Bz.er12182017

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Səfər Səfər ayının 3-cü günü

Səfər ayının 3-cü günü

İmam Məhəmməd Baqirin (ə) təvəllüdü
Beşinci İmam Məhəmməd ibn Əli ibn Hüseyn (ə) bir rəvayətə görə hicri təqvimi ilə 57-ci il, səfər ayının 3-cü günü Mədinədə dünyaya gəlib aləmə dilrüba camalı ilə cilvələndirdi.
Həzrətin künyəsi:
Əbu Cəfər.
Məşhur ləqəbləri:
Baqir və ya Baqirül-ülum
Onun uca anası Ümmi Əbdüllah Fatimə - İmam Həsənin (ə) qızıdır. Ona görə də İmam Baqir (ə) ana tərəfdən də ələvidir; yəni atadan Hüseyni, anadan Həsənidir. Onun anasının cəlal və məqamı haqqında təkcə bununla kifayətlənir ki, İmam Sadiq (ə) onun haqqına buyurub: “ İmam Həsənin (ə) sülaləsində onun kimi qadın yox idi.” (Üsuli-kafi, c. 1, s. 469)
O böyük xanım, aşura hadisəsində Kərbəlada olub, Zeynəb (ə.s) və Əhli-beytin (ə) digər xanımları ilə birgə əsirliyin acısı və aşuranın böyük müsibətlərini dadıb. Kərbəladan Şamadək olan hadislərin şahidi olub. Aşuranın və Hüseyn (ə) qiyamının mənasını aləmə çatdırmaqda rolu olub.
Həzrət İmam Baqir (ə) Kərbəlda-  aşura hadisəsində 4 yaşlı bir körpə idi. O da, orada olan uşaqlarla birlikdə susuzluq əzabını dadmış bəni-üməyyə tərəfindən onların sülaləsinə duş olmuş müsibətləri yaxından öz mübarək gözləri ilə görüb. O həzrətin özündən belə nəql olunub:
“Cəddim Hüseyni (ə) şəhadətə çatdırılan zaman dörd yaşım var idi.  O həzrətin şəhadət hadisəsini və o gün bizə olanların hamısını xatırlayıram.” (Tarixi -Yəqubi, c.2, s. 320)
İmam Məhəmməd Baqirin (ə) ən məşhur ləqəbi “Baqirül-ülum”dur. O ləqəbi islamın əziz Rəsulu (s) ona əta edib. Rəsuli-əkrəm (s)  özünün dəyərli səhabəsi Cabir ibn Əbdüllah Ənsariyə buyurub: “Cabir, sən sağ qalacaq və övladım Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbi Talibi (ə) görəcəksən. Onu görən zaman mənim salamımı ona çatdır.” (Əmali, Şeyx Səduq, s. 353- Biharül-ənvar, c. 46, s. 223)
İmamın şagirlərindən biri Cabir ibn Əbdüllah Cofidən soruşdular: Məhəmməd ibn Əlini nə üçün “Baqir” adlandırıblar?
Dedi: “ O, elmin yerini  açdı, onun gizli həqiqətlərini üzə çıxardı.” (İləlüş-şəraye, c. 1, s. 233)
İslam Peyğəmbəri (s) buyurub: “ Onun (İmam Zeynəlabidinin (ə)) sülbündən bir övlad dünyaya gələcək ki,  onun adı mənim adım, xilqətdə mənə bənzərdir. O, elmi açacaq, necə ki, əkinçi (şumla) yeri açır.” (Kafi, c. 1, s. 469 –Biharül-ənvar, c. 46, s. 226)
Əhli-sünnə alimlərindən biri İbn Həcər  İmam Baqir (ə) haqqında deyir:
Ona görə ona Baqir deyirlər ki,  inci, mədən və mənbə və qiymətli cəvahirləri çıxarmaq üçün  yeri qazdıqları kimi o da elm yerini açıb hökmlərin incəlik və həqiqətlərini aşkar etdi.  Ona görə də ona elmin Baqiri, Camesi, Naşiri və ucaldanı dedilər. Bu aşkar bir məsələdir ki, korlardan başqasına məxfi qalmaz.  (Əyanüş-şiə: c. 1, s. 65)
İmamlıq vəzifəsi Məhəmməd Baqir in (ə) öhdəsinə düşəndə camaatın narazılığı geniş islam ölkələrinin  guşələrində qiyam etdilər. Bu isə unudulmuş nəbəvi sünnəti diriltmək üçün münasib fürsət idi. Həzrət bu fürsətdən ən gözəl tərzdə faydalandı. İlk olaraq öz fəaliyyətlərini bəni-üməyyənini islamı, çökdürdüyü təhrif tözlarından, yəhudi ön planında həyat keçirdikləri israil xurafatından təmizləmək üçün ən gözəl şəkildə istifadə etdi. Mədinə məscidində dərs məclislərinin bərpası, əhkamın və Əhli-beytin (ə) saf maarifinin bəyanı o fəaliyyətlərdən idi. Onun nəticəsində yüzlərlə elm və mərifəti sevənlər pərvanə kimi həzrətin ətrafına toplandı. Müxtəlif elmi münazirələrin keçirilməsi dini şübhələrə cavab kəlam (əqaid) məsələlərinin və “üsul” maarifinin  izahı həzrətin sorağını təkcə Hicazda deyil digər ölkələrdə ucaltdı, bunun da nəticəsində o məntəqələrin elitası elm kəsb etmək,  əsil fiqh və  peyğəmbərlərə xas elmlə tanış olmaq hətta İraq və Xorasandan həzrətin hüzuruna gəlib şərəflənir,  bir şagird kimi o həzrəti qarşısında dizə çöküb ona itaət  edirdilər.
O həzrətin Əhli-beyt (ə) əsərlərini və maarifini yayması (zalım padşahların) zülmün qarşısında bir maneə idi. O, hər bir fürsətdə bəni-üməyyənin çirkin simasını üzə çıxarırdı. O həzrət öz şiələrini bəni-üməyyənin qəsb  etdiyi hökumətdə ən kiçik  bir rütbəni (vəzifəni) qəbul etməkdən çəkindirdi. Bütün bunların müqabilində ictimai məsələlərdə də öz şiələrinin ülgüsü idi. Öz qulları (günəmuzd) arasında əkinçiliklə məşğul olur, isti havada tər tökürdü.
Həzrətin ibadət və təhəccüdü xassə və ammənin dilinə düşmüşdü. İmam daimül-zikr idi, hər gecə 150 rükət namaz qılardı. (Seyru elamül-nila, Zəhəbi, c. 4, s. 403) Onun qapısına istəyinin arxasınca gəlib əliboş qayıdan yox idi.
Hazırda da qəlbinin gözü açıq olanlar bu vasitə ilə Əhli-beytin (ə) kərəmindən faydalanır onların məqamının bərəkəti ilə istəklərini əldə edirlər.
http://www.sibtayn.com/az
.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə