Şn04202024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Mehdi (əc) Məqalə Onun intizarını çəkməliyik!

Onun intizarını çəkməliyik!

Həsən ibni Cəhm deyir: “Həzrəti Musa ibni Cəfər (ə)-dan fərəc barəsində sual etdikdə həzrət buyurdu: “Məgər bilmirsən ki, fərəcin intizarında olmaq, fərəcin özündən bir miqdardır?” Dedi: “Mənim xəbərim yoxdur, yalnız siz mənə bu barədə xəbər verə bilərsiniz.” İmam (ə) buyurdu: “Bəli, fərəcin (İmazaman həzrətlərinin zühurunun)  intizarında olmaq fərəcin bir hissəsidir.”
“Mömin şəxsin ən yaxşı ibadəti budur ki, Allah taaladan olan fərəcin intizarında olsun.”
Əbu Xalid Kabuli İmam Əli ibni Hüseyn (ə)-dan nəql edir ki, o həzrət belə buyurmuşdur: “Qeybət dövrü Peyğəmbəri Əkrəm (s)-in vəsilərinin və ondan sonrakı imamların on ikincisinin vasitəsilə çox uzun olacaqdır. Ey Əba Xalid, həqiqətən onun qeybət dövründə olan, imamətinə etiqad bəsləyən və zühurunun intizarında olanlar hər bir dövrdəki insanlardan üstündürlər. Çünki Allah taala onlara o qədər əql, dərk və mərifət əta edəcəkdir ki, qeybət onların nəzərində müşahidə kimi olacaqdır və onları o dövrdə Peyğəmbər (s)-in dövründə qılıncla cihad aparan mücahidlər kimi qərar verəcəkdir. Onlar həqiqətən ixlaslıdırlar və bizim sədaqətli şiələrimizdirlər, insanları aşkarda və gizlində Allah yoluna doğru dəvət edərlər.”
“Fərəcin intizarında olmaq ən əzəmətli fərəcdir.”



Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə