Səfər ayının 27-ci günü

Peyğəmbər (s) tərəfindən Əsamə ibn Zeyd islam ordusunu səfərbər etmək üçün təyin olunması
İslamın əziz peyğəmbəri (s) “həccətül-vida”dan qayıtdıqdan sonra, Ərəbistan yarımadasının şimali-qərbindən rumluların hücumunun qarşısını almaq üçün ənsar və mühacirdən ibarət bir qoşun toplayıb hamıya bu cihadda iştirak etmək üçün fərman verdi. Rəsuli-Əkrəm (s), hicri təqvimi ilə 11-ci il, səfər ayının iyirimi yeddisi öz mübarək əlləri ilə başçılıq bayrağını 17-18 yaşlı bir igir gəncə tapşıdı. O, Zeyd ibn  Harisənin övladı “Əsamə” idi.  Onun atası, təbuk müharibəsində rumlular tərəfindən şəhid olmuşdu.
Müsəlmanlarını ordusu Mədinənin yaxınlığında mövqe aldılar. Qədir Xum hadisəsi və həzrət Əlinin (ə) imamlığa seçilməsindən xoşlanmayan Əbu  Bəkr, Ömər, Osman, Səd ibn Əbu Vəqqas və Əbu Ubeydə, Peyğəmbərə nöqsan tutuurdular ki, nə üçün azyaşlı bir gənci ordunu başçısı təyin edib. Onlar o ordunun Mədinədən xaric olmağını öz hədəf və istəkləri ilə uyğun olmadığı görmədikləri o gəncin təcrübəsizliyini bəhanə etdlər. Peyğəmbər (s) hərarətli və ağrıyan bədənlə, dözümsüz və zəif halda məscidə gəlib minbərə qalxdı. Əsamə ibn Zeydin işi bacaracağını sübut etmək üçün camaata buyurdu: “Əsamənin ordusundan boyun qaçırana Allah lənət etsin.” Əbu Bəkr, Ömər və Osman ondan ona itaətsizilik etdilər. (Təbəqati-ibn Səd, c2, səh. 136- Biharül-ənvar, c. 30 səh. 428- Müstədrəku səfinətil-bihar, c.6, səh. 295) Allahın Rəsulunun lənəti, Allahın lənəti olduğu halda onu özlərinə aid etdilər.Əsamənin yolu üstə olan çoxlu raqarışıdırıcılıq və çolu işpozan planlarlar nəticəsində onun ordusu Rumun sərhədləri tərəfində hərəkətə başladı. Lakin Mədinədən çox uzaqlaşmamışdılr ki, peyğəmbərin rehlətindən xəbərdar oldular. Ordunun kədəri, müsəlansifəli münafiqlər, bir müddət ordunun şıralarını pərakəndə etdi.  Bu pərakəndilik Əbu Bəkrin hökumətinədək davam etdi. Nəhayət  onlar şamlılar və rumlularla vuruşmaq üçün yola düşdülər. (Tarixe-Dəməşq, c.2, səh. 51)
http://www.sibtayn.com/az