Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Peyğəmbərin (s) kəlamda vahibilərin məzəmməti

Peyğəmbərin (s) kəlamda vahibilərin məzəmməti

Vəhhabiliyin bir ideoloji cərəyan kimi formalaşmasında Peyğəmbər(s)-in vəfatından bir neçə əsr sonra yazılmış kitablar (sünnələr) çox təsirli rola malik olmuşdur.
Xüsusilə hədisçi Buxarinin və hədisçi Müslimin səhih əsərləri (''Səhih-Müslim'', ''Səhih-Buxari'') vəhhabilərin Qurani-Kərim dərəcəsində istinad etdikləri mənbə hesab edilir. İndi gətirəcəyimiz iki hədis həqiqəti bir az da aydınlaşdıracaq. Məlumdur ki, vəhhabilik Nəcd vilayətində meydana gəlib. Məhəmməd ibn Əbdül-Vəhhab da oralıdır. Səhih-Buxari, Fitən kitabı, fəsil-16, hədis-7094-də  İbn Ömərdən belə rəvayət olunur ki, bir gün böyük İslam Peyğəmbəri Həzrət Mühəmməd(s) belə bir dua etdi: ''Ey Allah! Şamı və Yəməni bizim üçün (İslam üçün) bərəkətli et!'' Bunu üç dəfə təkrar etdi. Ətrafında olanlardan bəziləri dedilər: ''Ya Rəsuləllah! Nəcdi də dua et.'' Peyğəmbər(s) yenə də üç dəfə həmin duanı təkrar etdi (''Ey Allah! Şamı və Yəməni bizim üçün bərəkətli et!''). Yenə də dedilər: ''Ya Rəsuləllah! Nəcdi də dua et .'' Peyğəmbər(s) yenə də üç dəfə həmin duanı təkrar etdi (''Ey Allah! Şamı və Yəməni bizim üçün bərəkətli et!''). Dedilər: ''Ya Rəsuləllah! Nəcdi niyə dua etmədin?'' O Həzrət (s) cavab verdi: ''Nəcd zəlzələlər, fitnələr və şeytanın çıxacağı yerdir.''Fitən kitabı, fəsil-16, hədis-7094-də  İbn Ömərdən belə rəvayət olunur ki, bir gün böyük İslam Peyğəmbəri Həzrət Mühəmməd(s) belə bir dua etdi: ''Ey Allah! Şamı və Yəməni bizim üçün (İslam üçün) bərəkətli et!'' Bunu üç dəfə təkrar etdi. Ətrafında olanlardan bəziləri dedilər: ''Ya Rəsuləllah! Nəcdi də dua et.'' Peyğəmbər(s) yenə də üç dəfə həmin duanı təkrar etdi (''Ey Allah! Şamı və Yəməni bizim üçün bərəkətli et!''). Yenə də dedilər: ''Ya Rəsuləllah! Nəcdi də dua et .'' Peyğəmbər(s) yenə də üç dəfə həmin duanı təkrar etdi (''Ey Allah! Şamı və Yəməni bizim üçün bərəkətli et!''). Dedilər: ''Ya Rəsuləllah! Nəcdi niyə dua etmədin?'' O Həzrət(s) cavab verdi: ''Nəcd zəlzələlər, fitnələr və şeytanın çıxacağı yerdir.''
Nəcdin tarixində vəhhabiliyin orada yaranmasından başqa bir yadda qalan hadisə yoxdur. Həqitətən də İslam Peyğəmbəri(s) doğru buyurmuşdur ki, pozğun fikirlər, azğın əqidələr, dinindən dönənlər, şeytana uyanlar və İbn Əbdülvəhhabın simasında şeytan Nəcddən çıxmışdır.
Səhih-Buxari, Tövhid kitabı, fəsil-57, hədis 7562-də isə  Xidridən belə rəvayət olunur ki, Peyğəmbər(s) buyurmuşdur: ''Məşriqdən (Şərqdən-gündoğandan) bir qrup insanlar çıxacaq ki, onlar Quranı oxuyacaqlar, ancaq ona əməl etməyəcəklər. Yay kamandan çıxdığı kimi onlar da dindən çıxacaqlar. Yay kamana qayıtmadığı kimi onlar da dinə qayıtmayacaqlar.'' Soruşdular: ''Ya Rəsuləllah! Onların əlamətləri nə olacaq?'' O Həzrət(s) cavab verdi: ''Onlar saqqallarını ya qırxarlar, ya saxlayarlar (uzadarlar).'' Biz bunun misalını gözümüzlə gördük, özünü nə sünnü, nə də şiə adlandıranlar uzun saqqal saxlayırdılar, bir müddət bundan əvvəl onlar saqqallarını qırxdılar. Hal-hazırda bizim ''müslim''-lər ya saqqallıdırlar, ya saqqalsız. Özlərini hər bir firqəçilikdən kənar, əsl müsəlman kimi tanıtdırmaq istəyənlər əslində ən böyük hərbi-siyasi-ideoloji bir firqənin ardıcıllarıdırlar və özləri də bir firqənin üzvüdürlər. Unutmaq olmaz ki, mötəbər kitablarda qeyd olunan səhih rəvayətlərə əsasən İslam Peyğəmbəri(s) özündən sonra müsəlmanlar arasına ixtilaf düşəcəyini və onların təriqətlərə və məzhəblərə bölünəcəklərini xəbər vermişdi. Lakin o Həzrət(s) qeyd etmişdi ki, bu məsləklərdən yalnız biri haqq olacaq və onun ardınca gedənlər nicat tapacaqlar. Nicat tapan firqə isə sözsüzdür ki, Quran və Peyğəmbər sünnəsinə düzgün əməl edənlərdir, vəhhabilər isə bundan çox-çox uzaqdırlar. Ən düzgün yol isə təriqətçilik ovuna son qoymaq, zorla heç kəsi məzhəbindən döndərməmək, hamının qəbul etdiyi ümumi İslam prinsiplərini rəhbər tutaraq İslam və müsəlmanların düşmənləri müqabilində bir olmaq və sırf elmi-dini araşdırmalara və mübahisələrə üstünlük verməkdir. Xalqın dini savadsızlığından istifadə edib onları aldatmaq, keçmişindən döndərmək, maddi böhran içində yaşayan insanları hər hansı maddiyyatla aldadıb dinindən, məzhəbindən döndərmək ən azı müsəlmanların arasına ixtilaf salmaqdır.


Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə