Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Rəbiüs-sani Rəbiüs-sani ayının 14-ci günü

Rəbiüs-sani ayının 14-ci günü

İmam Hüseynin (ə) intiqamı uğrunda Muxtar Səqəfinin qiyamı

Muxtar, hicri təqviminin əvvəlində Kufə şəhərinin yaxınlığında yerləşən “Ləfğa”  adlı məntəqdə dünyaya göz açıb. Atası Əbu Übeydə Səqəfi anası isə Vəhəb ibn Omər ibn Mötəb ibn Rumənin qızıdır.
Əbu Ümeydə islamın əziz peyğəmbərinin böyük səhabəlrindən hesab olunur. O, Ömər ibn Xəttabın xəlifəliyinin ilkin dövrlərində Hirə yaxınlığında müsəlmanların farslarla müharibəsi zamanı övladları ilə birlikdə qətlə yetirildi. (Əl-istiyab, c. 4, s. 350)
Muxtar şücaətli, ağıllı, hazırcavab bir kişi idi. Onun bəyənilmiş xislətləri var idi. Çox səxavətli, istedadlı idi. Məsələləri fərasət və zirəkliyi sayəsində asanlıqlar dərk edirdi. Yüksəy əxlaqi məziyyətə sahib, uzaqgörən idi.
Döyüşlərdə möhkəm və dözümlü idi. Əhli-beytə (ə)  qarşı bəslədiyi məhəbbət və onların düşmənləri ilə düşmənliyi sünni və şiələrin dilində əzbər olmuşdu. (Səfinətül-bihar, c. 1, s. 435)
Məhəmməd ibn Məsud  nəql edir: “Muxtar, Abdullah ibn Ziyad və Ömər ibn Sədin başlarının İmam Səccadın  (ə) hüzuruna göndərdilər. O həzrət, şükür səcdəsi yerinə yetirib buyurdud: “ Allaha həmd  edirəm ki, düşmənlərimdən intiqam aldı.” Sonra dua edib buyurdu: “ Allah Muxtara yaxşı mükafat versin!”
(Səfinətül-bihar, c. 1, s. 435)
Südəyr, İmam Baqirdən (ə) rəvayət edir ki, buyurub: “ Muxtara nasəza deməyin! O bizi öldürənləri öldürdü, bizim intiqamımızı aldı, ərsizləri ərə verdi, zərurət olduqda bizim üçün mal göndrədi.”
(Əmali, şeyx Tusi, s. 424, -Cameür-ruvvat, c.2, s.220)
Mənzər ibn Carud İmam  Sadiqdən (ə) rəvayət edir ki, buyurub: “ Muxtar, Hüseyni (ə) öldürənlərin başını bizim üçün gönrəməyincə haşimi qadınlarından heç biri, saçına darağ vurmadı və həna qoymadı.” (Ricali-keşiyy, s. 927- Biharül-ənvar, c. 45, s. 344)
Həzrət Müslüm ibn Əqil (ə) Kufə şəhərinə daxil olandan sonra qalmaq üçün Muxtar Səqəfinin evini özünə seçdi. (Şərhi -Nəhcül-bəlağə, ibn Əbi əl-Hədid, c.2, s. 294)
Muxtar da onu dəstəkləməyə  qalxdı. Bu isə Übeydullahın nigarançılığına səbəb oldu. Ona görə də onu yanına çağırıb işkəncəyə məruz qoyduqdan sorna həbsxana göndərdi.
Muxtar, həbsdə Meysəm Təmmarın yanına düşdü. Ondan təqvalılar mövlası Əlinin (ə) hədislərini öyrəndi.  Bir gün Meysəm Muxtara dedi: “ Narahat olma! Məni şəhid edəcəklər, sən isə həbsxanadan azad olacaq İmam Hüseynin (ə) intiqamını alacaqsan və indi həbsxanasında olduğumuz zalımı öldürəcəksən , onun üzünü ayaqlar altına alacaqsan.”     
Muxtarın bacısı Übeydullah ibn Ömər  ibn Xəttabın həyat yoldaşı olduğu üçün ərindən istədi ki, Yeziddən qardaşının həbsdən azad olmasını istəsin. Onun vasitəsi ilə Yezid Übeydullaha məktub yazdı və Muxtar azad olundu. İmam Hüseynin (ə) şəhadətindən və “Təvvabin” –nin məğlubiyyətindən sonra müsəlmanlar arasında bəni-üməyyəyə qarşı nifrət yaranmışdı. Ona görə də Muxtar azad olduqda “Təvvabin” hərəkatından sağ qalanlar onun ətrafına toplandı. Nəhayət Muxtar, İmam  Hüseynin (ə) və Kərbəla şəhidlərin intiqamını almaq üçün hicri təqvimi ilə 66-cı il, rəbiüs-sani aynının 14-cü günündə qiyam etdi. Camaatın böyük əksəriyyəti onunla əsas dörd prinsipə əsasən beyət etdilər:
1.Allahın kitabı
2.Allah Rəsulunun (s) sünnəti
3. İmam Hüseynin (ə) və o həzrətin Əhli-beytinin (ə) intiqamını
4. Zəifləri müdafiə etmək   (Biharül-ənvar, c. 45, s. 333)
Muxtar, öz ordusu ilə Kufə şəhərini ələ keçirdi və on yeddi ay orada hökümət başında oldu. Bu müddət ərzində İmam Hüseynin (ə) qatillərindən böyük əksəriyyətini və onun qətlində əli olanları qətlə yetirdi. Əhli-beytin (ə) intiqamını zamanın quldurlarından aldı. Məs`əb ibn Zübeyr Bəsrəndə hökümət başçısı idi. O, böyük bir ordu ilə Kufəyə tərəf hərkəkət edib Muxtarın qoşunu ilə müharibəyə başladı. Muxtarın qoşunu məğlub olduqdan və onun qəsri mühasirəyə alındıqdan sonra Muxtar da öldürüldü. (Kamili-ibn Əsir, c. 4, s. 273).

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə