Cm.ax04182024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Rəbiül-əvvəl Rəbiül-əvvəl ayının 23-cü günü

Rəbiül-əvvəl ayının 23-cü günü

Həzrət Faitmeyi-Məsumənin (ə.s) Qum şəhərinə daxil olması

İmam Rza (ə), Mədinənədən Mərvə sürgün  olduqdan  1 il sonra, həzrət Məsumə (ə.s), qardaşlarından bir qismi ilə qardaşı görmək və zamanın imamı ilə əhdini yeniləmək üçün qürbətə yola düşdü. Onların karvanı Savə şəhəriə çatanda abbasi xəlifəsinin göstərişi ilə məmurlar onlara hücum edib döyüşə başladılar.  O döyüşün nəticəsində o həzrətlə birlikdə gələnlərdən çox sayda şəxs şəhid oldu. Həzrətin özü də, o hadisədən çox kədərlənməsi, bir başqa nəzərə əsasən zəhərlənmə nəticəsində ağır xəstələndi və səfərə davam etmək o həzrət üçün mümkünsüz oldu. Ona görə də göstəriş verdi ki, onu Quma aparsınlar.  (Əl-həyatul-siyasiyətil-İmamil-Rza (ə), s. 428)
Təntənəli qarşılanma
Hicri təqvimi ilə 201-ci ildə həzrət Məsumənin (ə.s) kəcavəsi, şərəfli Qum şəhərinin əhalisi tərəfindən misilsiz tərzdə qarşılanaraq  bu məmələkətə daxil oldu. O həzrətin dəvəsi bu gün "Mir  Meydanı" ilə tanınan biri məkanda oturdu. Belə bir iftixar Qum əşərilərin başçısı Musa ibn Xəzrəcə nəsib oldu ki, o həzrət onun evində 17 gün qonaq oldu. (Səfinətün-nəcat, c. 3, s. 935, "Fətəmə" maddəsi).
Həzrət Məsumənin (ə) qonaq qaldığı evi o ehtirama görə o evi Mədrəsəyə çevlidi. Bu gün o, "Mədrəseyi-sittiye" tanınıb. Onun ibadət etdiyi mehrab "Beytün-nur" adlandı. Hazır da da o məkan, həzrətin aşiqlərinin ziyarətgahıdır.


ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə