Bz.er09232019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Kazım (ə) Məqalələr Əli ibn Yəqtin – İmam Kazim əleyhissəlamın Harunun sarayındakı elçisi

Əli ibn Yəqtin – İmam Kazim əleyhissəlamın Harunun sarayındakı elçisi

Əli ibn Yəqtin İmam Kazim əleyhissəlamın seçilmiş və qabaqcıl şagirdlərindən biri olmuşdur. O pak və adlı-sanlı bir şəxs olmuş İmam Kazim əleyhissəlamın yanında özünəməxsus mövqe tutmuşdu. Şiə aləmində onun misilsiz hörməti vardı.
Əli ibn Yəqtin hicrətin yüz iyirmi dördüncü ilində Əməvi sülaləsinin hakimiyyətinin son çağlarında Kufə şəhərində dünyaya gəlmişdir. Atası Yəqtin Abbasilər sülaləsinin əsas tərəfdarlarından biri olmuşdur. Elə buna görə də, öz dövrünün xəlifəsi olmuş (Əməvi xəlifəsi) Mərvani Himar onu tutmaq istəmiş o isə hökumətdən qaçaq düşmüşdür. Onun həyat yoldaşı ərinin qaçaq düşdüyü bu müddətdə (haqqında danışdığımız) Əli və Übeyd adlı iki oğlunu da götürüb Mədinə şəhərinə köçür. Əməvilər süquta uğrayıb Abbasilər hakimiyyətə gəldikdən sonra Yəqtin Kufəyə gələrək Əbülabbas Səffaha qoşulmuşdur. Həmçinin, onun həyat yoldaşı da uşaqları ilə birlikdə Kufəyə qayıtmışdır.
Bəli Əli ibn Yəqtin Kufədə böyüyüb boya-başa çatmış və İmam Kazim əleyhissəlamın şagirdləri sırasına qoşulmuşdur.


Əli ibn Yəqtinin elmi məqamı


Rical elminin alimləri və tarixçilərin dediyinə görə Əli ibn Yəqtin İmam Kazim əleyhissəlamın qabaqcıl və seçilmiş şagirdlərindən olmuş o Həzrətin hüzurundan bəhrələnərək ondan çoxlu sayda hədislər söyləmişdir. İmam Sadiq əleyhissəlamdan isə yalnız bir hədis rəvayət etmişdir.
Əli ibn Yəqtin həm ictima arasında sayılıb-seçilən və hörmətə sahib olan bir şəxs idi həm də öz dövrünün alimləri sırasında adı çəkilirdi. O aşağıdakı kitabları qələmə almışdır:
1. “İmam Sadiq əleyhissəlamın gələcək fitnə-fəsad barədə soruşulmuş sullara cavabı” (“Ma suilə ənhus-Sadiqu min əl-məlahim”);
(Əl-Bidayətu vən-nihayə, c.10, səh.216.
Əl-Fihrist, səh.234.
Əl-Fihrist, səh.234.
Fihristi-əsmai-müsənnifiş-şiə, səh.195.)
2. “(Allaha) şəkk edən şəxsin İmam Sadiq əleyhissəlamın hüzurunda mübahisəsi” (“Münazirətüş-şakki bihəzrətih”);3. “İmam Kazim əleyhissəlamdan öyrəndiklərim.”
Əli ibn Yəqtin tutduğu ictimai və siyasi mövqeyi hesabına şiə məzhəbi üçün misilsiz xidmətlər mənşəyi olmuş və şiələr üçün ümid yeri hesab olunurdu.
Əli ibn Yəqtinin vəzir olması şiələr üçün arxa və dayaq olmuşdur
Mənsur və Harunun hakimiyyəti dövründə Bəni-Haşim nümayəndələrinin ardıcıl silahlı etirazları məğlubiyyətlə nəticələnir. Hərəkat başçılarının şəhid olaraq dəstələrinin məğlubiyyətə uğramaları bir daha sübut etdi ki belə bir şəraitdə hər hansı bir silahlı mübarizə məğlubiyyətə məhkumdur. Buna görə də, mübarizəni başqa yolla davam etdirmək lazımdır. Bu baxımdan İmam Kazim (əleyhissəlam) silahlı mübarizədən göz yummuş və ancaq tələbə yetişdirilməsi fikirlərin oyadılması çirkin Abbasi hökumətinin əsl həqiqətini tanıtdırmaq və mümkün qədər ictimaiyyətin müxtəlif sahələrində şiəlik ideyalarını genişləndirmək barədə düşünürdü. Elə buna görə də, o cür zalım hökumətlə həmkarlıq etməyin ümumi şəkildə haram olmasına baxmayaraq, İmam Kazim (əleyhissəlam) istisna hallarda bəzi pak və layiqli şəxslərin hökumətdə mühüm vəzifə tutmasına razılıq verirdi.Çünki bu iş bir tərəfdən şiələrin hakimiyyətdə yer tutmalarına digər tərəfdən də camaatın xüsusən də, şiələrin himayə altına keçməsinə səbəb olurdu. Əli ibn Yəqtinin də hökumətdə mühüm bir vəzifə tutması bu kimi işlərdən biri idi. Abbasilər sülaləsinin tam tərəfdarı olan və İmamət məsələsinə heç bir etiqadı olmayan atasından fərqli olaraq, Əli ibn Yəqtin ayıq və mətin şiələrdən idi və əqidəsi əsl şiə əqidəsi idi. Belə ki intizar yəni hazırda olan zalım hökumətin qeyri-qanuni olduğunu hesab etməklə haqq-ədalət əsasında qurulacaq hökumətin gəlişinə ümid bəsləmək onun əqidəsinin əsasını təşkil edirdi. Bu həqiqət onun bir dəfə atası ilə etdiyi söhbətdən də başa düşülür. Bir dəfə Yəqtin oğluna deyir: “Necə olur ki sizin rəhbərlərinizin bizim (Bəni-Abbasın) barəmizdə dedikləri düz çıxır ancaq sizin özünüz barədə dedikləri (sizə vəd olunmuş hökumətin qalib gələcəyi) düz çıxmır?” Əli cavab verir: “Sizin və bizim barədə deyilənlərin ikisi də eyni yerdən (eyni şəxs tərəfindən) deyilib. Sadəcə olaraq sizin hakimiyyətiniz bərqərar olub və buna görə də, sizin barədə deyilən şübhəsiz olaraq həyata keçmişdir. Özünüz də gördünüz ki deyilənlər tamamilə düz çıxdı.Ancaq bizə vəd olunmuş hökumətin vaxtı çatmadığından, biz hələ də onun ümidi ilə yaşayırıq. Əgər bizim rəhbərlərimiz “Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinin hakimiyyətə gəlişi (məsələn) iki yüz-üç yüz ildən sonra olacaq” desəydilər ola bilərdi ki (vaxtın uzun olduğundan) ürəklər sıxılıb camaatın həmin hökumətə olan inamı azalardı. Lakin (camaat öz ümidini itirməsin deyə) İmamlar (həmin hökumətin nə vaxt bərpa olunacağını müəyyən etməyərək) buyurmuşlar ki tezliklə onun vaxtı çatacaq. Beləliklə də, İmamın (on ikinci İmamın) zühurunun yaxın bir vaxtda olacağını vurğulamışlar.”
Əli ibn Yəqtinin bu cür sabiqəsini nəzərə almaqla, onun Harunun sarayında vəzifə tutmasının nə dərəcədə əhəmiyyətli olması asanlıqla başa düşülür.
Əl-Fihrist, səh.234.
Qamusur-rical, c.7, səh.90.

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə