi təhlükə, onu daha çox düşünməyə vadar etdi. İmamın (camaatla ünsiyyətini) məhdudlaşdırmalı, onu daha çox nəzarətdə saxlamalı idi.  Əbdüsalam Hirəvi nəql edir:” Məmuna xəbər verdilər ki, imam Rza (ə) kəlam məclisləri bərpa edib.  Hər gün çox sayda adamlar onun heyranına çevrilirlər. Ona görə də Məmun göstəriş verdi ki, camaatın imamın məclislərində iştirak etməsinin qarşını alsınlar.” İmam, ona görə çox narahat oldu və Məmuna belə nifrin etdi: Ey yeri və göyü yaradan! Ey sonsuz qüdrətə sahib olan Tanrı! Ey (o Tanrı ki, onda başqalığa və dəyişiməyə yol yoxdur) dəyişməz Tanrı! Ey uca məqamlı Tanrı! O şəxsə  salam və rəhmət göndər ki, ona salam və  salavat göndərməklə məni şərəfləndirmisən. Mənə zülmü rəva görən və məni kiçik düşürəndən və bizim şiələrimizi qapımızdan qaçırıb (qovanı) pərakəndə salandan  intiqam al! (Məfatihul-cinan, beşinci fəsl, zil-qədə ayının əməlləri) İmamın Məmun tərəffindən əzab-əziyyətə məruz qalması nümunləri çoxdur.  Nəql olunub ki, imam Rza (ə), Came məscidindən qayıtdıqda, əlləri tərli və tozlu olduğu halda Allahın dərgahına əl açıb deyərdi: “Ey Tanrı! Fərəc və qurtuluş mənim ölümümdədirsə, elə (təcili) bu  saat onu göndər!”
O həzrət həmişə qəm-qüssəli idi. Nəql olunub ki,  nəhayət hicri tarixi ilə 202, yaxud başqa bir rəvayətə görə 203-cü il, səfər ayının son günü həzrətin özü haqqında etdiyi dua qəbul oldu. O, Məmun tərəfindən zəhərləndi və şəhadətə çatdı.
Əhli-sünnənin tanınmış hədisçisi İbn Həbban yazır: Əli bin Musa ər-Rza (ə), Məmunun ona yedirtdii zəhər vasitəsi ilə vəfat etdi...Onun məzarı, Nuqandanın xaricində - Sənabaddadır. Mən, dəfələrlə Əli bin Musa ər-Rza (ə) onun ziyarətinə getmişəm.Tusda oduğum zaman hər hansı bir müşkül mənə üz verəndə, Əli bin Musa ər-Rzanın (ə) ziyarətinə gedib, ondan onun həlllin istəyirdim. İstəyim qəbul və o çətinlik məndən kənar olurdu.” Sonra yazır: “ O, dəfələrlə təcrübə edib nəticə adlığım bir işdir. Allah bizi Allahın Rəsulunun (s) və Əhli-beytinin (ə) məhəbbətilə öldürsün.”  (Əs-Səqat, ibn Həban, c.8, səh. 476)
http://www.sibtayn.com/az

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə