Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Səfər Səfər ayının 2-ci günü

Səfər ayının 2-ci günü

1.Əhli-beyt (ə) əsirlərinin Yezidin məclisinə daxil olması
2.Cənab Zeyd ibn Əli ibn Hüseynin (ə) şəhadəti
3.Zəngiyan qiyamının məğlubiyyəti və “Sahibüz-zənc”-in öldürülməsi
1.Əhli-beyt (ə) əsirlərinin Yezidin məclisinə daxil olması
Əsirlər karvanı Şama daxil olduqdan sonra onları Şəhərin Məscidi-camesinə tərəf apardılar. Yezdin məclisinə daxil olmağa icazə fərmanını  gözləmək üçün orada durdular. Daxil olmağa icazə verildikdən sonra hicri  təqvimi ilə 61-ci il, səfər ayının 2-ci günü  Əhli-beyt (ə) kişilərinin qolları boyunlarına bağlı, bütün  uşaq və qadınları bir zəncirə bağladıqları halda Yezidin Məclisinə apardılar. Yezid, öz etdiyindən qürurlanaraq taxta söykənib şadlıq məclisi qurmuşdu. Şəhidlər başçısının müqəddəs başını yudular. Mübarək saqqılın daraqlayıb qızıl teştin içində Yezidin önündə qoydular. O, əlindəki çubuqla həzrətə ədəbsizlik edirdi. Ərəbin Əqiləsi Zeynəbi-Kubra (ə.s), bu mənzərəni görəndə əl atdı, çaki-giribana, fəryad etdi: “Vay Hüseyn! Vay Rəsulullahın sevimlisi!”  O həzrətin səsindən orada olnalar ağalamağa başladı. Rəsuli-əkrəmin (s) səhabəsi  Əbu Bərəzə Əsləmi Yezidə xitab edərək dedi: Elə bir kəsin dodaqlarına ədəbsizlik edirsən ki, Allahın Rəsulunun (s) onu öpüyünün şahidi olmuşam. Həsən (ə) və Hüseynə (ə) buyururdu ki, “Siz cənnət cavanlarının Ağasısınız”? Ey Yezid! Allah səni yox etsin, Allah sənə lənət etsin!” (Müntəhayül-əmal, s. 601)
Yezid,  arpa suyu istəyir, öz dostlarına verir, qumar oynayan və şərab içən halda Əba Əbdüllahül-Hüseynin (ə) müqəddəs başınının hörmətini saxlamırdı ki, qələm onu yazmaqdan utanır.
Hüseynin (ə) qızı Səkinə (ə.s) buyurub: “And olsun Allaha! Yeziddən daha kafir, daha zalım və daha daşürək görmədim.”
İmam Əli ibn Musa ər-Rza (ə) bu barədə buyurub: Bizim şiələrimiz heç vaxt arpa suyu (pivə) içməz. Çünki o, bizim düşmənlərə məxsusdur...və ilk dəfə Yezid onu, cəddim Hüseyn ibn Əlinin (ə) içdi. (Uyunul-əxbarür-Rza (ə), c. 2, s. 25)
İmam Səccad (ə) son dərəcə müsibət və məzlumluq halında olduğu halda lakin tam şücaətlə məclisə daxil olub Yezidə xitabən buyurdu: “ Rəsulullah (s) bizi bu halda görsə səninlə necə rəftar edəcəyini güman edirsən?!” Sonra buyurdu: “Ey Yezid, vay halına! Əgər necə bir əmələ əl atdığını, Əhli-beytlə, qardaşımla əmilərimlə nə etdiyini bilsəydin mütləq dağlara qaçar, yerdə oturub uca fəryad edərdin!” Atam Hüseynin –Fatimə (ə.s) və Əlinin (ə) övladının başını şəhərin darvazası üzrəindən asmısan?... Sənə rüsvaylıq və peşmanlıq müjdəsi verirəm ,elə bir gündə ki, gözlər ağlardır. (Əl-irşad,s. 231 –Biharül-ənvar, c. 45, bab: 39,  s. 136)
Belə bir vəziyyətdə Yezid, hörmətsizlik və abırsızlığını o həddə çatdırdı ki, bir qədər olanları anlamağa başalayan camaat üçün yezidçilərin çirkin siması daha da üzə çıxır və Müaviyənin Əhli-beyt (ə) əleyhinə zəhərləyici təbliğinin nəticəsi puç olurdu. Deməli, Kərbəlanın, Hüseyn hərakatının carçısı Zeynəb (ə.s), yenə də meydana daxil olub özünün ağır vəzifəsini yerinə yetirəcəkdi.  O həzrət qəlbidağlı və müsibətdə olduğuna baxmayaraq əzəmətlə, anası Faiteyi-Zəhra (ə.s) və uca atası Həzrət Əli ibn Əbi Talib (ə) kimi ayağa qalxdı. Bəlağətli bir xütbə oxudu. Ərəb Əqiləsnin (ə) sözləri camaat arasında elə bir təsir qoydu ki, bütün məclisdə olanların nalə və şivən səsi ucaldı. Bu minvalla,  öncə sərxoş halda badə içən və hörmətsizlik göstərən Yezidi utandırdı. O, başını aşağı salıb məclisi sakitləşdirmək üçün İmam Hüseynin (ə) öldürülməsinin günahını ibn Ziyadın boynuna atmağa atdı.
Yezidin məclisində baş verən digər hadisə də onun bir daha rüsvay olmasına səbəb oldu. İmam Səccadın (ə) o məslisdə oxuduğu xütbə ismət və paklıq sülaləsini (ə) tanıtdırıb Yezidin cinayətinin üstündən pərdə götürdü. Yezidçilərin ifşa olması və onları alçaq sifətlərinin üzə çıxması camaatı təsirləndirdi, onlarda ayıq-sayıqlıq düşüncəsin artırıb ged-gedə baş verənlərə görə nifrət və qəzəblərini oyatdı. Bu minvalla Yezid öz etdyiklərindən peşman olduğunu bildirir və öz günahını xəbis ibn Ziyadın boynuna atırdı.
Əlbəttə, bu peşmanlıq üzdə idi. O, əslində öz məqam və taxtını qorumaq üçün çalışırdı. Aşura hadisəsindən sonra ibn Ziyad Şama gəldi. Yezid, ona bol mal bağışyıb onu öz hərəmxanasına ötürdü və öz etdiklərindən sevincli və sərxoş idi. (Təzkirətül-xəvas: s. 146)
Nəhayət Şamda əsirlikdə olduqları halda Əhli-beyt (ə) (ə) gizli və aşkar mübarizələri nəticəsində Yezid zəlil oldu. Hadisələr, onun əleyhinə və İmam Hüseynin (ə) leyhinə tərəf dəyişdi. İmam Hüseynin (ə) Kərbəla qiyamı həzrət Zeynəb və İmam Səccadın (ə) zəhməti ilə təkmil oldu.
2. Cənab Əli ibn Hüseynin (ə) şəhadəti
Hicri təqvimi ilə 121-ci il, səfər ayının Əli ibn Hüseyn (ə) şəhadətə çatdı.
Şeyx Müfid yazır:  Zeyd abid, pərhizkar, fəqih, səxafətli, şücaətli bir şəxs idi. Həmişə Quran tilavət etdiyinə görə ona “Həlifül-Quran”  adı ilə şöhrət qazanmışdı. (Əl-İrşad, s. 286 – Biharül-ənvar, c. 46, s. 186)
Ona şöhrət  qazandıran digər bir amil də İmam Sadiqin (ə) dövründə, abbasi xəlifəsi Hişam ibn Əbdülməliyin əleyhinə etdiyi qanlı qiyamıdır. Diqqət olunası məsələ odur ki, bir qrup şəxs İmam Səccaddan (ə) sonra onun imamlığına etiqad bəsləyirlər. Bəlkə də onlar, Zeydin qiyamını onun imamlığı kimi qələmə vermiş olsunlar. Halbuki bu məsələ düz deyil. Çünki onlar, İmam Səccaddan (ə) sonra İmam Baqirin (ə) və ondan sonra da imam Sadiqin (ə) imam olduğundan xəbərsizdir.   (Müntəhayül-əmal, s. 732)
Hər halda bu qiyamda o, məzulmcasına və ürəkyandıran şəkildə şəhadətə çatdı.
İmamların (ə) Zeyd üçün ağlaması göstərən çoxlu hədislər var. Rəsuli-əkrəm  (s) onun şəhadət xəbərini öncədən vermişdi.
Hüzeyfə ibn Yəman deyir: “ Peyğəmbər (s) hər vaxt Zeyd ibn Harisə baxsaydı buyurardı: “Allah yolunda, mənim məzlum Əhli-beytim (ə) və ümmətim yolunda dara çəkiləcək Zeydin adaşıdır.” Sonra ona işarə edib buyurardı: Zeyd! Gəl mənim yanıma, yaxınlaş mənə.” Sənin adın bir addır ki, onu sevirəm. Sən, mənim Əhli-betyimin (ə) əzizinin adaşısan.”(Müntəhayül-əmal, s. 732)
İmam Sadiqin  (ə) səhabələrindən biri olan Həmzə ibn Himrandan rəvayət olunub ki, İmam, cənab Zeydin başına gələcək işkəncə və faciəyə görə bərk hüznlü və ağlar olardı. (Vəqayeül-əyyam,  s. 189)
Hicri təqvimi ilə 121-ci ildə Zeyd, İmam Hüseynin (ə) intiqamını almaq düşüncəsi ilə yaxşı işlərə dəvəti bərpa və pisliklərin kökünü kəsmək üçün bir qrup şiələrlə Kufədə əməvi dövlətinin əleyhinə qalxdı. İraqın valisi Yusif ibn Ömər Səqəfi, Hişam ibn Əbdülməlik bu qiyamı yatırmaqüçün təyin olundu. İbn Ömər Səqəfi və Zeydin qoşunları arasında qızğın döyüş başladı. Kufə camaatı, beyət sındırdıqları kimi Zeydi tək qoydular. Cənab Zeyd az sayda şəxslə son nəfəsədək düşmənin qarşında qaldı və nəhayət şəhadət feyzinə nail oldu. Döyüş zamanı bir ox onun alnına dəydi. Oxu çıxara bilmədilər və onun nəticəsidə şəhadətə çatdı. Qana qərq olmuş cəsədini çay içində dəfn etdilər.  Məzarın üstünü gil və torpaqla örtüb suyu onun üstündən buraxdılar. Əməvi cacusları İbn Ömərə bu barədə xəbər verdi. O, Zeydin məzarını açıb mübarək cəsədini çölə çıxardı. Başını kəsib ayırdı və Hişam üçün gönərdi. Bədənini çılpaq şəkildə Kufənin “Kənasə”-sində dara çəkdi.  Vəlid ibn Yəzid Əbdülməlik iş başına gəldikdən sonra  Zeydin oğlu Yəhya Xorasanda qiyam etdi. Vəlid də onun əvəzi olaraq Zeydin dara çəkilmiş bədənini yandırıb tozunu  Fərat çayının yanında göyə sovurdu.
Bu səhifələr, bəni-üməyyə xəlifələrinin zülmlrindən bir sadəcə bir hissə idi ki, bir daha onların daşqəlbli  və alçaq olmalarını sübut edir. (Müntəhayül-əmal, s. 737)
2.    Zəngiyan qiyamının məğlubiyyəti və “Sahibüz-zənc”-in öldürülməsi
Hicri təqvimi ilə 3-cü əsrdə özünü ələvilərə mənsub sayan Əli ibn Məhəmməd başçılığı ilə qulların qiyamı uzun müddət ərzində zalım abbası hökumətinin gözündən yuxunu qaçırdı. Zəngiyan qiyamı, abbasi xəlifəsinin əleyhinə məhrumların ən böyük qiyamı idi. “Sahibi-zənc” adı məşhur olan Əmir Zəngiyan, qulları öz ətrafında topladıqdan sonra hicri təqvimi ilə 255-ci il, ramazan ayının 27-ci günü öz qiyamına başladı. O dövrün abbasi xəlifəsi Mötəmid, 15 il müddətində onlarla döyüşdü və onların qarsısın almaq üçün çoxlu itgilər verdi. Lakin Sahibi-zənc qrupunun daşıdıqları xoşgüzəranlıq, lovğalıq-ağalıq xüsusiyyəti onların arasını vurdu. Ordu, illərlə camaatın malını tarac etmək,  günahsız adamları ölürməyə başladılar. Özləri üçün cah-cəlallı saraylar tikdilər. Quldarlığın əleyhinə qiyam edənlərin özləri Allahın xəlqini qulluğu götürməklə məşğul olurdular.
(Ruzşomar qəməri, s. 32)
Sahibi-zəncin özünü Əhli-beytə aid sayması xüsusi ilə də Əhli-sünnə kitablarında təsdiqlənir. Ona görə bəzi məsələləri buruda xatırlayaq:
1. Onun qiyamı İmam Həsən Əskərinin (ə) dövündə baş verib. O cənabdan onun əmələni təsdiq edən heç bir rəvayət yoxdur. Əllamə Məclisi (r) Sahibi-Zənc haqqında yazır: “ Onun nəsəb, məzhəb və rəftar baxımından Əhli-beytlə (ə) heç bir bağlılığı yoxdur, İmam külli olaraq onu danır.” (Kəşfül-ğəmmə, c. 3, s. 305- Biharül-ənvar, c. 50, s. 293)
2. Paklıq və ismət Əhli-beytin (ə) camaat arasında sahib olduqları müqəddəslik və məhəbbətlə hamını cəzb edirdilər. “Əmir Zəngiyanın” ətrafdakılar da bundan razı idi və onlara dəstək verirdilər. Bu minvalla özlərini onların adamları kimi tanıdıb yayırdılar.
3. Abbasilərin şiələri təcrid etmək hiyləsi və camaat arasında bədbinlik yaratmaq istəyi də bu mövzunun səbəblərindən ola bilər.
4. Mötəsimin və Əhli-beyt (ə) müxaliflərinin “rəvayətlər”-indən də xəbərsiz qalmaq olmaz. Onlar zəif və saxta hədislərlə həmişə şiə məzhəbini ləkələməyə səy göstəriblər. Lakin Tanrını istəyi, Əhli-beyt (ə) məktəbinin ucalmasıdır və heç kəs onun qarşısnı ala bilməz.
http://www.sibtayn.com/az
.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə