Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Rəbiül-əvvəl Rəbiül-əvvəl ayının 25-ci günü

Rəbiül-əvvəl ayının 25-ci günü

"Dumətül-cəndəl" hadisəsi

Hicri təqvimi ilə 5-ci ilin əvvəlində rəbiül-əvvəl ayının 25-ci günü "Dumətül-cəndəl" hadisəsi baş verdi. Bu hadisəni baş verməsinin səbəbi odur ki, müşriklər, Şam şəhərinin kənarında yerləşən "Dumətül-cəndəl" məntəqəsində toplanıb əlbir oldular ki,  karvanlar hücum etdilər. Onların belə bir həyasızlıq və zülmkarlıq xəbəri Mədinəyə çatanda, islamın əziz Peyğəmbəri (s), Mədinədə öz yerini Səba ibn Ərfətə Qəffarini öz yerinə təyin edib min nəfərlər o məntəqəyə tərəf hərəkət etdi. Müsəlmanlar o məntəqəyə çatanda müşriklər islam orusunun əzəmətini görüb  hamılıqla qaçmağa başladılar. Müsəlmanlar da onların malını götürüb onların malını götürüb Mədinəyə qayıtdılar. (Kamil, ibn Əsir: c. 2, s. 177-  Müntəhayül-amal: 1-ci bab, 6-cı fəsl, s. 107)
Kaş ki, ibrət alaydılar
Ədürrəhman ibn Əbi Leyli deyir: Mən Əbu Musa  Əş`əri "Dumətül-cəndəl" məntəqəsindən keçirdim. Əbu Musa mənə dedi: "Biz Peyğəmbərlə (s) "Dumətül-cəndəl"-ə çatanda o həzrət mənə buyurdu ki, bu məkanda bəni-İraildən iki nəfər iki zülmə hökm veriblər. Tezliklə mənim ümmətimdən  iki nəfər bu məkanda zülmə hökm  edəcəklər." Rəvayət edən deyir: "Əbu Musa və Əmr As həkəmiyyət üçün Süffeyndə "Dumətül-cəndəl"-ə gedib Əli ibn Əbi Talib (ə) və lənətə gəlmiş Müaviyəyə arasında hökm verdirlər. Həkəmiyyət macarasından sonra Əbu Musa Əş`əri ilə görüşdüm və ona dedim: "Peyğəmbərdən (s) belə bir hədisi sən nəql etmədinmi?!" Dedi: "Vəllahu Mustəan Allah kömək edəndir."
(Vəqayeül-əyyam,  s. 150)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə