Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Rəbiül-əvvəl Rəbiül-əvvəl ayının 5-ci günü

Rəbiül-əvvəl ayının 5-ci günü

1. Həzrət Zəhranın (ə.s) evinə hücum aparılması
2. Həzrət Aminə (Səkinə) (ə.s) binti Hüseynin (ə) vəfatı
1. Həzrət Zəhranın (ə.s) evinə hücum aparılması
Rəbiül-əvvəl ayının 1-ci günündə deyildiyi kimi islam Peyğəmbərinin (s) pak bədəni hələ dəfn olunmamış ənsar və mühacirlər məsciddə toplandı. O həzrətdən sonra kimin canişin olacağı barədə davaya başladılar. Xülasə, bir qrupun hiyləsi ilə Əbu Bəkr xəlifəlik məqamına oturdu və bütün camaat da ona beyət etdi. Bu minvalla xəlifəliyin qəsb olmasının bünövrəsi qoyuldu. Allah Peyğəmbərlərinin, övlayılarının məqamı  - Məsumların (ə)  kerçək haqqı, dünyapərəstlik və rütbə -məqamsevərliydən başqa bir şeyə iman gətirməyənlər tərəfindən zalımcasına qəsb olundu. Bu vaxt əshabdan bir qrup şəxs həzrət Əlinin (ə) evinə sığınıb Əbu Bəkrlə beyət etməkdən çəkindilər.  Öz xəlifəliyinin bünövrəsini möhkəmlətmək üçün onların beyətinə çox ehtiyaclı olan Əbu Bəkr, Öməri bir qrup şəxslə onlara tərəf yolladı.
-Evində od vurdular,
Peyğəmbərlərin qibləgahını yandırdılar!
-Evi, sakinləri ilə birlikdə odlayır!!
Ömər, həzrət Zəhranın (ə.s) qapısının arxasına çatanda uca səslə fəryad etdi: “Evdən çıxın və beyət edin! Yoxsa evi sakinəri ilə birlikdə yandıracağam!” (Əl-İmamətu vəl- siyasə, c. 1, s. 12 – Tarixi-uməm vəl-muluk, c. 2, s. 443 - şərh Nəhcül-bəlağə, c. 2, s. 56 – Kənzül- ummal, c.5 s. 651)
Ömərə dediər ki, Fatimə bu evdədir. Dedi: “Fatiəm də olsa!” (Əlamün-nisa, “f” hərfi)
Bu zaman islamın böyük məqamlı xanımı həzrət Siddiqeyi-Tahirə (ə.s) – vilayətin böyük müdafiəçisi qapının arxasına gəlib buyurdu: “ Ey Xəttabın oğlu! Mənim evimi yandırmaq istəyirsən?!”
Ömər dedi:
Bəli! Mənim bu işim sənin atanın dinindən möhkəmdir! (Ənsab vəl-əşraf: c. 1, s. 586, 1184-cü hədis)
O həzrətin sözləri qəlbləri başdan-başa zülmat olan o cəhənnəmliklərin qəlbinə təsir etmədi.  O vəhy evinə hücum edib evin qapısını yandırdılar. Ömər qapıya ayaqla elə bir zərbə vurdu ki, həzrət Zəhra (ə.s), ciyərinin parası olan həzrət Möhsünü  itirdi. O zaman Əlini (ə) evdən zorla çıxartdılar.  (Bu hadisənin faktlarını və sənədlərini əhli-sünnə kitablarında mütaliə etmək üçün “Şəhadəte madərəm Zəhra (ə) əfsane nist” kitabına müraciət edin)
İmam Sadiq (ə) buyurub: “And olsun Allaha! Əlinin evi tüstü ilə dolsa da beyət etmədi.” (Təlxisül-şafi, c. 3, s. 76)
Əlbəttə tarixi mənbələrdən belə məlum olur ki, həzrət Zəhranın (ə.s) evinə bir neçə dəfə hücum olunub. İlk dəfə rəbiül-əvvəl ayının əvvəlində, sonra Peyğəmbərin (s) vəfatından sonra 5 gün, üçüncü dəfə isə o həzrətin vəfatından  7 gün sonra baş verib. (Müraciət edin: “Siyahtərin həfteye-tarix”)
2. Həzrət Aminə (Səkinə) (ə.s) binti Hüseynin (ə) vəfatı
Həzrət Aminə binti Hüseyn (ə) hicri təqvimi ilə 117-ci il, rəbiül-əvvəl ayının 5- ci günü – yəni kədərli Kərbəla hadisəsindən 56 il sonra nurlu Mədinə şəhərində fani dünyadan getdi. ( Vəqayeül-əyyam: s. 218)
O həzrət fəzilətli əxlaqa, bəyənimiş sifətlərə, fəsahət və bəlağətə eyni zamanda şeir - ədəbiyyatda da məharətə sahib idi. sahib idi. O, öz əmisi oğlu, Əbdullah ibn Həsənin (ə) həyat yoldaşı idi.
İmam Hüseyn (ə) ona və onun əziz anası həzrət Rübaba (ə.s) qarşı münasibətini bu cümlələrlə bildirib:
Ərəbcə şeirin tərcüməsi:
“And olsun Allaha! O evdə ki, Səkinə və Rübab var, o evi sevirəm və bütün malımı onlara bağışlayıram. Heç kəs bu barədə məni qınaya bilməz.” (Fərhənge came-e süxənan-e-emam, s. 902)
Həzrət Səkinə (ə) Kərbəla hadisəsində orada olub. Aşuranın ağır müsibətlərindən sonra digər xanımlarla birlikdə əsirliyin ağır yükünü də çiyinləridə daşıdı. O həzrət şərəfli ömrünün axırlarını Mədinədə keçirdi və nəhayət 75 yaşında ikən o şəhərdə dünyaya gözünü bağladı. Onun vəfatının səhəri günü  bacısının övladı Məhəmməd ibn Əbdüllah -nəfsi-zəkiyyə -
dörd yüz dinarlıq ətir və ud (ətir növü) alıb onun tabutunu ətrafında məcmələrdə yandırdı. İmam Səccad (ə) və ya bir deyimə görə Məhəmməd ibn Əbdüllah, o həzrətin cənazəsinə namaz qılıb onu ehtiramla dəfn etdi.” (Rəyahinüş-şəriə-c. 3, s. 282).

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə