Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Səfər Səfər ayının 7-ci günü

Səfər ayının 7-ci günü

1.İmam Həsənin (ə) şəhadəti
2.İmam Musa ibn Cəfərin (ə) təvəllüdü
Hicri təqvimi ilə 50-ci il, səfər ayının 7-ci günü, (bir deyimə görə isə 27-ci günü) həzrət İmam Həsən (ə) 47 yaşında ikən Muaviyənin hiyləsi ilə şəhadətə çatdı. (Tovzihil-məqasid: c. 6, - Misbahi-Kəf`əmi: c. 2, s. 598)
Allah yolunda bəxşiş və səxavəti o böyük həzrətin xüsusiyyətlərindəndir və ammə və xassənin diliniə düşmüşdü. O, üç dəfə bütün əmlakını Allah yolunda bağışlayıb. Əhli-beytjin (ə) kərim süfrəsi həmişə camaat – xüsusən yoxsul və zəiflər üçün açıq olub.
Muaviyə, hiylə və çoxlu rüşvətlə -yeni zamanda şəxsiyyətləri  aradan qaldırmaqla  İmamı sülh müqaviləsini qəbul etməyə məcbur edib qərara aldı ki, onun başqa bir mərhələsini də həyata keçirsin. İmam Həsən (ə) uzaqgörənliklə  o müqavilədə bir maddəni əlavə etmişdi ki, Muaviyənin hər hansı bir şəxsi canişin seçməyə haqqı yoxdur. Lakin Müaviyə bu maddənin əksinə olaraq qərara aldı ki, Yezidi öz canişini təyin etsin. Ona görə də cənnət gənclərinin Seyidi İmam Həsən (ə) Müaviyə üçün böyük bir maneə idi. Bu üzdən o həzrəti qətlə yetirməyi qərara aldı.
İbn Əbil Hədid “Nəhcül-bəlağənin şərhi”ndə yazır: “Müaviyə öz oğlu üçün beyət almaq istəyəndə İmam Həsən ibn Əlinin (ə) vücudunu hər bir kəsdən artıq çətin maneə kimi görürdü. Ona görə də zəhər göndərib o həzrəti zəhərlədi.” (Şərhi-Nəhcül-bəlağə, İbn Əbi Əl-Hədid: c. 4, s. 17)
Zəhəri 100 min dirhəmlə Əş`əs ibn Qeysin qızı Cö`də üçün göndərdi. Onu Yezidlə evləndirmək vədəsi ilə aldatdı. İmam, şəhadət günü oruc tutmuşdu və çox isti bir gün idi. Susuzluq İmama iftar anlarında təsir etmişdi. O qadın, süd şərbətinə zəhər qatıb həzrət üçün gətirdi ki, iftar etsin. Bu minvalla həzrət şəhadətə çatdı. İmam Həsəni (ə) şəhadətə çatdırmaq Müaviyənin cinayətlərindəndir və tarixi baxımdan onda heç bir şübhə yoxdur. Hicri təqvimi ilə 63-cü il Hirrə hadisəsindən Mədinə qarət olan zaman, bu məl`un qadının da evi tarac olundu. Amma öz növbəsində İmamı şəhadətə çatdırmaqda etdiyi “xidmətə” görə mülkünü ona qaytardılar.  İmam Həsənin (ə) şəhadətinin Müaviyənin hiyləsi ilə həyata keçməsini faktını çoxlu sənədlərdə (faktlarda) nəql olunub.  (Ənsabül-əşraf: c. 3, s. 88- 55) İmam Hüseyn (ə) böyük qardaşının ciyərinin  qanı teştə tökülən zaman onun vəsiyətlərini canü dildən dinləyir və ağlayırdı. İmam son nəfəslərində həmd-sənadan sonra buyurdu: “ Əziz Cəddim, Rəsuli-Əkrəmin, əziz atam Əmirəlmöminin, məzlumə anam Fatimeyi-Zəhranın, iki  qiymətli əmimlərim Seyidüş-şühəda Həmzə və Cəfər Təyyarın görüşünə gedirəm.”
Sonra uca ruhu yüksək mələkuta qovuşdu və aləmi öz matəmində dağladı.
İbn Əbbas deyir: “ İmam Müctəba (ə) şəhadətə çatanda İmam Hüseyn (ə), məni, Əbdüllah ibn Cəfəri və oğlum Əlini istədi, o həzrət qüsl verdi. (Münəhayül-amal: s. 328)
O həzrətin vəsiyyətinə görə onu uca Cəddinin yanında dəfn etmək istədilər. Amma Aişə qatıra suvar olduğu halda “bu ev mənimdir və ona daxil olmağa icazə vermirəm” dedi və onun həyata keçməsinə mane oldu. Bu minvalla Fatimənin (ə.s) övladlarına olan kinini bir dəfə də göstərir fəryad etdi: “ Bizim sizinlə nə işimiz var? Sevmədiyim adamı mənim evimə daxil etmək istəyirsiniz?!”
Məhəmməd ibn Əbu Bəkrin övladı Qasım, Aişənin yanına gəlib dedi: “ Ey bibi! Biz hələ də başımızı “qırmızı tüklü dəvələrə” (cəməl hadisəsinə) gününə görə aşağı salmışıq. İstəyirsən bu dəfə də “Qatır” adı ilə  şöhrət qazanaq?! (Tarixi-Yəqubi:  c. 2, s. 225)
Bu arada Mərvan da bu alovun çöp-avar daşıyanı idi. O, bəni-üməyyəni hərəkətləndirib fəryad edirdi: “ Qoymayın ki, Həsən, Peyğəmbərin evində dəfn olunsun. Osmanın qatilini övladı Peyğəmbərin məzarı yanında necə dəfn olunsun,Osman isə Bəqidə? !”(Tərcümeyi-İmam Həsən (ə),  İbn Səd: 183)
İbn Əbbas Aişəyə xitab edərək dedi: “Təəssüf! Bir gün dəvəyə, bir gün də qatıra suvar olursan, istirsən ki, Allah nurunu söndürəsən və Allah dostları ilə döyüsən, Allahın Rəsulu (ə) və onu sevimlisinin arasında maneə olasan (onları bir-birindən ayırırsan). (Müntəhayül-amal: s. 329)
Aişə fəryad etdi: “And olsun Allaha! Nə qədər ki, başımda saçım var, qoymacam onu burada dəfn edəsiniz!” - hay-huy qaldırdı və sonsuz həyasızlıqla həzrət İmam Həsənin (ə) mübarək bədənini oxa tutdular. Bir nəqlə görə yetmiş ox o həzrətin bədəninə dəymişdi. Bəni-Haşim onun cavabını vermək isitəyirdi. Amma İmam Hüseyn (ə) buyurdu: “ Sizi Allaha and verirəm! Qardaşımın vəsiyyətini zay etməyin və qan tökülməsiniə səbəb olacaq bir iş görməyin! Zira qardaşım tapşırmışdı ki, davadan çəkinin ki, qan tökülməsin.” Carəsiz qalıb o həzrətin bədənini Bəqiyə aparıb Onun ( nənəsi), (Əmirəlmöminin (ə) anası)  Fatimə binti Əsədin məzarının yanında dəfn etdilər.
İmam Həsən (ə) üçün ağlamaq və ziyarətinin fəziləti haqqında İbn Əbbasdan rəvayət olunub ki, Peyğəmbər (s) buyurub: “Övladım Həsən zəhərlə şəhid ediləndə yeddi göyün mələkləri ona ağlayar, hər şey – hətta göydə quşlar, dənizlərdə balıqlar ona göz yaşı tökər. Hər kəs ona ağlasa gözlərin kor olacağı gün kor olmaz. Hər kəs onu müsibətində kədərlənsə ürəklərin kədərləndiyi gün kədərlənməz və hər kəs onu Bəqidə ziyarət etsə, qədəmlər siratda büdrəyən zaman qədəmləri sabit (möhkəm) olar. (Müntəhayül-amal: s. 330)
2. Həzrət Musa ibn Cəfərin (ə) təvəllüdü
Hicri təqvimi ilə  128-ci il, səfər ayının 7-ci günü, Məkkə və Mədinə arasıda yerləşən və həzrət Aminənin dəfn olunduğu Əbu mətqəsində dünyaya gəlib varlıq aləmini öz nuru ilə aydınlatdı.
İmam Kazımın (ə) anası adı “Hümeyrə” idi. O adı, İmam Məhəmməd Baqir (ə) öz övladı həzrət İmam Sadiq (ə) üçün seçmişdi.  (Müntəhayül-amal: s. 902)
Həzrət Baqir (ə) ona xitab edərək buyurdu: “ Sən dünyada bəyənilənsən və axirətdə də bəyənilən olacaqsan.” Mənaqebi-Ali-Əbi-Talib (ə), c. 4, s. 323)
O xanım, İmam Sadiqin (ə) tərbiyyəsi nəticəsində elmi baxımdan elə bir məqama çatmışdı ki, o həzrət, qadınları əhkam və fiqhi məsələləri öyrənmək üçün onun yanına göndərirdi. (Müntəhayül-amal: s. 902)
Həzrət Musa bin Cəfərin (ə) ən məşhur ləqəbi “Əbulhəsən” idi. Onun  digər ləqəbləri:
Kazım,  Salih, Sabir və Əmin.
O İmamın fəzilət və mənaqibləri – seçilən insani və əxlaqi sifətləri hamının dilinə düşmüşdü. Bütün şiə və sünni alimləri ona etiraf edir, onun böyük şəxsiyyəti önündə baş əyirlər. Məhəmməd ibn Təlhə Şafei, özünün “Mənaqib” kitabında yazır: “O, böyük rəhbər,  alim məqamlı, gecələri çox oyaq keçirərdi. Kəramət və ibadətdə məşhur olub, gününü, səcdə və qiyamla gecəyə çatdırırdı. Çox dözümlü və zalımların  ona etdyi zülmü bağışladığına görə, ona “Kazım”  deyirdilər. Allah etdiyi çox ibadət və sitayişinə görə Saleh adlanmışdı. İraqda ona “Babül-həvaic” deyirdilər. Təvəssül edənlər ona təvəssül edir, onun bərəkəti ilə Allahın əta və rəhmətindən faydalanırdılar. (Müntəhayül-amal: s. 902)
Xətib Bağdadi, “Tarixi-Bağdad”  kitabında hənbəli məzhəbli birinə istinadən yazır: “ Hər vaxt mənim üçün mühüm bir iş irəli gələndə İmam Kazımın (ə) məzarının ziyarəti ilə şərəflənib ona təvəssül edirdim. Allah da o işi mənim üçün asanlaşdırardı, hər nə istəsəm əta edərdi.” (Həyatul-İmam Musa Əl-Kazim (ə)” Baqir Şərifül-Qüreyşi, c. 1, s. 52)
Şeyx Təbərisi yazıra: “ Həzrət Musa ibn Cəfər (ə) camaatla müqayisədə Allah kitabını ən üstün əzbər bilirdi. Mədinə camaatı onu, Allaha ibadət etmək üçün çalışanların zinəti adlandırırdı.(E`lamül-vəri, s. 298)
O, əziz İmam, abbasi hakimlərində Mənsur, Məhdi və Harunun dövründə yaşayıb.Abbasilər bir qədər sonra hökuməti ələ aldılar. Onlar cammaatla –xüsusi ilə də ələvilərlə nisbətən mülayib rəftar edirdilər. Lakin öz dövlətlərinin sütununu möhkəmlətdikdən sonra ələviləri dəstəkləyən pərakəndə şəkildə baş verən qiyamlarla üzləşdilər. Onlar da zalımlığa əl atdılar. Hətta onların hökuməti əldə etmək uğrunda rolu olan Əbu Müslim kimi yaxınlarını və dostlarını da aradan qaldırdılar. Mənsur ələvilərdən bir çoxunu şəhadətə çatdırdı. Digər böyük sayda adamlar isə həbsxanalarda dünyalarını dəyişdilər. Bu təzyiqlər İmam Sadiqin (ə) ömrünün sonlarında başlayıb Məmunun xəlifəlik dövrünə təsadüf edən İmam Rzanın (ə) zamanında isə özünün pik nöqtəsinə çatdı. (Həyati-fikriye-İmamane- şie, s. 384)
İmam Kazım (ə) bir tərəfdən bu təzyiqlərə məruz qalır, digər tərəfdən də şiələrin hidayəti və onların qorunması kimi təhlükəli vəzifə onun öhdəsindən gəlməli idi. O, heç bir vaxt abbasilərin qəsb etdiyi zalım hökuməti qarşısında sükut etmir, onlara qarşı camaatın qəlbində nifrət yaratmaq və onların ziddinə fəaliyyət etməyi bir an da kənara qoymadı.
Ələvilərin “Allah Rəsulunun (s) övladları” camaatın gözündə görünür və onun da nəticəsində onların arasında məhəbbət və nüfuz qazanırdılar. Əhli-beyt (ə) düşmənləri tarix boyu bu təfəkkürü məhv etməyə səy etmişlər. Halbuki şiə və sünnülərdən ibarət islam cəmiyyətinin əksəriyyəti onları Allah Rəsulunun (s) övladları hesab edir ona görə mövqe tuturdular. Bu məsələ Harunun dövründə onların Əhli-beytlə - xüsusi ilə də İmam Kazımla (ə) münasibətlərində keçərli idi. Nəql olunub ki, Harun Ər-Rəşid, İmam Musa ibn Cəfərdən (ə) soruşdu: Siz necə deyirsiniz ki, Peyğəmbərin (s) övladlarısınız? Halbuki Peyğəmbərin oğlu olmayıb və siz onun qızının övladlarısınız?
Allahın Saleh bəndəsi onun cavabında Quranın iki ayəsinə istinad etdi. Onlardan biri “Ən`am” surəsinin 85-ci ayəsidir. O ayəyə əsasən İsa, İbrahimin övladı sayılır. Halbuki onun İbarimlə bağlılığı təkcə ana tərəfindəndir. Digər ayə isə “mübahilə” ayəsidir. O ayədə də Həsən (ə) və Hüseyn (ə) “əbnaəna” (oğlanlarımız) kəlməsinin mənasını daşıyırlar. (Həyati-fikriye-İmamane- şie, s. 396)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə