Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İbrətamiz İtaət- uzun-uzadı arzulara son qoymaq

İtaət- uzun-uzadı arzulara son qoymaq

Allah-taala həzrət Musa ilə xəlvəti söhbətə başladı. Ona xitabən buyurdu: “Dünyada uzun-uzadı arzulara yol versən, qəlbin bərkiyər. Qəlbi daşlaşan insan məndən uzaq olar. Ey Musa! Bir növ mənim sevincim ol. Həqiqətən mənim razılığım mənə itaətdə və mənə qarşı günahdan çəkinməkdədir.”
Uzun-uzadı arzular qəlbi daşa döndərir

Bütün peyğəmbərlər Allahın xüsusi diqqətindən bəhrələnmiş, ən ali ilahi kamilliyə çatdıqlarından Allah bəndələrinin üstünü sayılmışlar. Amma hər bir peyğəmbərin o biriləri ilə müqayisədə müəyyən imtiyazları var. Onlar bu imtiyazları ilə tanınırlar. Məsələn, həzrət Musa “Kəlimullah” məqamına çatmışdır. O Tur dağında Allahın danışığını eşidirdi. Bu səbəbdən də onu “Kəlimullah”, yəni Allahın həmsöhbəti adlandırmışlar. Quranda oxuyuruq: “Allah Musa ilə aşkara danışdı.”
Bu uca mərtəbəli peyğəmbər elə bir məqama yüksəlmişdi ki, Tur dağında öz məbudu ilə xəlvəti söhbətləşirdi. Xüsusi və ilahi söhbətlərdən birində Allah Musadan uzun-uzadı arzulara yer verməməsini istəyir. Musanın nəzərinə çatdırılır ki, uzun-uzadı arzular qəlbi daşlaşdırır, nəticədə insan ilahi mərhəmətdən mərhum olur.


Yazının hazırlanmasında tərcümə olunmuş kitabların elektron versiyasıdan istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə