İmam Kazim əleyhissəlamın şərti razılığı

Əli ibn Yəqtin İmam Kazim əleyhissəlamın razılığı ilə Harunun sarayında vəzir olmasını qəbul etdi. O sonradan neçə dəfə işindən istefa vermək istəmiş lakin İmam Kazim (əleyhissəlam) onu bu fikrindən daşındırmışdır.
İmam Kazim əleyhissəlamın Əli ibn Yəqtini öz vəzifəsində saxlamaqdan məqsədi şiələrin can mal və hüquqlarının qorunması və onların gizli təşkilatına kömək etmək idi. İmam Kazim (əleyhissəlam) ona buyurur: “Əgər istəyirsənsə sənin barəndə üç şeyə zamin olum onda sən də bir şeyə zamin ol.” Əli ibn Yəqtin soruşur: “O üç şey hansılardır?” İmam Kazim (əleyhissəlam) buyurur: “Sənin üçün zamin olduğum üç şey bunlardır:
1. Əsla sən qılınc və düşmənin əli ilə öldürülməyəcəksən.
2. Sənin heç vaxt maddi imkana ehtiyacın olmayacaq.
3. Sən heç vaxt tutulmayacaqsan.
Ancaq sənin zamin olacağın şey isə budur ki bizim şiələrdən birinin işi düşüb nə vaxt biri sənə müraciət edərsə söz ver ki onun işini düzəldəcək və ona hörmət edəcəksən.”
Əli ibn Yəqtin İmam əleyhissəlamın şərtini qəbul etdi İmam da bu üç şey barədə onun üçün zamin oldu.68 İmam Kazim (əleyhissəlam) öz söhbəti əsnasında buyurdu: “Sənin bu məqamın (şiə) qardaşlarının fəxridir.Ümid edirik ki Allah sənin vasitənlə məğlubiyyətlərin əvəzini çıxıb müxaliflərin fitnə alovunu söndürsün.”
Bəli Əli ibn Yəqtin öz əhdinə sadiq qaldı vəzifədə olduğu bütün müddət ərzində şiələr üçün mötəbər bir istehkam hesab edilmiş və o cür çətin şəraitdə şiələrin azadlığı və canlarının qorunması üçün lazım olan şəraiti təmin etməkdə böyük rol oynamışdır....

Təhlükəli və gizli bir tapşırıq

Əli ibn Yəqtin gizli şəkildə öz malının xümsünü İmam Kazim əleyhissəlamın hüzuruna göndərir bəzi vaxtlar isə şərait ağır və çətin olduqda, o Həzrət üçün maddi imkanat yaradırdı. Onun dostlarından ikisi deyir ki bir gün Əli ibn Yəqtin bizi çağırıb bizə bir qədər pul və bir neçə məktub verərək dedi: “İki ədəd minik vasitəsi alıb gizli yolla gedərək bunları İmam Kazim əleyhissəlama çatdırın. Sizin bu işinizdən heç kimin xəbəri olmasın.” Həmin iki nəfər deyir: “Kufəyə gəlib iki minik vasitəsi aldıq. Yol üçün tədarük gördükdən sonra gizli yolla hərəkət etdik. “Bətnür-rəhmə” adlı yerdə heyvanlardan düşüb qabaqlarına ot qoyduq özümüz də nahar etmək üçün oturduq. Bu vaxt yanında da, bir yoldaşı olan bir atlı gəldi. Yaxınlaşdıqda gördük ki İmam Kazim əleyhissəlamdır. Qalxıb ona salam verdikdən sonra pulu və məktubları təhvil verdik. O Həzrət də bir neçə məktub çıxarıb bizə verərək buyurudu: “Bunlar sizin məktubların cavabıdır.” Biz ona dedik ki azuqəmiz qurtarıb əgər icazə versəniz, Mədinəyə gedib həm Peyğəmbəri (səlləllahu əleyhi və alih) (qəbrini) ziyarət edər həm də yol üçün azuqə tədarük görərdik. O bizə buyurdu: “Qalan azuqənizi mənə göstərin.” Azuqəmizi (olan-qalanını) çıxarıb ona göstərdik. O tərəf-bu tərəfinə əl gəzdirib buyurdu: “Bu sizi Kufəyə qədər görər.” O bizim Mədinəyə getməyimizi məsləhət bilməyib buyurdu: “Siz (həqiqətdə elə bil ki,) Peyğəmbəri (səlləllahu əleyhi və alih) gördünüz indi isə Allahın pənahı altında geri qayıdın.”
(İxtiyari-mərifətir-rical, səh.433.
Biharül-ənvar, c.48, səh.158.
Biharül-ənvar, c.48, səh.136.
İxtiyari-mərifətir-rical, səh.436-437.)

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.