Səfər ayının 5-ci günü

İmam Hüseynin (ə) qızı, həzrət Rüqəyyənin (ə.s) şəhadəti
Hicri-təqvimi ilə 61-ci il, səfər ayının 5-ci günü İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyənin (ə.s) şəhadəti Şamda baş verdi. (Əl-vəqaye vəl-həvadis: c. 5, s. 70) – Mədinədən Mədinəyədək: s. 963)
Rüqəyyə Xatun aşura vaqiəsində 3 və ya 4 yaşında idi. İmam Hüseyn (ə) ona çox məhəbbət bəsləyir o da atasını çox sevirdi.
Həzrət Rüqəyyə atası ilə birlikdə Mədineyi-münəvvərədən hicrət etdi. Bu azyaşlı qız, o həzrətin digər azyaşlılıarı kimi bu səfərdə çətinliyə, əzab-əziyyətə qatlaşdı, susuluq çəkdi və Peyğəmbərin (s) digər sülaləsi kimi Kərbəlaya gəlmişdi.
İmam (ə) və onun misilsiz yoldaşlarının şəhadətindən sonra Kufəlilərin əsiri oldu və əsirlər karvanı ilə birlikdə Kufə və Şama tərəf yollandı. Rüqəyyə Xatun, atasının fəraqında gecə-gündüz ağlayır və qərarsız idi. İsmət və paklıq sülaləsinin qadınları İmam Hüseynin (ə) şəhadət hadisəsi ondan və kiçiklərdən gizli saxlayırdı. Onlara deyirdilər ki, atalarınız səfərə getdilər. Əhli-beyt (ə) əsrilərini, Yezidin qəsrinin yaxınlığındakı Şam xarabalığına aparılanadək hadisə bu minvalla davam edirdi. Gecə yarısı o yuxudan oyandı. Solğun halda atasının sorağını aldı və ağlamağa başladı. Onun ağlamaq səsindən hərəmin xanımları və digər uşaqların da nalə və ağlamaq səsi ucaldı. Şivən səsi lənətlik Yəzidini qulağına çatanda Əhli-beytin (ə) müsibətini və dağını təzələmək üçün İmam Hüseynin (ə) kəsilmiş başını xarabaya göndərdi. Yezidçilərin zülmündən və işkəncələr çəkən və hər atasının yolunu gözləyən kiçik bala, atasının başını görcək nalə çəkdi və fəryad etdi: “Ay ata! Sənin başının damarlarını kim kəsib?! Kim bizi kiçik ikən yetim qoydu? Ay ata! Səndən sonra kimə ürək bağlayım? Sənin yetimini kim böyüdəcək? ... Ey kaş torpaqda (ölüb) yatmış olaydım, sənin qana boyanmış saqqalını görməyəydim...”
Sonra kiçik ağzını atasının kəsilmiş damarlarına qoydu, o qədər ağladı ki, huşdan getdi və qüssədən canını tapşırdı, atasına qovuşdu. Fatimə gülüstanın o solmuş gülünün bədəni gecə ilə torpağa tapşırıldı. (Müntəhayül-əmal: s. 611- Nəfsül-məhmum: s. 456)
Hazırda Dəməşq şəhərində həzrət Rüqəyyənin (ə.s) məzarı, şiələrin ziyarətgahlarından biridir. O, Əməvi məscidinin 300 metrliyində yerləşir. Əhli-beytin (ə) aşiqləri və sevənləri onun ziyatəinə can atır, ürəklərini o bargahda günah çirkabından təmizləyirlər. Qədim mənbələrin birində o xanımın adına bir qəsidə yazılıb. Orada xanımın adı “Rüqəyyə” kimi qeyd olunub.  O qəsidəni İmam Sadiq (ə) və İmam Musa Kazımın (ə) səhabələrindən biri olan Seyf ibn Uməyrə Nəx`i Kufi  yazıb:
“Rüqəyyənin dərdli və zəif halına, qəddar düşmənin ürəyi də yandı,
Qiyamət ondan üzr istəyəcək,
Ümm Gülsümə elə müsibətlər üz verdi ki,
heç vaxr təkrar olmyacaq,
çöhrəsi göz yaşı ilə örtülmüşdü.
Heç vaxt unutmuram Ümm Gülsümü, Səkinəni, Rüqəyyəni;
Həsrətlə, ah və ürəkyanığısı ilə ona ağlayıram.” (Dairətül-məarifi-təşəyyö, c. 8, s. 313 – Müntəhayül-təvarix, s. 388 – Kamili-Bəhayi: c.2, s. 179)
O həzrətin şərif vücudunun və hazırda dəfn olunduğu pak hərəmin məkanı, örpəkli və məzlumə xanımdan baş verən sayzıs möcüzə və kəramətləri təsdiqləyən çoxlu fakt və sənədlər var. Elm aşiqlərinin müraciət etməsi üçün aşağıda kitabın adı veririk:
“Əbsarül-uyun fi ənsarul-Hüseyn (ə): c. 368 - Nəfsül-məfhum: s. 414 – Ehqaqul-Həqq: c. 11, s. 633.”
http://www.sibtayn.com/az