Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Livat edənin cəzası

Bir gün Əli (ə) səhabələrlə söhbət edirdi. Bir kişi onun yanına gəlib dedi: – Ya Əmirəl-möminin! Livat etmişəm, məni pakla!
O Həzrət buyurdu: – Ay kişi! Belə sözlər danışma. Bəlkə əqlin qarışmışdır?!
Sabahı gün o yenidən Həzrətin yanına gəlib dedi: – Ya Əmirəl-möminin! Livat etmişəm, məni pakla!
İmam (ə) yenə də üzünü ona tutub buyurdu: – Evinə qayıt, ola bilsin ki, sənin əqlində nasazlıq yaranmışdır.
O kişi öz sözünü (etirafını) dördüncü dəfə təkrarladı. İslam qanunlarına əsasən ona hədd vurulması vacib olduqda Əli (ə) ona buyurdu: – Peyğəmbər (s.ə.v.v) sənin kimilər barəsində üç cəza növü buyurmuşdur. Onlardan hansını istəyirsən, seç.
Kişi dedi: – Onlar hansılardır?
Buyurdu: – 1-Bir qılınc zərbəsi; hara qədər çatsa; 2-Əl-ayağını bağlayıb dağdan atmaq; 3-Odda yandırmaq.
Kişi dedi: – Ya Əmirəl-möminin! Bunların hansı daha ağırdır?  Buyurdu: – Odda yandırmaq.
Kişi dedi: – Ya Əmirəl-möminin! Mən onu seçirəm.
Həzrət buyurdu: – Yandırılmaq üçün hazır ol!
belə ərz etdi: – "Pərvərdigara! Mən öz günahımdan (tövbə edərək) Sənin dərgahına qayıdıram. Onun axirət cəzasından qorxduğum üçün Sənin Peyğəmbərinin canişini və əmioğlusunun yanına gəlib məni paklamasını istədim. O da məni üç cəzadan birini seçməkdə ixtiyar sahibi etdi. Pərvərdigara! Mən onların ən ağırını
seçdim. Səndən istəyirəm ki, bu cəzanı günahımın kəffarəsi (cəriməsi) qərar verərək məni cəhənnəm odunda yandırmayasan."
Sonra ayağa qalxdı, ağlar halda onun üçün qazılan çalaya tərəf getdi, odun zəbanə çəkən şölələrinə baxdı. Bu zaman Əli (ə) buyurdu: – Ay kişi! Ayağa qalx! Göylərin və yerin mələklərini ağlatdın, Allah sənin tövbəni qəbul etdi. Ayağa qalx və bir daha belə günahları təkrar etmə!
Müəllif:  7-ci fəslin 7-ci rəvayətində qeyd olunacağı kimi, əgər bir şəxsə, öz iqrar və etirafı nəticəsində hədd (cəza) vacib olsa, İmam onu bağışlaya bilər. Amma əgər iqrar nəticəsində deyil, dəlil əsasında sübuta yetsə, bağışlaya bilməz. Əlbəttə, bu haqq da yalnız məsum imama məxsusdur, belə ki, İmam Məhəmməd Baqir (ə) buyurur: "(Məsum) İmamdan başqa heç kəs Allaha məxsus olan hədd-hüdudu əfv edə bilməz."
"Fürui-Kafi", "kitabul-hüdud", "əl-axiru min sifətir-rəcm" babı, 1-ci hədis; "Təhzib", "hüdudüz-zina" babı, 23-cü hədis; "Mən la yəhzuruhul-fəqih", "ma yəcibu bihit-tə`ziru vəl-həddu vər-rəcm" babı, 32-ci hədis.Səhifə: 23
"Əmir-əl-möminin Əli ibn Əbi Talibin (ə) qəzavətləri" kitabı

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.


ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə