Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Rəbiül-əvvəl Rəbiül-əvvəl ayının 9-cu günü

Rəbiül-əvvəl ayının 9-cu günü

1. Ömər ibn Xəttabın qətli
2. Ömər ibn Sə`din qətli
3. İmamzamanın (əc) İmamlığa başlaması
1. Ömər ibn Xəttabın qətli
Hicri təqvimi ilə 23-cü il, rəbiül-əvvəl ayının Ömər ibn Xəttab, Müğeyrə ibn Şə`bənin qulamı (Firuz) Əbu Lölönün əli ilə həlak oldu. Qətl belə baş verdi: Fəcrin tülu edən zaman Əbu Lölö, məscidən daxil oldu. Sübh namazının azanından öncə əlində daşıdığı xəncərlə Ömərin başına bir və bir zərəb də böyrəyinə vurdu. Bu zərbələr nəticəsində xəlifə yerə sərildi. Camaatdan bir qrupu irəli gedib onu evinə apardılar. Onu evə apardıqdan sonra həkim gətirdilər. Həkim Ömərdən soruşdu: Hansı şərabı daha çox sevirsən?” Ömər dedi:  - Çaxır. Bir qədər çaxır hazır etdilər. Xəlifə onu içəndə onun şərab onun böyrəkləridən xarıc oldu. O şərab qan rəngində olduğu üçün onun şərab yoxsa qan olduğu məlum olmadı. Ona görə də ona bir qədər  süd də verdilər. Südü də içdi və Əbu Lölönün zərbə vuruduğu nahiədən süd də çölə çıxdı. Həkim dedi: “Daha sağ qalacağına ümid yoxdur. Hər nə istirsən yerinə yetir.” Nəhayət Əbu Lölönün zərbələri öz təsirini göstərdi və Ömər qətlə yetdi. Onu, Əbu Bəkrin yanında dəfn etdilər. Ömərin xəlifəlik dövrü 10 il, 6 ay çəkdi. O, özünü “əmirəlmöminin” adlandıran ilk şəxs idi. Onu bu qəsb etdiyi adla çağıran ilk şəxs isə Əbu Musa Əş`əri oldu. (Tətimmətül-müntəha, s. 25)
Ömər, elə bir şəxs idi ki, Allahın Rəsulu (s) ölüm yatağına olarkən onun ünvanına “sağıylayır”  sözünü dedi. (Səhihi-Buxari, c. 4,s. 7) Səqifə hadisəsində Fatimeyi-Zəhranın (ə.s) qapısını oda vurdu.  (Əl-İmamə vəl-siyasə, c. 1,s.12)
Həzrət Zəhranın (ə.s) ciyərparası, həzrət Möhsün ibn Əlini (ə) səqifə günü və həzrət Əlidən (ə) beyət alma hadisəsində şəhadətə çatdırdı.  (Seyri-e`lamil- nəbəla, c. 15, s. 578, -Mizanül- e`tidal, c. 1,s. 139 – Lisanül-mizan, c. 1, s. 406)
Məlun Qofuza göstəriş verdi ki, Allah Peyğəmbərini (s) qızı həzrət Zəhraya (ə.s) qamçı vursun. (Mənaqibi-Ali-Əbi Talib (ə), c. 3, s. 358)
Fədəyin sənədini həzrət Siddiqeyi-Tahirdən (ə.s) alıb o həzrətə hörmətini sındırdı. (Əl-ixtisas, s. 181)
“Müt`eyi-Həcc” və “müt`eyi-nisa”-nı haram etdi. (Müsnədi-Əhməd ibn Hənbəl, c. 3, s. 356 –Əd-durrul-mənsur, c.1, s. 141)
Əbu Bəkrlə birlikdə “Zul-Qurba” payını vermədi. (Müsnədi-Əhməd ibn Hənbəl, c. 1, s. 294)
Su əldə edə bilməyən şəxsə namaz qılmamaq fitvasını verdi. (Sünənül-Kubra, c. 1, s. 209) Beləliklə də şəriətin hökmləri və Quran maarifindən xəbəri olmamasını bir daha açıq göstərdi. Dəfələrlə və dəfələrlə deyirdi: “Bütün camaat Ömərdən bilikli və daha fəqihdir.” (Sünənül-Kubra, c. 7, s. 233) –Təfsiri-Kəşşaf, c. 1, s. 514)
2. Ömər ibn Sə`din qətli
Hicri təqvimi ilə 67-ci il, rəbiül-əvvəl ayının 9-cu günü Yezidin Kərəblada zalım ordu başçısı Ömər ibn Sə`d, cənab Muxrar Səqəfi tərəfindən cəhənnəmə vasil oldu. (Zadül-məad, 244)
Ömər ibn  Sə`din qətli belə olub: Ömər ibn Sə`d, Cödə ibn Hübeyrənin (Əmirəlmöninin ələyhis-salamın bacısı övladı) evdən çölə çıxmamaq şətri ilə) şəfaəti ilə amannaməsi (mühafizə şəhadətnaməsi) aldı. Lakin Muxtar Ömər bin Sə`di öldürmək üçün bir bəhanə axtarırdı. Onun Əhli-beytə (ə) etdiyi zülmlərə göz yuma biməzdi. O üzdən Muxtara xəbər verdilər ki, Ömər ibn Sə`d,  keçən gecə (evdən çıxıb) Kufədən xaricdə “Həmam” adlı bir məkanda olub. Belə bir bəhanənin arxasınca olan Muxtar dərhal Əbu Ümrə adlı özünün komandanlarından birinə göstəriş verdi ki, onu həlak etsin. Əbu Ümrə də 12 nəfər köməkçi ilə Ömər ibn Sə`din evinə daxil olub onu həlak etdi və onun başını Muxtarın yanına gətirdi. Muxtar da onu Məhəmməd ibn Hənifə və Mədinəyə İmam Hüseynin (ə) Əhli-beytinin hüzuruna göndərdi. (Tarixi-Təbəri, c. 4, s. 522 –Biharül-ənvar, c. 45 s. 378).
3. İmamzamanın (əc) İmamlığa başlaması
İmam Həsən Əskərinin (ə) şəhadətindən sonra hicri təqvimi ilə 260-cı il, rəbiül-əvvəl ayının 8-ci günü həzrət Bəqiyətüllahül-Ə`zəm (əc) İmamlıq məqamına çatdı.
Bəli! Rəbiül-əvvəl ayının 9-cu günü cənnət imamlığının başlanması ilə ədalət və insaniyyət aşiqlərinin gözü onun yoluna dikilir. O, gələcək! Dünya zülm və sitəmlə dolduğu kimi, onu ədalətlə doldurmaq üçün!

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə