Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Rəbiül-əvvəl Rəbiül-əvvəl ayının 8-ci günü

Rəbiül-əvvəl ayının 8-ci günü

İmam Həsən Əskərinin (ə) şəhadəti
Məşhur rəvayətə əsasən İmam Həsən Əskəri hicri təqvimi ilə 260-cı il, rəbiül-əvvəlin 8-ci günü Samirə şəhərində 28 yaşında Mötəmid abbasinin əli ilə zəhərlənib şəhadətə çatdı. (Əl-irşad, c. 2, s. 313 – Biharül-ənvar, s. 95, s. 356)
O böyük şəxsin əxlaqı, mənəvi kamalı sayəsində təkcə şiələr – o həzrətin tərəfdarları deyil, bütün müsəlmanlar və düşmənlər də onun əzəmitinə etiraf edirdi. Məsələn, Əhməd ibn Übeydullah ibn Xaqan Peyğəmbər (s) sülaləsinin qatı düşmənlərindən idi. Nəql olunub ki, o deyib: “İmam Həsən Əskəri (ə) haqqında hər kəsdən – rütbəli şəxslərdən, qazılardan və camaatdan soruşurdum, hamı onun yaxşılıqla yad edirdi. Ondan sonra o, mənim üçün daha da əhəmiyyətli şəxs oldu.Çünki dost-düşmən hamı onun haqqında yaxşı söz deyirdilər. (Üsuli-kafi c. 1, s. 503)
Abbasi xəlifələri imamların on iki olduğunu və onların sonuncusunun uzun qeybətdən sonra zühur edib zalımları büsatını yığışdıracağını və batil hökumətəriə son verəcəyini eşitdikləri üçün çox narahat idilər. Onlar ciddi şəkildə İmam Həsən Əskərinin (ə) bütün işlərinə nəzarət edirdilər. Hətta  o məsum İmamı neçə dəfə həbs etmişdilər. Nəhayət Mötəmid Abbasi camaatın günü-gündən ona artan diqqətindən ciddi nigaran oldu. İmamı həbs etməyin də təsirsiz olduğunu bildi. Ona görə də o böyük şəxsi qətl etmək qərarına gəldi. Xülasə odur ki, o məzlum İmamı zəhərləyib şəhadətə çatdırdı.
Samira əhalisi İmamın şəhatəini biləndə bazarları bağlayıb o həzrətin evinin yanında toplandılar. Onların ağlamaq və şivən səsi hər tərəfdən eşidilirdi. (Əkmalüd-din, c. 1,s. 43,  - Biharül-ənvar, c. 50, s. 328)
İmamzaman (əc) əziz atasına qüsl verdi. Onu kəfənlədikədən sonra namaz qılmaq üçün hazır oldu. Öncə İmam Həsən Əskərinin (ə) qardaşı Cəfər, önə çıxmışdı və istəyirdi ki, o həzrəti mübarək bədəninə namaz qılsın. Təkbir demək istədiyni zaman  5 yaşlı uaşq olan İmamzaman (əc)  onun əbasını çəkdi və buyurdu: “Ey Əmi! Atama namaz qılmaq üçün mən daha layiqəm.” Ona görə də Cəfər arxaya gəldi. İmamzaman (əc) ona namaz  qıldı. Sonra onu atası İmam Hadinin (ə) pak məzarına yaxın yerdə dəfn etdilər. Bu zaman Cəfər dərhal Mötəmid Abbasinin yanına gedib bu hadisəni ona danışdı. Mötəmid göstəriş verdi ki, onu tapmaq üçün hər yeri axtarsınlar. Lakin onlar İmamdan heç bir əsər tapmadılar. (Vəqayeül-əyyam, s. 221)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə