Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Əli (ə) Məqalələr Əli sizin yanınızda olsaydı, yolunuzu azmazdınız

Əli sizin yanınızda olsaydı, yolunuzu azmazdınız

Maiz ibni Malik o həzrətin yanına gəlib zina etdiyini etiraf etdi və hədd vurulan zaman qaçdı.

 

Zübeyr ibni Əvam dəvənin bud sümüyünü ona tərəf ataraq onu yerə sərdi. Camaat onun üstünə tökülüb döyə-döyə öldürdülər. Sonra bu hadisəni Peyğəmbər (s.ə.v.v)-ə dedilər. Həzrət buyurdu: "Nə üçün Maizi (qaçdığı zaman) boşlamadınız?! Çünki o, günahını özü etiraf etmişdi. Bu halda qaçarsa, azad olunur. (Sonra buyurdu:) Əgər Əli sizin yanınızda olsaydı, yolunuzu azmazdınız."
Sonra Maizin qan bahasını beytül-maldan onun qəyyumlarına verdi.

"Fürui-Kafi", "Diyat" kitabı, "Nəvadir" babı, "Təhzib", "Diyat" kitabı, "ziyadat" babı, hədis-6, "Nəhcül-bəlağə"nin şərhi (İbni Əbil Hədid)
"Fürui-Kafi", "Diyat" kitabı, "Diyətu eynul-ə`ma" babı, hədis-1, "Təhzib", "Diyat" kitabı, "diyətueynul ə`vər" babı, hədis-2
"Cə`fəriyyat", "Təharət" kitabı, "Dəf`ul-həddi ənil-haiz" babı, səh.25 "Mən la yəhzur", "Hüdud" kitabı, "ma yəcibu bihit-tə`zir" babı, hədis-28 səhifə: 38

"Əmir əl-möminin Əlinin (ə) qəzavətləri" kitabından

Yazının hazırlanmasında tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə