Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Pak sülalə Həzrət Zeynəb (s.ə) "Aranızda bir nəfər də müsəlman yoxdurmu..."

"Aranızda bir nəfər də müsəlman yoxdurmu..."

Zeynəbin fəryadı və düşmənin daş qəlbi

Tarixin ən həyacanlı cinayətinə tamaşa edən Zeynəb, ürək yanğısı ilə fəryad edirdi:
«Va əxa, va seyyida və əhlə bəyta, leytəs-səmaə ətbəqət ələl ərzi və leytəl cibalə tədəkdəkət ələs-səhli».

 

Kaş göy yerə gələydi, kaş dağlar əzilib, çölləri dolduraydı. Qardaşının yanına gəldi. Gördü ki, ömər ibni Səd adamlarından bir dəstə ilə Həzrətə yaxınlaşmışlar. Qardaşı Hüseyn can verirdi:
«Fəsahət ey ömər əyuqtəlu Əbu Əbdillah və əntə tənzuru iləyh».
“Ey ömər ibni Səd! Əbu Əbdullahı öldürürlər, sən ona baxırsan?
ömər üzünü çevirdi. Göz yaşları saqqalına axırdı. Zeynəb fəryad etdi:
«Və yəhkum əma fikum muslim?»
“Vay olsun sizə! Aranızda bir nəfər də müsəlman yoxdurmu?
Heç kəs cavabını vermədi. Ömər ibni Səd qışqırdı: Atlardan düşün Hüseyni rahat buraxın...
Yer üzü Allahın üçüncü höccətindən məhrum oldu.Toz və qaranlıq səmanı bürüdü. Qırmızı külək əsdi və hava bir müddət beləcə qaranlıq oldu. Biri başqasını görmür və hamı əzab gözləyir...


Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

 

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə