Çr.ax12112018

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Pak sülalə Həzrət Əbbas (ə) Həzrət Əbülfəzl Abbas ələyhis-salam

Həzrət Əbülfəzl Abbas ələyhis-salam

Həzrət Əbülfəzl Abbas (əleyhissalam)-ın cəddinin adı Əbu Talibdir. «Əbu Talib» əslində onu əsl adı deyil, bəlkə də ləqəbidir. Onun əsl adı barəsində tarixçilər arasında ixtilaf vardır. Məşhur budur ki, Əbu Talibin əsl adı «Əbdül Mənar»dır.

Əbu Talibin  dörd oğlu olmuşdur. Onların adları: Talib, Əqil, Cəfər və Əli (əleyhissalam) olmuşdur. Onların hər birisi digərindən on yaş böyük idi. Talib Əli(əleyhissalam)-dan 30 yaş böyük olub. Onun nəslinin kökü olmayıb. Qureyş tayfası «Bədr» döyüşünə gələndə onu da özü ilə zorla aparıblar Lakin yolda itgin düşdüyünə görə döyüşdə iştirak etməmişdir. Bəziləri nəql edir ki, dənizdə qərq olmuşdur.
Əbu Talibin özü böyük şəxsiyyətlərdən olmuşdur. O, Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) ilk iman gətirənlərdən olub və bu yolda əlindən gələn köməklikləri göstərmişdir. İmam Sadiq (əleyhissalam)-dan nəql olunanrəvayətlərin birində Əbu Talibin iman gətirməsi barəsində belə deyilir:
«Əgər Əbu Talibin imanını tərəzinin bir gözünə və insanların imanlarını başqa gözünə qoysaq Əbu Talibin imanı ağır gələr».
Nəhayət, besətin 10-cu ilində Əbu Talib öz dünyasını dəyişir. İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alihi və səlləm) hədsiz dərəcədə köməklik göstərən bu şəxsiyyətdən sonra müşriklər cürət tapıb Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) tərəf hücuma keçirlər. Əbu Talibin vəfatından 30 və yaxud 45 gün sonra Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) zövcəsi möminə xanım Xədicə də dünyasını dəyişir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) həmin ili «hüzn ili» adlandırır.
Həzrət Abbasın nənəsi, Fatimə binti Əsədin qızıdır!
Əsəd qızı Fatimə  islam Peyğəmbərinə (səlləllahu əleyhi və alihi və səlləm)-ə iman gətirdikdən sonra bütpərəstliklə mübarizəyə başlayır. Bu möminə qadın Xədicədən sonra ilk qadın idi ki, Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) iman gətirmişdi. Onun islam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) yanında çox böyük hörməti var idi. Belə ki, vəfat edərkən Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öz köynəyini ona geyindirib dəfn edir.
Atası, Həzrət Əli (ə) ibn Əbi Talibdir!
Həzrət Əli (əleyhissalam)-ın barəsində danışmaqdan ötrü xüsusi kitaba ehtiyac vardır. Lakin qısa da olsa Həzrətin həyatına nəzər sala bilərik.
Əli (əleyhissalam) besətdən on il qabaq müqəddəs Kəbədə doğulmuşdur. Otuz il imamətlik dövründə cəmi dörd il doqquz ay xilafətdə olmuşdur. Hicrətin 40-cı ili Ramazan ayının 19-da (Allahın lənətinə gəlmiş) ibni Mülcəm adlı həyasız bir varlıq tərəfindən qılınclanmış və nəhayət 21-də şəhadətə yetmişdir.
Əli (əleyhissalam) Məsum imam olmaqla yanaşı özünün şücaəti və qəhrəmanlığı ilə tanınmışdır. Ədalət naminə həyatından belə keçməyə hər an hazır olan İmam (əleyhissalam), özünün əxlaqi xüsusiyyətləri ilə bəşərə nümunə idi. Tarix səhifələrində çoxlu kəramətlərinin olduğu göstərilir. İmamın kəramətlərindən, əli kəsilmiş şəxsə əl bağışlaması, anadan gəlmə kor yetimin gözlərinin açılması, ölünün kəllə sümüklərinin İmamla danışması, Əshabı Kəhfin dirilməsi və onunla söhbət etməsi, o cümlədən onlarla belə kəramətləri tarix kitablarında qeydə alınmışdır.
Həzrət Abbasın (ə) anası!
Həzrət Əbülfəzl (ə)-ın anası Ümmül Bəninin xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
Əsl adı --------- Fatimə
Künyəsi --------- Ümmül Bənin
Anası ---------- Səamə
Həyat yoldaşı---- Əli (əleyhissalam)
Dörd şəhid anası olub -- Abbas, Əbdüllah, Cəfər və Osman.
Şərəfli məzarı-- Mədinə, «Bəqi» qəbiristanlığında.
Tarixdə bu qadının özünün anadan olduğu vaxt qeyd olunmayıb. Lakin onun böyük oğlu Həzrət Əbülfəzl Abbas (əleyhissalam) hicrətin 26-cı ilində dünyaya gəldiyi göstərilir. Bu qadın özünün əxlaqı, şücaəti, kəramətləri və isməti ilə tarix kitablarında tanınır. Tarix nişan verir ki, Ümmül Bənin Kərbəlada olmamışdır, lakin imam Hüseyn (əleyhissalam) Kərbəla səfərinə yola düşərkən o, dörd oğlunu öz əlləri ilə kömək üçün kömək üçün İmamla(əleyhissalam) göndərir. Onların qətl xəbərini eşitdikdə hamıdan çox imam Hüseynə (əleyhissalam) ağlayır və öz oğullarının ona fəda olmasını arzulayır. Bu da onun imanının nə dərəcədə yüksək  olmasına işarədir.

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə