Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Əli (ə) Məqalələr İmam Əli əleyhis-salamın buyuruqlarından

İmam Əli əleyhis-salamın buyuruqlarından

Qeybət

"Qeybət etmək və (birinin) arxasınca danışmaq aciz şəxsin cəhdidir (aciz şəxsin öz düşmənindən intiqam ala bildiyi və ya həsəd apardığı şəxsin dalınca pis danışmaq üçün istifadə etdiyi yeganə vasitədir)."

Səbrlilik və tələsməmək

"Səbr və tələsməmək bir qarından olan ekizlərdirlər ki, onları himmət və möhkəm iradə doğur. (Səbrlilik və tələsməmək bir dərəcə və mərtəbədədirlər. Yüksək himmətə malik olan şəxs tez qəzəblənməyib səbr göstərdiyi kimi işlərdə tələskənlik də etmir və işin sonunu fikirləşir.)"

Tədbir tökmək və uzaqgörənlik

"İlahi qəzavü-qədər hesablamaları (bəndənin özü üçün cızdığı planları) elə qabaqlayır ki, (bəzən) bəla və məhv tədbir tökmək və uzaqgörənlikdə olur. (Buna görə də insan təvəkküldən əl götürməməli, öz tədbir və fikirlərinə arxalanmamalıdır. Seyyid Rəzi əleyhir-rəhmə deyir:) Bu məna bundan qabaq (on altıncı kəlamda) kəlmələri bu kəlmələrdən bir qədər fərqli olan bir rəvayətdə keçdi."

İmanın bəzi nişanələri

"İmanın nişanəsi budur ki, sənə ziyan vuracaq yerdə doğru danışmağı sənə xeyir gətirəcək yerdə yalan danışmaqdan üstün tutasan və danışığın biliyindən artıq olmasın. Həmçinin başqası barəsində danışmaqda Allahdan qorxasan."

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub

Nəzərinizs  

0 #1 irəli: İmam Əli əleyhis-salamın buyuruqlarındanFerid.memmedov 2012-03-03 19:38
Tesekur edirem Imam Elinin sozlerne gore

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə