Bz.er03252019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

İmam Səccad ələyhis-salam

Ləqəbləri: Zeynül-Abidin, Səccad, Zeynüs-Salihin, Varisu elmin-nəbiyyin, Mütəhəccid, Zəkiyy, Əmin, Zahid, Abid, Ədl, Bəkka.
Künyəsi: Əbu Muhəmməd.
Atası: Peyğəmbərin (s) nəvəsi Hüseyn (əleyhissalam).
Anası: Yəzdgirdin qızı Şəhrəbanu (Qadınlar şahı).
Doğulduğu gün: 4 şəban.
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il: 36-cı hicri ili.
Şəhid olduğu gün: 25 Məhərrəm.
Şəhid olduğu il: 95-ci hicri ili.
Ömrü: 57 il.
Şəhadət səbəbi: Hişam ibni Əbdül-məlik qardaşı Vəlidin hakimiyyəti dövründə o Həzrəti zəhərləmişdir.
Dəfn olunduğu yer: “Bəqi” qəbiristanlığında əmisi Həsənin (əleyhissalam) məzarının yanında.
Övladlarının sayı: 15 (11 oğlan, 4 qız)
İmam Səccad əleyhissəlamın həyatı barədə qısa məlumat

İmam Səccad (əleyhissəlam) şiələrin üçüncü İmamı Həzrət Hüseyn ibn Əli əleyhissəlamın oğludur. Anası Şəhrəbanu1 olmuş ən məşhur ləqəbi Zeynül-abidin və Səccaddır. İmam Səccad (əleyhissəlam) hicrətin otuz səkkizinci ilində dünyaya gəlmişdir. Uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. O, təxminən iki il babası Əli əleyhissəlamın hakimiyyət illərini görmüş ondan sonra isə on il əmisi Həzrət Həsən əleyhissəlamın İmamət dövrünü dərk etmişdir. İmam Həsən (əleyhissəlam) bu on ilin yalnız altı ayını zahiri hakimiyyət başında durmuşdur. Hicrətin əllinci ili İmam Həsən əleyhissəlamın şəhadətindən sonra Müaviyənin hakimiyyətinin möhkəmləndiyi bir dövrdə onunla mübarizə aparan İmam Hüseyn (əleyhissəlam) ilə on il çiyin-çiyinə durmuşdur. Hicrətin altımış birinci ilinin məhərrəm ayında atasının inqilab və şəhadəti zamanı Kərbəlada olmuşdur. Kərbəla faciəsindən sonra digər Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O bu səfər zamanı öz mətin çıxışları ilə Yezidin hakimiyyətini rüsvay etdi və Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamağa başladı. Nəhayət hicrətin doxsan dörd ya da doxsan beşinci ili şəhadətə qovuşdu. O Həzrət Bəqi qəbiristanlığında əmisi İmam Həsən əleyhissəlamın qəbrinin kənarında dəfn olunmuşdur.
İmamın xəstəliyi İlahi bir məsləhət idi
Təəssüflə qeyd etməliyik ki müsəlmanların savadsız təbəqələrinin əksəriyyəti dördüncü İmamı həmişə xəstə kimi yad edir və bununla da, camaatın fikrində o Həzrət
Üsuli-kafi, c.1. səh.467; Əl-İrşad, səh.253.
Əl-İrşad, səh.253; Dəlailül-imamət, səh.80.
Mötərizənin içərisində olan rəqəmlər xəlifələrin hakimiyyətdə olduğu illəri göstərir.
Abdullah ibn Zübeyr Yezidə beyət etməyən şəxslərdən idi. Buna görə də, Müaviyənin ölümündən sonra imam Hüseyn əleyhissəlamın Məkkəyə hərəkətindən bir az qabaq bu şəhərə qaçıb öz siyasi fəaliyyətləri ilə məşğul oldu. İmam Hüseyn əleyhissəlamın şəhadətindən sonra Hicazda özünə rəqib görməyib özünü xəlifə elan etdi. Yezid ömrünün axırına qədər onu məğlub edə bilmədi. OO 73-cü ilə qədər Məkkədə hökumət bayrağını əlində saxladı. Nəhayət, Əbdülməlikin qüvvələri tərəfindən (73-cü hicri ilində) qətlə yetirildi. Bundan sonra hakimiyyət Mərvanlıların əlinə düşdüd Şam şəhəri yenidən mərkəz oldu.
çox zəif əldən düşmüş saralıb-solmuş bir şəxs kimi canlanır. Halbuki, əslində heç də belə olmamışdır. Çünki dördüncü İmam ancaq Kərbəlada özü də çox qısa müddətdə xəstə olmuşdur. Kərbəla hadisəsindən sonra isə sağalmış və təxminən otuz beş il o biri İmamlar kimi sağlam bədənlə fəaliyyət göstərmişdir. Şübhəsiz ki o Həzrətin Kərbəla hadisəsindəki müvəqqəti xəstəliyi Allahın bir məsləhəti olmuşdur. Belə ki İmam (əleyhissəlam) bu vasitə ilə cihad vəzifəsindən azad olmuş5 müqəddəs vücudu Yezidin muzdurlarının ölüm təhlükəsindən amanda qalaraq İmamət xətti davam etmişdir. Əgər İmam Səccad (əleyhissəlam) xəstələnməsəydi gərək cihadda iştirak edəydi. Bu təqdirdə də atasının başqa oğul və dostları kimi şəhid olar və beləliklə də, İmamət nuru birdəfəlik sönmüş olardı. Səbt ibn Əl-Cuzi yazır: “Əli ibn Hüseyn (əleyhissəlam) (İmam Səccad) xəstə olduğu üçün öldürülmədi.”
Məhəmməd ibn Səd yazır: “Əli ibn Hüseyn əleyhissəlamın o gün (Aşura günü) atası ilə olan zaman iyirmi üç ya iyirmi dörd yaşı var idi. Onun o vaxt azyaşlı uşaq olduğunu söyləyənlər tamamilə əsassızdırlar. O həmən gün xəstə olmuş buna görə də, döyüşdə iştirak edə bilməmişdir.” Həmçinin, Məhəmməd ibn Səd qeyd edir ki Şimr İmam Hüseyn əleyhissəlamı öldürdükdən sonra İmam Səccad əleyhissəlamın üstünə gəldi. O xəstə olduğu üçün yataqda yatmışdı. Şimr dedi: “Bunu öldürün!” Onun yanındakılardan biri dedi: “Sübhanəllah! Xəstə olan və heç döyüşdə də iştirak etməyən bir gənci öldürək?” Bu zaman Ömər ibn Səd gəlib dedi: “Qadınlar və bu xəstə ilə işiniz olmasın.”
Şeyx Müfid Yezidin ordusunda iştirak etmiş Həmid ibn Müslimin dilindən rəvayət edib deyir: “(Aşura günü) Əli ibn Hüseynin çadırına yetişdik. O bərk xəstə idi və yataqda yatmışdı. Şimr bir neçə nəfərlə onun yanına gəldi. Yanındakılar Şimrə dedilər: “Bu xəstəni öldürmürsən?” Mən dedim: “Sübhanəllah! Uşaqları da öldürürsünüz? Bu ki, bir uşaqdır özü də xəstəlik onu əldən salıb.” O qədər bu cür sözlərdən dedim ki axır onları o Həzrəti öldürmək fikrindən yayındırdım. Bu vaxt Ömər ibn Səd gəldi. Qadınlar onun üstünə qışqırıb ağladılar. O öz adamlarına dedi: “Heç biriniz bu qadınların evlərinə (çadırlarına) girməyin və bu cavanla işiniz olmasın.” Qeyd olunduğu kimi dördüncü İmamın sağ qalmasına səbəb olan xəstəlik İlahi bir məsləhət olmuşdur. Bu onun düşmən qarşısında heç də ruhiyyə zəifliyi və gücsüzlüyü demək deyil.
İmam Səccad (əleyhissəlam) o çətin və acınacaqlı əsirlik müddətində əsirlərin ümid və pənah yeri olmaqla yanaşı, həm də düşmənə qarşı şücaət və vüqarla hərəkət etmişdi. İmam əleyhissəlamın Kufə və Şam şəhərlərindəki mətin və kəskin çıxışları bu məsələni bir daha təsdiq edir. Belə ki əsirləri Kufəyə gətirdikdən sonra Übeydullah ibn Ziyadın məclisində onunla İmam Səccad (əleyhissəlam) arasında gedən kəskin söz-söhbətdən Übeydullah ibn Ziyad bərk qəzəblənib İmamın qətlinə əmr verərkən İmam Səccad (əleyhissəlam) ona buyurdu: “Məni öldürməklə hədələyirsən? Bilmirsən ki ölmək bizim üçün adi bir iş şəhadət bizim üçün şərəf və fəzilətdir?”...

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə