“Rəbiül-əvvəl” ayının 1-ci günü

1. Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti
2.“Ləylətul-məbit”  hadisəsi
3. Peyğəmbərin (s) həyat yoldaşı “Zeynəb binti Xuzəymə”nin Mədinədə vəfatı
4. İslamın əziz Peyğəmbərinin (s) pak bədənin dəfni
5. İmam Həsən Əskəri-nin (ə) şəhadəti
1. Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti
Qüreyş kafirləri Əqəbənin ikinci beyətindən xəbərdar olub peyğəmbəri (s) öldürmək qərarına gəldilər. Bu təklifi Əbu Cəhl irəli sürdü və qüreyş böyükləri hamılıqla onu qəbul etdi. Beləliklə Qüreyşin hər tayfasından cəsur gənclər seçildi. Onlar, gecə ikən hamılıqla onu qətlə yetirmək üçün peyğəmbərin (s) evinə soxulmaldı idi. Allah, Cəbrail (ə) vasitəsi ilə onların bu planını peyğəmbərə (s) çatdırdı. Bu hadisə hicri təqvimi ilə be`sətin 13-cü günü baş verdi. Sonralar,  həzrət Əlinin (ə) təklifi ilə peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti islam tarixinin əsasını təşkil etdi. (Məsabihi-Kəfəmi, c. 2, səh. 596).
2. “Ləylətul-məbit”  hadisəsi
Allahın Rəsulu (s), besətin on üçü ili, rəbiyül-əvvəlin birinci günü,  Allahın göstərişi ilə Qüreyş kafirlərin təhlükəsindən xilas olmaq üçün Mədinəyə tərəf hicrət etdi. Kafirləri azdırmaq üçün həzrət Əli (ə) peyğəmbərin (s) yatağına yatdı. Qüreyş gəncləri, onu öldürmək üçün evə daxil oldu. Orada həzrət Əli (ə) ilə üzləşdiklərindən heyrətləndirlər. Uduzmuş halda evdən çölə çıxdılar. O hadisədən sonra bu şərif ayə nazil oldu:
“Camaat arasında eləsi var ki, özünü Allah razılığı yolunda satır. Allah bəndələrə mehribandır.”
(“Bəqərə” surəsi, ayə: 207)
Bir rəvayətdə deyilir ki,  həzrət Əli (ə), peyğəmbərin (s) yatağında yatan gecə Allah tərəfindən Cəbrail (ə) və Mikailə (ə) xitab oludnu: “Mən siz ikinizin arasında qardaşlıq olmasın qərara almlşam. Sizdən hansınız digərinin ömrünün uzun olması üçün fədakarlıq edə bilər?” Onların hər ikisi uzun ömürü seçdi. Xitab oldundu: “Mənim yerimə baxın və görün ki, necə, Əli ibn Əbi Talib (ə) öz həyatını qardaşına - islamın əziz peyğəmbərinə (s) fəda edir. Onun yerində yatıb, canına ona qurban verir. Gedin yerə, onu düşmənlərdən qoruyun!”  Onlar gəldi. Cəbrail (ə) həzrətin baş tərəfində, Mikail (ə) ayaq tərəfində oturub nida etdilər: “ Mərhaba! Kim sənin kimi olar, ey Əbi Talibin oğlu! Allah, bütün mələkərlə sənə salam göndərdi.” Elə bu zaman “ Camaat arasında eləsi var ...” ayəsi nazil oldu. (Əl-Ehticac, c.1, səh. 160, - Biharül-ənvar, c.19, səh. 39)
3. Peyğəmbərin (s) həyat yoldaşı “Zeynəb binti Xuzəymə”nin Mədinədə vəfatı
Zeynəb binti Xuzəymənin ilk həyat yoldaşı “Ühüd”  döyüşündə şəhid olduqan sonra əziz peyğəmbərlə (s) izdivac etmək səadətinə çatdı. Əlbəttə, bu evlilik də bir neçə aydan çox çəkmədi. Hicri təqvimi ilə 4-cü il, rəbiül-əvvəlin əvvəlində  fani dünyaya əlvida dedi. O böyük xanımın  xüsusi məziyyəti o idi ki, miskinlərə, fəqir və çarəsizlərə çox mehribanlıq göstərib sədəqə verərdi. Ona görə də ona “Ümmül-məsakin” adı ilə şöhrət qazanıb. (Ə`lamul-vəri, c.1. səh. 278)  
4. İslamın əziz Peyğəmbərinin (s) pak bədənin dəfni
Hicri təqvimi ilə 11-ci il, rəbiül-əvvəlin ilk günü,  islam peyğəmbəri həzrət Məhəmməd (s) ibn Abdullahın  pak bədəni, həzrət Əlinin (ə) vasitəsi ilə torpağa tapşırıldı.  (Müsnədi-Əhməd, c. 6, səh. 62) Şeyx Müfid yazır: “Camaatın çoxu peyğəmbərin (s) dəfnində iştirak etməyib ona namaz namaz da qılmadı. Ona görə ki, ənsar və mühacir xəlifəlik məsələsi üstüdə mübahisə edirdi. (Əl-İrşad, c. 1, səh. 278) Bəli, islamın əziz peyğəmbəri (s) bir tərəfdə, peyğəmbərin (s) kədərli vəfatı, onun dəfn mərasiminə qarşı ehtiramsızlıq, digər tərəfdən də, canişinlik üstündə mübahisə və müxalifət Əhli-beytin (ə), xüsusilə həzrət Əlinin (ə) qəlbini çox incitdi.
Ə`məş deyir: “Peyğəmbərləri dünyadan getdi, camaat isə xəlifə seçməkdən başqa qəm-qüssəsi yox idi. Bir qrupu  “əmir bizdən olmalı” digər də “bizimdi” deyirdi. (Təqribül-məarif, səh. 256).
Əbdullah ibn Həsən deyir: “And olsun Allaha, Əbu Bəkr və Ömər peyğəmbərə (s) namaz qılmadılar. Üç gün həzrətin mübarək bədəni dəfn olunmadı. Bununla belə əhli-səqifə öz işinə məşğul idi.  (Təqribul-məarif, səh. 251) Əmirəlmöminin (ə) onlara xəbər çatdırmaq üçün Boridə Əsləmini göndərməsinə baxmayaraq onlar etina etmədilər.
5. İmam Həsən Əskəri-nin (ə) şəhadəti
Bir rəvayətə əsasən hicri təqvimi ilə 260-cı il, rəbiül-əvvəl ayının ilk günü İmam Həsən Əskəri (ə) şəhadətə çatıb.
O qərib İmam 28 yaşında ikən Mötəmid abbasinin əli ilə zəhərləndi və şəhadətə çatdı. Onun pak bədəni, Samirada uca atası İmam Hadinin (ə) pak məzarının yanında dəfn olundu. (Əl-irşad, c. 6, s. 242) (Əl-irşad, c. 2, s. 336).