Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Rəbiül-əvvəl Rəbiül-əvvəl ayının 12-ci günü

Rəbiül-əvvəl ayının 12-ci günü

1. İslamın əziz Peyğəmbərinin (s) Mədinə yaxınlığındakı Quba kəndinə daxil olması
2. Mötəsim Abbasinin ölümü
3. Əhməd ibn Hənbəlin ölümü

Read More 1. İslamın əziz Peyğəmbərinin (s) Mədinə yaxınlığındakı Quba kəndinə daxil olması
İslam Peyğəmbərinin Məkkədən Mədinəyə hicrəti hadisəsində bazar ertəsi, rəbiül-əvvəl ayının 12-ci günü həzrət, Mədinə şəhərinin yaxınlığında yerləşən “Quba” kəndinə çatdı. Həzrət Əlinin (ə) onlara gəlib çatmasını orada gözlədi. Həzrət Əli (ə) onda öncəki gecələrdə “zi-tuva” yolu ilə onunla birgə olan şəxslərlə Məkkədən Mədinəyə hərəkət etdi. Qüreyş casusları o həzrətin və onunla birlikdə olan şəxslərin  hicrət etməisni müşriklərə xəbər verdilər. Müşriklərdən bir qrupu o həzrət və onunla birlikdə olanları qaytarmaq üçün  hərəkət etdilər. Onlar o həzrətlə “Həncnan” adlanan bir məntəqədə rastlaşdılar. Onların arasına bir sıra danışıqlar oldu. Qüreyşin məmurları həzrət Əlinin (ə) qətiyyət və şücaəti ilə üzəşdikdə gəldikləri yoldan geri qayıtdılar.
Həzrət və onunla birlikdə olanlar öz yollarına davam edib Məkkə və  Mədinə arasında olan uzun yolu çətinliklər başa vurdular.  Onlar “Quba” kəndinə çatanda ayaqları yaralı və qanlı idi.  (Elamül-vəri, c. 1, s. 149 -  Biharül-ənvar: c. 19 s. 104)
Müqəddəs Peyğəmbər (s) onun qarşısına tələsib onu qucağladı. Onun yaralı ayaqlarını görəndə mübarək gözləri doldu.  Bu minvalla o həzrət və onunla birlikdə olanlar üç gündən sonra Peyğəmbərə (s) çatdılar və hamılıqla Mədinəyə tərəf yola düşdülər. (Kamil ibn Əsir, c. 22, s. 106)
2. Mötəsim Abbasinin ölümü
Mötəsim,  hicri təqvimi ilə 227-ci il,  rəbiül-əvvəl ayının 12-ci günü Samira şəhərində həlak oldu.  Onun həlak olmasına səbəb bu oldu ki, həcamətdən sonra hərarəti yüksəldi və o hərarətlə cəhənnəmə vasil oldu.
Mötəsim, çox zalım və əxlaqsız kişi idi. Onun elm və ədəbdən bir payı yox idi. Seyidlərə çoxlu əziyyətlər verirdi. Onun ən böyük cinayəti hicri təqvimi ilə 220 c- ildə İmam Cavadı (ə) zəhərləmək oldu.  (Tətimmətül-müntəha, s. 327)
3. Əhməd ibn Hənbəlin ölümü
Hicri təqvimi ilə 241-ci il, rəbiül-əvvəl ayının 12-ci günü , əhli-sünnənin dörd məzhəbindən biri olan hənbəli məzhəbinin başçısı Əhməd ibn Hənbəl, 77 yaşında ikən Bağdadda dünyadan getdi və o şəhərdə dəfn olundu.  Onun babası Zülsədiyyə, nəhrəvanda xəvaricin başçısı idi və o, həzrət Əlinin (ə) əli ilə cəhənnəmə vasil olub əbədi ilahi əzaba düşdü. ( Məraqidül-mə`ruf, c. 1 s. 120).

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə