Çr04242024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Kazım (ə) Məqalələr İmam Kazımın (ə) günahkarla rəftarı

İmam Kazımın (ə) günahkarla rəftarı

Bəzən günahkarla mülayim və mehribanlıqla davranılmalıdır. Çünki belə davranış onları düz yola hidayət edəcək. Bu barədə maraqlı bir əhvalata diqqət yetirək:
İmam Kazimin (ə) vaxtında xəlifənin yaxın adamlarından biri O Həzrəti görəndə ədəbsizlik edir və imama nalayiq sözlər deyirdi. Həmçinin o İmam Əliyə (ə) da xəyanət edirdi. Bir gün İmam Kazimin (ə) dostlarından bir neçəsi İmama dedilər: İcazə ver, onu öldürək! İmam isə qətiyyətlə bu işi məsləhət görmədi. O kişinin yerini soruşdu. Onun bir əkin sahəsində işlədiyini dedilər. İmam öz ulağına minib əkin yerinə tərəf yollandı və onun əkin sahəsinə girdi. Kişi uzaqdan qışqırdı: «Mənim yerimi ayaqlama». İmam isə yenə də öz ulağı ilə hərəkət edib o kişinin yanına gəldi. Ulaqdan düşüb xoş üzlə salam verdi. Sonra şirin-şirin sözlərlə onunla söhbətə başladı. İmam ondan soruşdu: Bu əkin yerinə nə qədər xərcin çıxıb?
Kişi cavab verdi: Yüz dinar.
İmam soruşdu: Bəs bu yerdən nə qədər məhsul götürməyə ümidin var?
O dedi: Mənim qeybdən xəbərim yoxdur!
İmam dedi: Mən səndən soruşdum ki, nə qədər məhsul götürməyə ümidin var?
Kişi cavabında dedi: 200 dinarlıq məhsul götürməyə ümid edirəm.
İmam Kazim (ə) içində 300 dinar pul olan bir kisəni ona verib buyurdu: Bunu al, götürəcəyin məhsul da sənin olsun!
İmamın bu davranışı o kişiyə o qədər təsir etdi ki, yerindən qalxıb İmamın alnını öpdü və dedi: «Məni bağışla, mənim təqsirlərimdən keç!»
İmam Kazim (ə) onun yanından qayıtdı və sabahı gün məscidə getdi. O kişi də məsciddə idi. İmamı görcək bu ayəni oxudu:
«Allah-təala daha yaxşı bilir ki, öz risalətini hansı ailəyə versin».
Kişinin dostları bu sözdən sonra onun yanına gəlib, belə danışmağının səbəbini soruşdular. O, İmamla olan əhvalatı dostlarına söylədi. İmam Kazim (ə) isə evə qayıdanda kişini öldürmək istəyənlərə dedi: Hansı yaxşı idi: sizin dediyiniz, yoxsa mənim onunla etdiyim rəftar?!

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə