Çr12112019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Mövcüdatın dili

Gecə və gündüz müxtəlif heyvanlar müxtəlif səslərlə görəsən dilə sahib olduqlanımı anladırlar yoxsa Yaradana zikrlər söyləyirlər ?!
Dünyada bütün yaranmışların dilə sahib olduqlarına aid çoxlu dəlillər var.
Allah-Taala Quranda buyurub: “ Yerdə və göydə olan hər bir şey Allaha təsbih deyir” (Cümə surəsi, ayə:1, “Təğabun surəsi, ayə: 1)
İmam Həsən (ə) və İmam Hüseyn (ə) həzrət Əlini (ə) dəfn edib qayıdan zaman qayıdırdılar. Bir xarabalığın yaxınlığından keçəndə orada yaşayan bir xəstənin səsini eşidib onun yanına döndülər.  O xəstə deyirdi: “Bir nəfər hər gün mənim üçün yemək gətirib mənə lütflər göstərirdi. Amma 3 gündür ki, gəlmir. “ İmam Həsən (ə) və Hüseyn (ə) soruşdular: “ O şəxsin hansı nişənəsini yadda saxlamısan?”  Xəstə dedi: “O, Allaha zikr deyəndə bu xarabalığın bütün mövcudları onunla birgə zikr edirdi  ...”
Başqa rəvayət: “ Salman dedi: Peyğəmbərin (s) yanında əyləşmişdik. Əli ibn Əbi Talib (ə) gəldi. Həzrət bir daş qırığını Əliyə (ə) verdi. Daş parçası həzrət Əlinin (ə) əlində düşməmiş dilə gəlib dedi: “ Allahdan başqa Allah yoxdur. Məhəmməd (s) onun Peyğəmbərliyi (s) və Əli ibn Əbi Talibin (ə)  vilayətinə razıyam.”
Başqa bir rəvayət:  Munqəz ibn Əsbəq deyir: “ Şaban ayının yarıısı gecə Əmirəlmömininin (ə) yanında idim. İmam bir dəvəyə süvar olub mühüm bir iş üçün bir kəndə getdi. Yol əsnasında bir yerdə enib dəstəmazını yeniləmək istədi. Mən dəvənin cilovunu tutmuşdum.  Birdən dəvə qularlarını dikəltdi və iztiraba düşdü. Mən onu saxla bilmirdim. İmam (ə) buyurdu: “ Nə olub?!”  Ərz etdim: “ Dəvə nə isə görüb, belə dözümsüzlük göstərir.” İmam (ə) baxdı və buyurdu: “ Bir yırtıcıdır.” Zülfüqarı götürüb bir nərə çəkdi. Neçə addım yeridi. O yırtıcı şir idi. İmamın (ə) səsini eşidən an, yaxına gəlib günahkar kimi başını aşağı saldı.  İmam (ə) əlini uzadaraq onun boynunu tükünü tutdu və buyurdu: “ Bilmirsən ki, mən Əsədullaham (Allahın Şiriyəm)?! Əbul-Əlayam (ə) (Şir balalarının atasıyam) və Heyrədəm?! Məqsədin mənim dəvəm idi?!
Şir fəsih bir dil ilə ərz etdi: “ Ya Əmirəlmöminin! Yeddi gündür ki, əlimə bir ov düşməyib. Aclıq məni taqətsiz edib. Uzaqdan sizi görən kimi xəcalət çəkdim. Allah-taala sizin və əhli-beytinizin ətini mənə haram edib.”
İmam (ə) əlini şirin belinə çəkib onunla danışdı. Şir ərz etdi: “Ya Vəliyullah! Aclıq, aclıq!” İmam (ə) əlini qaldırıb belə dua etdi: “Məhəmməd və onun əhli –beyti xatirinə Məhəmməd, ona ruzi ver!” Elə bu zaman bir yem şirin yanına gəldi. Şir onu yeməyə başladı. Şir qayıtmaq üçün icazə alıb ərz etdi: Ya Əmirəlmöminin! Bu səfərdə Qadisiyyəyə gedirəm. Süffeyn döyüşündən qaçan  Sinan Vahil Şamilin ətindən yemət tədarük edəcəyəm.”
İmam (ə) dua etdi və şir getdi.  Sonra İmam  (ə) namaza başladı. O, namazı qurtaranda onun hüzurunda idim. Qadisiyyəyə çatanda sübh namazının vaxtı idi. Camaatın arasında bir qovğa qalxmışdı ki, deyiridlər: “ Sinan ibn Vahili şir yedi.”  Sümüklərini də göstərirdilər...
http://www.sibtayn.com/az

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə