Çr08222018

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Rəbiüs-sani Rəbiüs-sani ayının 10-cü günü

Rəbiüs-sani ayının 10-cü günü

Əhli beyt (ə) Kəriməsi həzrət Fatimeyi-Məsumənin  (ə.s) vəfatı
Hicri təqvimi ilə 201-ci il, həzrət Məsumə (s.ə) Qum şəhərində 17 gün qaldıqan sonra dünyaya gözünü bağladı. Bu böyük xanım, qardaşlardan bir çox ilə birlikdə əziz qardadşı İmam Rzanı (s.ə) görmək üçün Mədinədən Xorasana tərəf yola düşmüşdü. Yol üstündə Savə şəhərində abbasi hökumətinin məmurlarının hücumuna məruz qaldılar. Onlardan bir çoxu şəhadətə çatandan sonra bu hadisədən acı çəkib xəstələnən Əhli-beyt (ə) Kəriməsi (ə.s) Quma gəldi. Musa ibn Xəzrəcin evində 17 gün qaldıqdan sonra mübarək gözləri qardaşının camalı ilə aydın olmadan qərib bir ölkədə əhatəsini çoxlu qəm- kədər sarmış halda canını Yaradana təslim etdi və şiələri öz matəmində yasa qərq etdi.
Nəql olunub ki, həzrət Məsumə (ə.s) üçün məzar hazırladılar. Kimin məzara daxil olub o həzrəti dəfn etməsi haqqında Əşərilər arasında söz-söhbət oldu. Nəhayət onlar bu işi Qadir adlı bir pərhizkar qoca kişiyə tapşırmaq haqqında qərara gəldilər və bir nəfəri onun arxasınca göndərdilər. Qadir gəlməzdən öncə özündə niqab olan iki süvari çöllükdən peyda oldu. Sürətlə yaxına gəldilər. Onlradan biri məzara daxil oldu. Digəri isə o həzrətin pak cəsədini götürüb məzara qoymaq üçün ona verdi. Dəfn mərasimi bitdikdən sonra o iki nəfər heç bir şəxslə danışmadan öz atlarına minib uzaqlaşdılar. (Tarixi-Qum, s. 213- Biharül-ənvar:  c. 48, s. 290)
(Səfinətül-bihar: c.3, s. 936, “Fətəmə” bölməsi)
(Kamilül-ziyarat: s. 324).

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə