Səfər ayınn 20-ci günü

1.“Be`ri məunə” faciəsi
2.Hüseynçilər (ə) karvanının Kərbalaya daxil olması
3.Hüseynin (ə) ərbəin
Hicri təqvimi ilə ilə 3-cü il, səfər ayının 2- günü də "be`ri-məunə" faciəsi baş verdi
Hicri təqvimi  3-cü il, iyirmi səfərdə Islam təbliğçilərininri  böyük bir qrupu şəhadətə çatıdı. Abir ibn Malik, bəni-Amir tayfasının böyükərindən idi. O, bir gün Rəsulullahın (s) hüzuruna gəldi.Peyğəmbər (s) üçün hədiyələr gətirmişdi. İslamın əziz peyğəmbəri (s) buyurdu: “Hədiyələri o zaman qəbul edə bilər ki, o, islam gətirsin.” O da islam dinini qəbul etməklə, Peyğəmbər (s) tərəfidən öz qövmü üçün təbliğçilərin göndərlimməsini istədi, dinin və onu qanunlarının təbliğini öz vəzifəsi saydı. Onun qövmü arasında təbliğ üçün peyğəmbərilər sonuncusu, səhabələrdən qırx nəfəri onun  tayfası arasına təbliğ etmək üçün gödnrədi. Xilas yolunun islami nidasını çatdırmağa gedənlər, məunə adı ilə tanınmış, bəni- amir və bəni səlimlə müştərəkəistifadə etdikləri quyuların yanında endilər. Amir ibn malik onların gəlməsi xəbərini Bəni amirə xəbər vermək üçün endi, onlar təbiliğçiləri qarşılasınlar deyə. Təbliğçilərdən biri,  peyğəmbərin (s) məkubunu Bəni- Səlimə arpardı. Onlar tam namərdliklə peyğəmbərin (s) elçisini öldürüb quyuların kənarıda  Amirin gəlişini gözələyənlərin üzərinə irəlilədirlər. Onların hamısını şəhadətə çatdırdılar. O faciədən bir nəfər sağ qaldı. Həzrət Rəsul (s), o xəbəri eşidən zaman çox narahat olub kədərləndi. Ona görə də 15, başqa bir rəvayətə görə 40 gün hər namazdan sonra o islam təbliğiçilərin qatillərinə lənət etdirdi. Bəzi təfsirçilər, “və la təhsəbənnəl-ləzinə qutilu fi səbilillahi məvtən, bəl əhyaun ində Rəbbihim yurzəqun” (“Ali-İmran”surəsi, 169-cu ayə) ayəsini  şəni-nüzulunu bu qəmli faciə üçün nazil odluğunu deyirlər. (Biharül-ənvar, c. 2, səh.142)
2. Hüseynçilər (ə) karvanının Kərbalaya daxil olması
Bir rəvayətə əsasən, Hüseynin (ə) Əhli-beytinin karvanı, Yezidin küfr və Şəhidlər Ağasının Haqq əhli oldğunu sübut edəndən sonra hicri təqvimi ilə 61-ci il, sərəf ayının iyirminci günü, Kərbəlaya daxil oldular. Əhli-bety (ə) Yezidin tapşırığı ilə Şamdan qayıdanda onları böyük ehtiram və izzətlə, elə bir halda ki, Yezidin göndərdiyi şəxslər onların ətrafında qoruyucular kimi durub onları Mədinəyə aparırdı. (Tarixi-Təbəri, c.5, səh. 233) Karvan, Hicaz və İraqa yaxınlaşanda ürəyi dağlı Hüseynçilərin (ə) istəyi ilə karvan, itiqamətini İraqa tərəf dəyişdi və Şəhidlər Ağasının Əhli-beyti (ə) Kərbəlaya tərəf getdi. Kərbəlaya çatanda Nəbiyyi-Əkrəmin (ə) səhabələrindən Cabir ibn Ənsari ülə rastlaşdılar. O, Bəni-haşimdən bir neçə nəfər və əshabla imam Hüseynin (ə) ziyarəti üçün oraya gəlmişdi. Əza sahiblərinin Tənin əzadarlarına qoşulması ilə matəm Kərbəla səhrasını doldurdu.  Orada elə səhnələr yarandı ki, onları qələm almaq belə müşküldür. Qəlibdağlı uşaqlar və qadınların hər biri pərvanə kimi öz əzizinə oxşayırdı. Bundan öncə Kufəyə tərəf gedən zaman əzadarlıq etməyə icazələri yox idi və onları qamçılarla susdururdular. İndi isə öz əzizlərinin məzarı üstə ağlamaq üçün fürsət tapmışdılar, üzlərinə sillə vurub saçlarını yolar halda məzarların üzərinə düşdülər.
Əqileyi-ərəb Zeynəbi-Kubra (ə.s) neçə müddət idi ki,  əziz qardaş ayrı düşmüşdü. Səfər boyu təkcə onun kəsilmiş başı onunla idi.  Çaki-giriban edib elə hüzünlü mərsiyə deyirdi ki, ürəkləri parçalayırdı.  Ümm Güslüm üzünə silli vura-vura uca səslə fəryad etdi: “Bu gün Məhəmməd Mustəfa, Əliyyi- Murtəza, Fatimeyi-Zəhra, dünyadan gedib”. Yaxın kəndlərdən onlara qoşulmuş qadınlar da üzlərinə sillə vurub nalə və şivən edirdi. (Lühuf: səh. 82)
Pak Əhli-beyt (ə) hicri təqvimi ilə 61-ci il ərbəin günü, Kərbəlada olması barədə müxtəlif nəzərlər var. Böyük şəxsiyyətlərdən bir qrupunun nəzərinə əsasən yolun uzunluğu nəzərə alınsa, o biri il ərbəin günü Kərbəlaya gəliblər.  Digər bir qrup da onların  hicri təqvimi ilə 61-ci ildə Kərbəlaya gəlməsinə etiqadlıdır. (Ayətullah Qazi Təbatəbai (r) “Təqiq dər ruzi-ərəbəin” kitabında bütün suallara cavab verib sübut edir ki, Əhli-beytin (ə) əsir karvanı hicri 61-ci ilin ərbəinində Kərbəlada olmuşlar.  
3. Hüseynin (ə) ərbəini
Cabir  ibn Ənsari, həzrət Rəsulun (s) dostlarından və onun övladlarının müridi olub. O, Mədinədə vəfat edən Peyğəmbərin (ə) sonuncu səhabəsi idi. (Muntəhyul-əmal, səh.169) O , Rəsuli-Əkrəmin (s) salamını onun beçinci vəsisi – həzrət imam Baqir ələyhis-salama çatdırdı. Bir rəvayət görə o, 94 yaşında gözləri kor olduğu halda Mədinə vəfat edib. (Əlistiyab, c. 1, səh. 319). O, Hüseyni (ə) ərbəində ziyarət edən ilk zairdir ki, hicri təqvimi ilə 61-ci ildə Şəhidlər Ağasının ziyarətinin böyük savabına nail olub.
Şeyx Cəlululqədr İmadəddin Əbülqasim Amali, “Bəşarətül-Müstəfa” kitabında yazır: Kərbalaya çatan zaman Cabir Fərat çayında qüsl etdi. Ehramda bağlanan paltara oxşar paltar geyindi. Özünü ətirləyib yavaş qədəmlərlə Hüseynin (ə) qurban olduğu tərəfə yol aldı.  Hər addımda Allah zikr edirdi. Kor olduğu üçün məndən istədi ki, Mövlanın məzar üstə aparam. Sonra qəm-qüssədən huşunu itirib yıxıldı. Onu huşa gətirdim. Huşa gəldikdə üç dəfə fəryad etdi: “Ya Hüseyn!”  Sonra dedi: “ Ey ürəyimin əziz, dostunun cavabını vermirsən?!” Özünə cavab verib dedi: “
“Hüseyn öz qanına qəltan olan, başı bədənindən ayrılandan nə cavab gözləryirsən!” Sonra ədəblə o həzrət xitab edib dedi: “Şəhadət verirəm ki, sən Peyğəmbərlərin ən yaxsının övladı, möminlərin böyüyünün övladısan. Sən, hidayət və təqva sülaləsinin övladı, Əshabi-kəsanın beşincisisən. Sən Seyyidun-Nüqəba və xanımlar Seyidəsi Fatimənin (ə.s) övladısan. Niyə də belə olmasın?! Seyyidül-Mürsəlin (s) sənə yemək verib, pərhizkarların qucağında bəslənmisən imanın döşündən süd yemisən, pak yaşayıb, pak da düynadan getmisən. Möminlərin ürəiyini ayrılığınla qəmləndirmisən. Allahın salamı və rizvanı sənin olsun.
Qardaşın Yəhya ibn Zəkəriyya kimi şəhid olan yolu getdin” O zaman gözlərini məzarın ətrafına dolandırıb dedi: “Salam olsun sizə, ey Hüseynin kənarında uyuyan ruhlar! Şəhadət verirəm ki, namazı bərpa edib zəkatı vermisiniz əmr bil-məruf edib, münkərdən nəhy etmisiniz. İmansız və kafirlərlə mübarizə edib cihad etmisiniz. Ölənədək Allaha ibadət etmisiniz.” (Muntəhyul-əmal, səh.620)
Cabir özünün feyzli ziyarətinə davam edib buyurur: “Peyğəmbəri haqq olaraq məbus edən Allaha and olsun ki, siz şəhidlərin tutduğunuz yolda mən də şərikəm.”
Ətiyə təəccüblə Cabirə dedi: “Biz ki, bir iş görməmişik, onlar Əba Əbdüllahın yanında şəhid olublar!” Dedi: Ey Ətiyyə! Sevimlim Rəsulullahdan (sələllahu ələyi və alini və səlləm) eşitmişəm ki, buyurub: “Hər kəs bir dəstəni sevsə, onlarla məşhur olacaq. Hər kəs hər hansı camaatı sevsə onların yerinə yetirdiyi əməldə onlarla şərik olacaq.” (Bəşarətül-Mustəfa, səh.89 – Biharül-ənvar, c. 65, səh. 130)
http://www.sibtayn.com/az