Çr04242024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İbrətamiz Qur`anda günahın nəticələri

Qur`anda günahın nəticələri

Qur`anda günahın nəticələri haqqında ayələr mövcuddur. Burada o ayələrdən bir neçəsini nəzərdən keçirək:
1. «Bəqərə» surəsinin 59-cu ayəsində oxuyuruq:


«Zalımlara zülm etdikləri üçün göydən əzab nazil etdik».
2. «Maidə» surəsinin 49-cu ayəsində oxuyuruq:

«Allah onları bəzi günahlarına görə cəzalandırmaq istəyir».
3. “Ənam» surəsinin 6-cı ayəsində oxuyuruq:

«Onları etdikləri günaha görə həlak etdim».
4. “Əraf» surəsinin 96-cı ayəsində oxuyuruq:

«Onları əməllərinə görə cəzalandırdıq».
5. «Nəml» surəsinin 52-ci ayəsində Allah-təala buyurur:

«Bu onların evləridir ki, zülm etdiklərinə görə boş qalıbdır».
6. «Nuh» surəsinin 35-ci ayəsində oxuyuruq:

«Onlar günahlarına görə qərq oldular».
7. «Şəms» surəsinin 14-cü ayəsində oxuyuruq:
«Batdıqları günaha görə Rəbbləri gurultulu bir əzab göndərdi, onların yurd-yuvasını yerlə yeksan elədi ».
8. «Rəd» surəsinin 11-ci ayəsində oxuyuruq:

«Nə qədər ki, insanlar öz halını dəyişdirmir, Allah onların halını dəyişdirməz.»
9. «Mütəffifin» surəsinin 14-cü ayəsində oxuyuruq:

«Xeyr, elə deyil! Kafirlərin qəlbi qazandığı günahlardan pas atmışdır».
10. «Şura» surəsinin 30-cu ayəsində oxuyuruq:

«Başınıza nə müsibət gəlirsə, bu sizin öz işlərinizin nəticəsidir. O, çoxunu isə əfv edir».
Maraqlı budur ki, İmam Əli (ə) deyir:
Peyğəmbər (s) buyururdu ki:
«Quranda ən yaxşı ayə bu ayədir».
Sonra Peyğəmbər (s) buyurur:

«Ey Əli! Hətta adi taxta parçasından dəyən zərər və insanın ayağının büdrəməsi də etdiyi günahın nəticəsidir».

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə